Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1233/2025 26.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maddi zərərin ödənilməsi və cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon Zağalı k. İƏDÜNnin 1977-1979-cu illəri əhatə edən ünvan 1inə dair 112 saylı təsərrüfatbaşına kitabının 440 nömrəli şəxsi hesabından İddiaçı atası mərhum Nümayəndə Bəylər oğlunun mülkü və torpaq sahəsi barədə məlum olmuşdur, ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Nümayəndə Bəylər oğlunun istifadəsində olmuş, 1957-ci ildə ev tikilmiş, təsərrüfat üzvləri 1979-cu ildə Kirovabada köçmüşdürlər.
2. İ-İE 200581 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş İddiaçı ata qrafasında Nümayəndə Bəylər oğlu, ana qrafasında isə X1 qeyd olunmuşdur.
3. İİİ-JQ 497342 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə Bəylər oğlu xx.xx.1990-cı ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Nümayəndə Bəylər oğluna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8930/2024 nömrəli məktubun surətindən görünür ki, Daşkəsən rayonu, ünvan 1i ərazisində yerləşən torpaq sahəsi üzərində mübahisə halı mövcud olduğundan işin icrası mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arxiv çıxarışının surətindən görünür ki, Daşkəsən rayon Zağalı kənd sovetinin 1986-1990-cı illəri əhatə edən ünvan 1inə dair 134 saylı təsərrüfatbaşına kitabının 511 nömrəli şəxsi hesabından Cavabdeh1 torpaq sahəsi barədə məlum olmuşdur ki, ünvan 1i ünvanında yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 istifadəsində olmuşdur.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3- 33/2-8450/2024 nömrəli məktubun surətindən görünür ki, Daşkəsən rayonu, ünvan 1i ərazisində yerləşən torpaq sahəsi üzərində mübahisə halı mövcud olduğundan işin icrası mümkün olmamışdır.
6. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh1 Adil oğlunun istifadəsinə verilmiş Daşkəsən rayonu, ünvan 1ində yerləşən 500 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş, X9 kitabında xx.xx.2011-ci ildə 1500 nömrə ilə uçota alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona məxsus evi sökərək maddi zərər vurduğuna görə 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
8. İddiaçı vəsatəti əsasında Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 cavabdeh qismində işə cəlb olunmuşdurlar.
9. Bundan başqa İddiaçı iddia həcminin artırılmasına dair məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 onlara məxsus evi sökərək maddi zərərin əvəzi kimi müştərək qaydada 30000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat məbləğində pulun alınaraq ona verilməsinə və ya cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin evdən əşyaları ilə birlikdə çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Nümayəndə Bəylər oğlu əslən Daşkəsən rayonunun ünvan 1indəndir. Onlar ailə üzvləri ilə birlikdə ünvan 1ində atasına məxsus olan 0,10 ha torpaq sahəsində inşa etdirdiyi evdə yaşamışlar. Həmin evi atası öz maddi vəsaiti hesabına inşa etdirmişdir. Atasının səhhəti ilə əlaqədar olaraq həkimlərin tövsiyəsi ilə 1979-cu il tarixdə Gəncə şəhərinə köçmüşdür. Onlar onunla birlikdə ailəlikcə Gəncəyə köçmüşdürlər. Köçdükləri zaman atası öz qohumu və həmkəndlisi olan cavabdeh Mizəyev Mirzəlinin evi olmadığı üçün onun xahişi ilə müvəqqəti yaşamağa icazə vermişdir. Atası evi ona yaşamağa müvəqqəti icazə verəndə heç bir maddi marağı olmamış və təmənnasız olaraq yaşamağa icazə vermişdir. Atasının xəstəliyinə görə cavabdehin ailəsinə arxayın olub xeyli müddət ərzində evlərinə baş çəkə bilməmişdirlər. Ailələrinin maddi çətinliklərinə görə o, X4 fəhlə kimi işə düzəlmişdir. Xeyli müddət kombinatda vicdanla əmək fəaliyyətində olmuşdur. İstehsalat travması almış və sağ əli fəaliyyət qabiliyyətini itirmişdir. Onlar ailəlikcə kirayədə, müəyyən dövr ərzində isə qohumlarına məxsus evdə kirayə haqqı ödəmədən yaşayırlar. Hal-hazırda mənzilə çox ehtiyacları vardır. ünvan 1ində atasının inşa etdirdiyi evin sahəsi təxminən 100 kv.m-ə yaxın olmuşdur. Eyni zamanda heyvanlarını saxlamaq üçün tövlə də mövcud olmuşdur. Cavabdeh atasına məxsus evdə yaşadığı vaxtlarda Aqrar İslahat Komissiyası vətəndaşların mülkiyyətində olan evlərin və torpaqların satatusu barədə qərarlar verdiyi üçün Mirzəli atasına məxsus evin dam örtüyünü və divarlarını dağıtmağa başlamışdır. Mövcud olmayan evə Komissiya heç bir qərar verə bilməzdi. Eyni zamanda cavabdeh onların ev sahibi kimi mövcudluğunu gizlədərək sonradan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət etmiş və Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün istifadəyə götürmüşdür. Cavabdeh faktiki olaraq onların mövcudluğunu gizlətməklə aqrar-islahatlar keçirilmədən ailələrinə məxsus təsərrüfatda şəxsi istifadələrində olan 0,10 ha torpaq sahəsini zəbt etmək niyyətində olmuşdur. Ancaq cavabdehin bu qeyri-qanuni hərəkətləri 14x7 kv.m-dən ibarət 2 otaq, 1 böyük zalın dağıdılması nəticəsində ailələrinə xeyli miqdarda maddi ziyan dəymişdir. Halhazırda cavabdehin onların istifadəsində olan torpaq səhəsində inşa etdiyi evin materialları onların evindən sökdüyü materialların hesabına icra etmişdir. Cavabdeh əvvəllər əmlaklarını dağıtdığına görə zərərin əvəzini ödəyəcəyini bildirsə də, hal-hazırda öhdəliyini yerinə yetirməkdən imtina etməkdədir. Halhazırda 100 kv.m sahəsi olan evin və tövlənin inşası üçün minimum 30000 manat tələb olunur. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq ona 30000 manat pul qaytararaq öhdəliyini yerinə yetirməlidir.
11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə cavabdeh X3 500 kv.m torpaq sahəsi ayrılmış, cavabdeh tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Mübahisəli torpaq sahəsinə dair iddiaçının iddia tələbinin hüquqi əsası olmamışdır. Belə ki, həmin torpaq sahəsinin ona məxsus olması barədə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir
13. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarına (A-52- 1983), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1 və 217.1-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
14. Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 819/2025 saylı 27 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası Nümayəndə Bəylər oğlu əslən Daşkəsən rayonunun ünvan 1indəndir. Onlar ailə üzvləri ilə birlikdə ünvan 1ində atasına məxsus olan 0.10 ha torpaq sahəsində inşa etdirdiyi evdə yaşamışdırlar. Həmin evi atası öz maddi vəsaiti hesabına inşa etdirmişdir. Atasının səhhəti ilə əlaqədar olaraq həkimlərin tövsiyəsi ilə 1979-cu il tarixdə Gəncə şəhərinə köçmüşdürlər. Köçdükdən sonra atası öz qohumu və həmkəndlisi olan Cavabdeh1 evi olmadığına görə onun xahişi ilə müvəqqəti yaşamağa icazə vermişdir. Onalar həmin evə hər hansısa bir maddi maraq olmadan təmənnasız yalnız müvvəqəti istifadə üçün vermişdirlər. Torpaq islahatı həyata keçirilən zaman cavabdeh atasına məxsus evin dam ortüyünü və divarlarını dağıtmışdır ki, Aqrar İslahat Komissiyası mövcud olmayan evə hər hansısa bir qərar verə bilməsin. Həmçinin, ev sahibi kimi atasının və onların mövcudluğunu gizlədərək sonradan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə müraciət etmiş və Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tartixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün istifadəyə götürmüşdür. Cavabdeh faktiki olaraq onların mövcudluğunu gizlədərək aqrar-islahatlar keçirilmədən ailəsinə məxsus təsərrüfatda şəxsi istifadələrində olan 0.10 ha torpaq sahəsini zəbt etmiş, 14X7 kvm-dən ibarət 2 otaq, 1 böyük zalın dağıdılması nəticəsində ailəsinə xeyli miqdarda ziyan dəymişdir. Halhazırda cavabdehin onların istifadəsində olan torpaq sahəsində inşa etdirdiyi evin materialları onların evindən sökülmüş materiallardır. Cavabdeh əvvəllər əmlakını dağıtdığına görə zərərin əvəzini ödəyəcəyini bildirsə də, hal-hazırda öhdəliyi yerinə yetirməkdən imtina edir. Hal-hazırda 100 kvm sahəsi olan evin və tövlənin inşası üçün minimum 30 000 manat tələb olunur. 