Məhkəmə qərarları › İş №2(104)-1232/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1232/2023

07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1232/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ona vurduğu maddi ziyana görə 2000 manat, mənəvi ziyana görə 4000 manat olmaqla, cəmi 6000 manat və ödənilmiş 80 manat dövlət rüsumu tələbi barədə mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(013)- 233/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-834/2022 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir

2. Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1930 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 01:05 radələrində Tərtər RMX-nın Təcili yardım briqadası tərəfindən “Arterial hipertoniya”diaqnozu ilə tibbi yardım göstərilmişdir.

3. İddiaçı tərəfindən Tərtər rayon Polis Şöbəsinə verilmiş ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə Ucar adlı şəxs onun sağ qulağına bir dəfə sillə vurub və onu təhqir edib. Mübahisə zamanı isə onun 2 ədəd qızıl sırğası itmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən Tərtər rayon Polis Şöbəsinə verilmiş ərizədən görünür ki, Mələk adlı xanım onu döymüşdür. Bu barədə tədbir görülməsini xahiş etmişdir.

5. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 197 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ bazu, sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların), əllə, təpiklə vurulma nəticəsində törənə bilər. Törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.

6. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 202 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ bazu, sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların), əllə, təpiklə vurulma nəticəsində törənə bilər. Törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.

7. İddiaçı Tərtər rayon Polis Şöbəsinə verdiyi izahatdan görünür ki, Ucar ləqəbli İlqar adlı şəxsi Yeniqəsəbə sakini kimi tanıyır. Əvvəllər aralarında ədavətləri olmuşdur. Tərtər rayon Yeniqəsəbə ərazisində çörək sexi və paltar mağazası fəaliyyət göstərməkdədir. İlqar isə orada işləyən işçilərini əsassız yerə narahat edir. Müntəzəm olaraq həmin obyektlərə özü nəzarət edir. İlyas adlı şəxs onun işçisidir. Çörək sexində çalışır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrinde o evdə idi. Həmin zaman anası onu mağazaya göndərib ona ərzaq məhsulları almağı xahiş etmişdir. Öz növbəsində özünə məxsus çörək sexinin yanında yerləşən “SAF Mall” mağazasına gedib konfet alıb mağazadan çıxıb işçilərə nəzarət etmək üçün çörək sexinin qarşısına yaxınlaşmışdır. Həmin zaman İlqar adlı şəxs də onun arxasınca gəlmişdir. O sexin qarşısına çatdıqda İlyas adlı işçi İlqarın qohumu, sexdə işləməyən Qürbət adlı şəxs və həyat yoldaşı Valeh Əzizov birlikdə oturub çay içirmişlər. Həmin zaman İlqar sexin qarşısına çörəyin olubolmadığı barədə sualla müraciət edərkən İlyas ona çörək gətirməyə getmişdir. O çörək gətirməyə getdikdə Qürbət İlqara “gecə saat 11-dir, niyə yatmırsan” deyə onunla zarafat etmişdir. İlqar da sərxoş olduğundan ona “bu vaxt elə biz gəzirik də” deyə bildirmişdir. Bundan sonra həyat yoldaşı ona “bizim gəzən vaxtımız deyil, ölən vaxtımızdır” deyə cavab vermişdir. Həmin zaman İlyas çörəyi gətirib İlqara təqdim etmiş, İlqar da çörəyi qolunun altına qoyub həyat yodaşı Valehin üzərinə gedib “başını hər yerə soxma” deyə bildirmişdir. O səbəbdən də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı İlqar Valehi vurmaq istəyərkən onun qarşısına keçib ona öz iradını bildirmişdir. O səbəbdən də İlqarla onun arasında da mübahisə yaranmışdır. Mübahisə zamanı İlqar əli ilə baş, sinə və sağ bud nahiyyələrindən vurmağa başlamış, o da öz növbəsində əli ilə onun boyun və qol nahiyyələrində tutub itələmişdir ki, onu döyməyə davam etməsin. Sonradan İlyas, Qürbət və Valeh onları aralamışlar. Nəticədə o qulağında olan bir cüt sırqanın hər iki tayının hadisə zamanı düşüb itdiyini aşkar etmişdir və onları axtarsa da tapa bilməmişdir. Sonradan DİN-in 102 xidmətin zəng edərək hadisə barədə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus qızıl sırqanın ümumi çəkisi 12 qramdır. Həmin sırqaları 12 il bundan öncə üzüyü ilə birlikdə komplekt şəkildə 1800 manata Gəncə Univermağından adını bilmədiyi qızıl satandan əldə etmişdir.

8. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı məxsus 2 ədəd qızıl sırğanın tapılması məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin CAB-na və İTB-nə göndərilməsi qərara alınmışdır.

9. “Zülfüqaroğlu” Limited Responsible Society xx.xx.2023-cü il tarixli, 08 nömrəli mütəxəssis rəyindən görünür ki, 1 dəst “badamı” brilliant, 12 qram, 750 əyarlı, italiya istehsalı qızıl-zinət əşyasının qiyməti 2200 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurduğu maddi ziyana görə 2000 manat pulun, mənəvi ziyana görə 4000 manat olmaqla, cəmi 6000 manat miqdarında pulun, həmçinin hazırki iddia tələbinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 80 manat məbləğində pulun alınb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 28 iyun 2022-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə ictimai yer olan Tərtər rayonu Yeni qəsəbədəki çörək bişirmə sexinin qarşısında heç bir səbəb olmadan yaratdığı münaqişə zamanı ona qarşı zor tətbiq edərək sağlamlığına zərər yetirməyən və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onu qəsdən döymüş, bu zaman həm də onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, hadisə zamanı 1 cüt sırğası da qulağından düşərək itmişdir. Həmin hadisə ilə əlaqədar Tərtər rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı tərəfindən araşdırma aparılmış, toplanmış materialla Cavabdeh əməlində cinayət tərkibi olmaması nəticəsinə gəlindiyinə görə 22 oktyabr 2022-ci il tarixli qərarla cinayət işi başlanılması rədd edilmiş, lakin araşdırma ilə Cavabdeh həmin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olması müəyyən edildiyinə görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Tərtər RPŞ-nin X1, eyni zamanda bu hadisə zamanı itmiş 1 cüt sırğalarının tapılması istiqamətində tədbirlər görülməsi üçün qərarın bir surəti də Tərtər RPŞ-nin Cinayət Axtarış bölməsinə göndərilmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin sözügedən qərarı qanuni qüvvəyə minmişdir. Beləliklə Cavabdeh 28 iyun 2022-ci il tarixdə gecə saat 23 radələrində heç bir əsas olmadan ona qarşı zorakılıq edərək onu döyüb xəsarətləndirilməsi, həmin hadisə zamanı onu nalayiq ifadələrlə təhqir etməklə şərəf və ləyaqətini alçatması və 1 cüt sırğanın itməsi inzibati və məhkəmə qaydasında sübuta yetmişdir. Cavabdeh həmin qanuna zidd təqsirli hərəkətləri nəticəsində qulağından düşüb itmiş 1 cüt sırğa komplekt qızıl-zinət əşyası olmaqla 1 üzük və 1 cüt sırğadan ibarət olmuş, 750 əyarlı qızıldan hazırlanmış və Rusiya istehsalı olmuşdur. Həmin komplekti 2010-cu ildə Gəncə şəhərindəki Mərkəzi Univermağın qızıl-zinət əşyaları şöbəsindən 1800 manata almışdır. Həmin komplektin hazırkı dəyəri 3000 manatdan az deyildir. Komplektə daxil olan üzük özündə qalır. Odur ki, 1 cüt sırğanın itməsi ilə Cavabdeh ona vurduğu maddi zərər 2000 manatdır və həmin zərəri ona ödənməsini tələb etməyi əsaslı və qanunidir. Məhkəmənin diqqətinə çatdırır ki, Tərtər RPŞ-nin CAB tərfindən görülmüş tədbirlərə baxılaraq hadisə zamanı itmiş 1 cüt sırğanın tapılması mümkün olmamışdır. Bu barədə Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(061)-834/2022 nömrəli qərarında da müvafiq qeydlər vardır. Bundan başqa Cavabdeh həmin qanunazidd hərəkətlər edərkən ona qarşı orada olan çoxsaylı insanların yanına nalayiq ifadələrlə müşayiət olunan zorakılıq hərəkətləri etməklə şərəf və ləyaqətini də alçaltmışdır. Tərtər şəhərində yerləşən Kəlbəcər rayon 64 saylı tam orta məktəbində müəllim işləyir, bir müəllim və sakin kimi işlədiyi kollektivdə və Tərtər rayonunda hörməti və nüfuzu vardır. Cavabdeh birdən-birə və heç bir səbəb olmadan ictimai yerdə çoxsaylı adamların gözü qarşısında onu döyüb xəsarətləndirməsi və bu zaman da nəlayiq ifadələrlə təhqir etməsi səbəbindən stres keçirmiş, əsəbləşmiş və səhhəti pozulmuş, bu hadisə səbəbli təzyiqi yüksəldiyinə görə xx.xx.2022-ci ildə Tərtər MRX-nin təcili yardım briqadası tərəfindən ona tibbi yardım göstərilib, daha sonra elə həmin döyülmə səbəbindən sağlamlığı pozulduğuna görə 04xx.xx.2022-ci il tarixlərdə (8 gün) Tərtər RMX-da statsionar müalicə almışdır.

