Məhkəmə qərarları › İş №2(104)-1235/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1235/2024

06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1235/2024 06.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardadından iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı Unibank KB” ASC cavabdehlər X1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" SC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlərin və onların ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilindən çıxarılmaqla həmin mənzilin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı "xxxx" ASC tərəfindən şikayət verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmamalı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə Şəmkir Rayon Məhkəməsi tərəfindən baxılmamış və bununla da, Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 269, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmasın. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-186/2024 nömrəli qərardad iddiaçı "xxxx" ASC-nin verdiyi şikayətə baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar