Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1224/2023 23.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh2, X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(023)-238/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh2 26 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən İddiaçı 2021-ci ilin sentyabr ayında onun tərəfindən dəvət olunmuş qonaqların toy mərasimində xərclərinin qarşılanması üçün 1000 manat məbləğində pul vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və X3 qarşı pul qarşı pul tələbi ilə Qazax Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh2 1000 manat, X1 isə 322 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 uzun illər tanıyır. 2021-ci ilin əvvəllərində İsabalının qızı Nigarla onun oğlu Muradı evləndirərək qohum olmaq qərarına gəlmişlər və toy mərasiminə hazırlıqlara başlamışlar. Təxminən 2021 -ci ilin ortalarında İsabalı onunla görüşüb 1000 manat borc istəyərək, toydan sonra qaytaracağını bildirmişdir. O da, Cavabdeh2lə razılaşaraq 1000 manat borc vermiş, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq sonuncu həmin pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu qaytarmasını tələb etmiş və sonuncu borcunu qaytaracağına dair vədd versədə, onu aldadaraq pulu qaytarmamışdır. Həmçinin cavabdeh X4 təxminən 2022-ci ilin əvvəllərində bir nəfər tanışına 322 manat borcu olduğunu və həmin şəxsin borcu istədiyini bildirərək, ondan 322 manat borc istəmişdir. O, Nigara inanıb həmin məbləğdə pulu vermiş, lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq ona olan borcu geri qaytarmamışdır.
4. Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(023)-238/2023 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 1000 manat pul alınaraq İddiaçı verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; Cavabdeh2 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 İddiaçı 1000 manat pul aldığını etiraf etmiş, lakin həmin pulun iddiaçı tərəfindən ona hədiyyə olaraq verdiyini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. İddiaçı digər cavabdeh Nigar Süleymanlıya münasibətdə sonuncunun dərman firmasına olan 322 manat borcunu ödədiyini iddia etsədə, cavabdeh həmin faktı etiraf etməmişdir. İddiaçı iddia tələbində cavabdeh Nigar Süleymanlıya 322 manat məbləğində borc verdiyini və həmin pulu qaytarmadığını qeyd edərək, həmin pulu tələb etməsinə baxmayaraq, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 329.3, 385.1, 389, 390.1, 421, 442 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
7. Qazax Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(023)-238/2023 nömrəli qərardadı ilə Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(023)- 238/2023 nömrəli qətnaməsində yol verilmiş yalnışlıq aradan qaldırılması və qətnamənin əsaslandırıcı hissəsində “Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, şahidləri dindirib hesab edir ki, iddia qismən təmin edilməlidir” cümləsi “Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir” kimi oxunması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normasının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarılmışdır. Belə ki, qızı ilə iddiaçının oğlu ailə qurması üçün toy mərasiminin keçirilməsi məqsədi ilə oğlan evindən gələn qonaqların xərclərinə görə ona 1000 manat vermişdir. Həmin pul iddiaçının təxminən 50 nəfər qonağının toy məclisində yeməklərinə xəclənmişdir. Bu adət-ənənədən irəli gələrək oğlan evinin qız evinə qonaqlarının qarşılanması üçün verilmiş puldur. Həmin 1000 manat qız toyu üçün hədiyyə kimi verilsədə, birinci instansiya məhkəməsi əsassız olaraq borc kimi qiymətləndirmişdir. Belə ki, tərəflər arasında nə yazlı nədə ki şifahi heç bir borc müqaviləsi bağlanmamış və borcun qaytarılması ilə bağlı heç bir öhdəlik götürməmişdir. Birinci instansiya məhkəməsi isə şahidlərin dindirilməsi ilə bağlı vəsatətini təmin etməmişdir. Halbu ki, iddiaçının toy xərcləri üçün ona 1000 manat verməsini şahidlər təsdiq edə bilərlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildimrişdir ki, İddiaçı borc almamışdır. İddiaçı adət-ənənəyə uyğun olaq 1000 manatı ona qız toyun keçirilməsi üçün vermişdir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 da Cavabdeh2 dedikləri təsdiq etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmədə sual cavab zamanı İddiaçı təsdiq etmişdir ki, adət-ənənə uyğun olaraq qız toyu mərasiminə öz ailə üzvləri ilə bərabər başqa qonaqlar da aparmışdır. Lakin həmin qonaqların sayı 50 nəfər olmamış, az olmuşdur. İddiaçı onu da qeyd etmişdir ki, əgər oğlunun ailəsi dağılmasaydı hazırki tələblə məhkəməyə müraciət etməzdi.Sonda iddiaçı məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
16. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
18. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
29. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
30. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etmiş, yəni qətnamə iddianın ona münasibətdə təmin olunması hissədə mübahisələndirmişdir. Ona görə də hazırki apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(023)-238/2023 nömrəli qətnaməsi iddianın təmin olunması hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməməlidir.
36. İddiaçı Cavabdeh2 1000 manat borc verməsinə və sonuncun həmin borcu qaytarmamasına əsaslanaraq hazırki tələblə birinci instansiya məhkəməsinə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə tələbi təmin etmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, ilk öncə kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.
38. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında 1000 manat borcun verilməsi barədə nə şifahi, nədə yazılı əqd mövcud deyil. Belə ki, əqdlər görnüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən iradə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Beləliklə əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daixildir.
39. Hazırkı işdə iddiaçı cavabdehə 1000 manat borc verməsini, cavabdeh isə iddiaçıdan borc almadığını bildirir. Belə ki, Cavabdeh2 26 yanvar 2023-cü il tarixli ərizəsinə əsasən İddiaçı 2021-ci ilin sentyabr ayında tərəflərin uşaqlarının toy mərasimində elə sonuncu tərəfindən dəvət olunmuş qonaqların xərclərinin qarşılanması üçün 1000 manat məbləğində pul vermişdir. Həmin ərizənin məzmunundan göründüyü kimi, iddiaçı 1000 manatı cavabdeh ondan istəmədiyi halda toy mərasiminin keçirilməsində köməklik etmək məqsədi ilə vermiş və həmin pul qonaqların xərclərinə xərclənmişdir. Göründüyü kimi, iddiaçı qarşı tərəfin üzərinə heç bir öhdəlik qoymadan öz istəyi ilə toy mərasiminin keçirilməsinə köməklik edilməsi məqsədi ilə cavabdehə 1000 manat vermişdir.
40. Qeyd olunalara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hər hansı borc öhdəliklərin olması istisna olunur. Beləki, İddiaçı cavabdehə hansı şərtlə 1000 manat borc verməsi, borcalanın isə həmin məbləği hansı müddətə və hansı qaydada qaytaracağı barədə öhdəlik götürmələri şərtləndirilməmişdir. Halbuki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər arasında isə belə bir öhdəlik hüquq münasibətlərinin yaranması sübut olunmur. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 1000 manatı kömək məqsədi ilə hədiyyə şəklində heç bir şərt olmadan Cavabdeh2 verməsi kimi qiymətləndirilmədir.
41. Lakin işə baxan birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verməmiş, subutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
42. Halbuki, mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.
43. Kollegiya yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini hazırkı işin hallarına münasibətdə əsaslı sayır və hesab edir ki, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir.
44. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(023)-238/2023 nömrəli qətnaməsi mübahisələndirilən-iddianın təmin edilmiş, Cavabdeh2 1000 (bir min) manat pulun alınaraq İddiaçı verilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.