12. Ağdam Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(013)-233/2023 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2 və 1097.1 maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(013)-233/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddiaçı tərəfindən apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh sərxoş vəziyyətdə və xeyli sayda sakinlərin gözü qarşısında onu döyməsi və bu zaman həm də şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir etməsi Tərtər rayon polis şöbəsi tərəfindən aparılmış araşdırma materialları və Tərtər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-834/2022 saylı qərarı ilə kifayət qədər təsdiq edilmişdir, odur ki, o İMX-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi, onun mülki məsuliyyətdən azad olması anlamına gəlməməlidir. Çünki, ictimai yerdə xeyli sayda insanların gözü qarşısında sərxoş vəziyyətdə olan Cavabdeh heç bir səbəb olmadan onu döyməsi faktı özü-özlüyündə şəxsiyyətinin alçaldılması deməkdir. Ona vurulmuş maddi ziyana gəldikdə isə hadisə zamanı 1 cüt sırğanın düşüb itməsi və indiyədək tapılmaması Tərtər rayon polis şöbəsindəki araşdırma materialları, o cümlədən təhqiqatçının xx.xx.2022-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarı ilə kifayət qədər sübut olunmuşdur. Həmçinin, məhkəmə onun şahidlərini dindirməmiş və buna da qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh 28 iyun 2022-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə ictimai yer olan Tərtər rayonu Yeni qəsəbədəki çörək bişirmə sexinin qarşısında heç bir səbəb olmadan yaratdığı münaqişə zamanı ona qarşı zor tətbiq edərək sağlamlığına zərər yetirməyən və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə onu qəsdən döymüş, bu zaman həm də onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Belə ki, cavabdeh onun həyat yoldaşı olan X2 ilə mübahisə edən zaman müdaxilə etmişdir. Buna görə də cavabdehlə əlbəyaxa olaraq mübahisə etmiş və mübahisə zamanı 1 dəst olan, 750 əyarlı, çəkisi 12 qram, italiya istehsalı olan “badamı” brilliant qaşlı qızıl-zinət əşyası qızıl sırğaları qulağından düşərək itmişdir. Həmin dəstə məxsus qızıl üzük isə onun özündədir. Bundan sonra cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş və məhkəmə qərarı ilə 300 manat məbləğində cərimələnmişdir. Cavabdeh onu ictimai yerdə təhqir edərək döydüyü üçün mənəvi iztirablar keçirmişdir. Həmçinin, göstərdiyi xüsusatlar Tərtər rayon Polis Şöbəsinin “cinayət işinin rədd edilməsi” haqqında təhqiqatçının qəbul etdiyi qərarlar ilə də təsdiqini tapır. Beləliklə, cavabdehlə etdiyi mübahisə nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının 10 may 2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı mənzildən çıxıb binanın həyətində yerləşən çörək sexinə gedib 2 ədəd çörək almışdır. Çörək alıb yaşadığı evə gələn zaman tanışı Qurbət ona yaxınlaşmış və müəyyən sözlər işlətmişdir. O səbəbdən də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Valeh onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt İddiaçı da orada olduğundan mübahisəyə müdaxilə edib onu nalayiq ifadələrlə təhqir etmiş, əli ilə iddiaçının qol və sinə nahiyyəsinə xəsarət yetirmişdir. Mübahisə zamanı iddiaçının qulağında qızıl sırğaların olduğunu görməmişdir. Lakin, hazırda qızıl sırğaların pulunu ödəməyə maddi imkanı yoxdur. İddiaçı ona demişdir ki, həmin sırğalar onun qızına məxsusdur. O da həmin vaxtı bildirmişdir ki, pulunu hissə-hissə ödəməyə maddi imkanı çatır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 20.Maddə 28. İ. Hər kəsin azadlıq hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 22.Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 24.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 25.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı 26.Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı 27.Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. 28.Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 29.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 32.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 33.Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 34.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 37.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 38.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 39.