10 sot torpaq sahəsi onların, 5 sot torpaq sahəsi cavabdehindir . Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişlər ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı bizə qarşı ”maddi zərərin ödənilməsi və ya cavabdehlərin əşyaları ilə birlikdə evdən çıxarılması” tələbinə dair ilkin iddianı təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən əsassız olaraq apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsini qanuni və əsaslı, ondan verilmiş apellyasiya şikayətini isə tamamilə qanunsuz və əsassız hesab edirlər. Belə ki, işə əlavə etdikləri Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X3 500 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Ev təzə tikilmiş evdir. İddiaçı onlardan pul almaq üçün bizə şər və böhtan atmışdır. Onlar heç kimin evini söküb dağıtmamışlar. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Apellyasiya şikayətində göstərilənlərlə həm də, ona görə razılaşa bilmirlər ki, İddiaçı adına heç bir daşınmaz əmlak qeydiyyata alınmadığı halda, o, onardan maddi zərər istəyir və onların halal tikdirdiyimiz özlərinə məxsus evdən çıxarılmasını tələb edir. Odur ki, apellyasiya şikayəti ilə razılaşmırıq və apellyasiya şikayətində göstərilənləri əsassız və qanunsuz hesab edirlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisəli ərazidə inşa edilmiş ev onun tərəfindən tikilmişdir.
19. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
22. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinin İ hissəsi:
23. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədi ilə cavabdeh X3 500 kv.m torpaq sahəsi ayrılmış və sonuncu həmin torpaq sahəsində fərdi yaşayaış evi inşa etmişdir. İddiaçı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışına istinad edərək, Daşkəsən rayon Zağalı k. İƏDÜN-nin 1977-1979-cu illəri əhatə edən ünvan 1inə dair 112 saylı təsərrüfatbaşına kitabının 440 nömrəli şəxsi hesabından İddiaçı atası mərhum Nümayəndə Bəylər oğlunun mülkü və torpaq sahəsi barədə məlum olduğuna, ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Nümayəndə Bəylər oğlunun istifadəsində olduğuna, 1957-ci ildə ev tikildiyinə, təsərrüfat üzvlərinin 1979-cu ildə Kirovabada köçdüklərinə istnad edərək hazırkı iddi tələbi ilə məhkəməyə müraciət etmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Daşkəsən rayon Zağalı k. İƏDÜN-nin 1977-1979-cu illəri əhatə edən ünvan 1inə dair 112 saylı təsərrüfatbaşına kitabının 440 nömrəli şəxsi hesabından İddiaçı atası mərhum Nümayəndə Bəylər oğlunun mülkü və torpaq sahəsi barədə məlum olmuşdur, ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi Nümayəndə Bəylər oğlunun istifadəsində olmuş, 1957-ci ildə ev tikilmiş, təsərrüfat üzvləri 1979-cu ildə Kirovabada köçmüşdürlər. Göründüyü kimi, çıxarışda ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin Nümayəndə Bəylər oğlunun istifadəsində olması, 1957-ci ildə ev tikilməsi qeyd edilmişdir. İddiaçı həmin evin hazırda mövcud olmamasını özü də, qeyd etmiş, cavabdehlərin həmin evi sökdüklərini qeyd etsə də, həmin evin hansı tarixədək mövcud olması, hansı tarixdə sökülməsi və məhz cavabdehlər tərəfindən sökülməsi ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası ünvan 1i ünvanında yerləşən 0,10 ha torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi iddiaçının mərhum atası Nümayəndə Bəylər oğlunun istifadəsində olmuş və təsərrüfat üzvləri 1979-cu ildə Kirovabada köçmüşdürlər. Göründüyü kimi, torpaq sahəsi yalnız istifadə üçün ayrılmış, 1979-cu ildə də iddiaçının mərhum atası könüllü olaraq Gəncə şəhərinə köçmüşdür. Cavabdehlərin istifadəsində olan torpaq sahəsi isə Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 07 saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır və həmin qərar qüvvədədir. Cavabdehlər həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır.
42. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın təmin etməməkdə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-819/2025 saylı, 27 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.