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 41.Maddə 385.1 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri 43.MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 44.MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 45.Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 46.Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. 47.Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı binanın həyətində olan çörək sexindən çörək almağa gedən zaman iddiaçının həyat yoldaşı olan X2 ilə mübahisə etmiş və iddiaçı Mələk Aslanov onları ayırmaq üçün mübahisəyə müdaxilə etmiş və nəticədə Cavabdeh ilə əlbəyaxa mübahisə etmişlər. Həmin zaman isə iddiaçıya məxsus 2 ədəd qızıl sırğa orada itmişdir. Bundan sonra Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(061)-834/2022 saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat cərimə edilmişdir. Həmçinin, Göstərilən hallar isə “cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərar ilə də öz təsdiqini tapmışdır. 48.Məhkəmə kollegiyası göstərir ki, iddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinməmişdir. 49.İş materialları ilə müəyyən edilir ki, cavabdeh ilə X2 mübahisə edən zaman iddiaçı da onları ayırmaq üçün müdaxilə etmiş, nəticədə isə cavabdehlə münaqişə edərək əlbəyaxa dava etmişlər. Həmçinin, mübahisə zamanı iddiaçının qulağında olan 2 ədəd qızıl sırğalar yerə düşərək itmişdir. İşin qeyd olunan halı cinayət işinin başlanmasının rədd edilməsi haqqında Tərtər rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də təsdiqini tapır. Həmin qərar isə hazırki iş üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 50.Belə ki, İddiaçı tərəfindən Tərtər rayon Polis Şöbəsinə verilmiş ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə Ucar adlı şəxs onun sağ qulağına bir dəfə sillə vurub və onu təhqir edib. Mübahisə zamanı isə onun 2 ədəd qızıl sırğası itmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. 51.Həmçinin, iddiaçı Tərtər rayon Polis Şöbəsində izahat verən zaman bildirmişdir ki, mübahisə zamanı İlqar əli ilə baş, sinə və sağ bud nahiyyələrindən vurmağa başlamış, o da öz növbəsində əli ilə onun boyun və qol nahiyyələrində tutub itələmşdir ki, onu döyməyə davam etməsin. Sonradan İlyas, Qürbət və Valeh onları aralamışlar. Nəticədə o qulağında olan bir cüt sırqanın hər iki tayının hadisə zamanı düşüb itdiyini aşkar etmişdir və onları axtarsa da tapa bilməmişdir. Sonradan DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə (sırganın itməsi barədə) məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ona məxsus qızıl sırğanın ümumi çəkisi 12 qramdır. Həmin sırğaları 12 il bundan öncə üzüyü ilə birlikdə komplekt şəkildə 1800 manata Gəncə Univermağından adını bilmədiyi qızıl satandan əldə etmişdir. 52.“Cinayət işinin başlanmasının rədd edilməsi” barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı və Cavabdeh qarşılıqlı müraciətləri əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı məxsus 2 ədəd qızıl sırğanın tapılması məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin CAB-na və İTB-nə göndərilməsi qərara alınmışdır. 53.MPM-nin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 54.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh mübahisə etdikdən sonra iddiaçı polis orqanına müraciət edən zaman ilk dəfə ərizəsində, həmçinin verdiyi izahatda cavabdehin təqsiri nəticəsində 2 ədəd qızıl sırğasının itdiyini bildirmişdir. Göründüyü kimi, mübahisədən sonra iddiaçı cavabdeh tərəfindən döyülməsindən əlavə şikayətində 2 ədəd qızıl sırğalarının itməsini də qeyd etmişdir. Belə olan halda isə kollegiya iddiaçının dəlilini ağlabatan və əsaslı hesab edir. 55.Həmçinin, məhkəmə kollegiyasının 10 may 2023-cü il tarixdə keçirilmiş iclasında iştirak edən Cavabdeh məhkəmə kollegiyasına verdiyi izahatında bildirmişdir ki, hazırda qızıl sırğaların pulunu ödəməyə maddi imkanı yoxdur. Həmin sırğaların pulunu əvvəl hissə-hissə ödəməyə maddi imkanı çatdığını bildirmişdir. 56.Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi). 57.Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 58.İddiaçının sübutları da MPM-nin 106.1-ci maddəsinə əsasən təhlil olunduqda görünür ki, həmin sübutlar əsaslı şübhədən kənar sübutladır. Əsaslı şübhədən kənar sübutlar olduğu halda, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi faktik hallara mövcud olan hallar kimi qiymət verə bilər. 59.Göründüyü kimi, göstərilən halllar qızıl əşyası ilə bağlı iddianın əsaslı olduğu barədə qənaətinə gəlməyə kifayət qədər əsas verir. 60.Məhkəmə kollegiyası həmçinin qızıl sırğaların qiyməti ilə bağlı qeyd edir ki, 2 ədəd qızıl sırğanın qiyməti iddiaçının tələb etdiyi məbləğdə müəyyən olunmalıdır. 61.Belə ki, “Zülfüqaroğlu” Limited Responsible Society xx.xx.2023-cü il tarixli, 08 nömrəli mütəxəssis rəyindən (zərgərin iştirakı ilə tərtib edilmişdir) görünür ki, 1 dəst “badamı” brilliant, 12 qram, 750 əyarlı, italiya istehsalı qızıl-zinət əşyasının qiyməti 2200 manat təşkil edir. 62.Məhkəmə kollegiyası bu rəyi sübut kimi qəbul edir. Çünki, rəy verilən zaman mübahisəli qızıl əşyalarının fotoşəkillərinə istinad edilmiş, həmin qızılların çəkisi, növü və əyarı müəyyən edilmişdir. Bu isə qızılların naturada mövcud olmadığı halda qiymətinin müəyyən edilməsi üçün mümkün olan yeganə üsuldur və mütəxəssisin gəldiyi nəticə ağlabatan olmaqla qəbulediləndir. Mütəxəssis rəyində göstərilən məlumatları təkzib edən hər hansı sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Ona görə də məhkəmə bu rəyi sübut kimi qəbul edir. 63.Kollegiya bildirir ki, mütəxəssis rəyində göstərilən 2200 manat iddia ərizəsində qeyd olunan məbləğdən yüksək olduğundan, cavabdehdən tutulmalı olan maddi ziyanın qiyməti iddiaçı tərəfindən tələb olunan məbləğdə, yəni 2000 manat məbləğində müəyyən olunmalıdır. 64.Çünki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin, hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 65.Bundan sonra isə yuxarıda göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə kollegiyası o qənaətə gəlmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. 66.Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır. 67.Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz. 68.Belə ki, məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 197 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ bazu, sağ bud nahiyələrinin qançırları küt əşyanın (əşyaların), əllə, təpiklə vurulma nəticəsində törənə bilər. Törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 69.Göründüyü kimi, İddiaçı tərəfindən təqdim edilmiş arayışda qeyd edilmiş “Arterial hipertoniya”- diaqnozunun yaranma səbəbi cavabdeh tərəfindən törədilən xəsarətlərn yaranmağı müəyyən olunmamışdır. Çünki, ekspert rəyində iddiaçının sağlamlığına zərər vurulmadığından dərəcələri təyin edilməmişdir. Əksinə, iddiaçıya qoyulan diaqnozun onun sağlamlığında olan digər problemlərdən qaynaqlanması istisna edilmir. 70.Cavabdehin hərəkəti iddiaçının şüurunda müəyyən mənfi reaksiyaya səbəb olsa da, cavabdehin hərəkətləri nəticəsində iddiaçının sağlamlığının pozulması, yəni iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim olunmamışdır. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 72.Kollegiya bir daha xatırladır ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. 73.MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. 74.Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar. 75.Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. 76.Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. 77.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). 78.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 79.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». 80.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. 81.Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). 82.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(013)-233/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir. 83.Bundan başqa, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, Cavabdeh alınaraq iddiaçıya verilməlidir. 84.Məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın qiyməti maddi ziyanın ödənilməsi hissəsində 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPMnin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. 85.Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, hazirkı iş üzrə çıxarılan qətnamənin mənəvi zərərin ödənilməsi hissəsindən də kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə ki, mənəvi zərərin ödənilməsi hissəsində birinci instansiya məhkəməsi tərəfindən hər hansı bir zərərin dəydiyi təsdiqini tapmadığından və həmin hissə üzrə dəymiş zərərin məbləği yalnız məhkəmənin mülahizəsinə görə müəyyən edildiyindən kassasiya şikayətinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. 86.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385.1, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(013)-233/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar