Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-124/2025 06.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(023)-35/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 06 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 24 sentyabr 2020-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh 14500 manat İddiaçı borc almışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı Qazax Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 10000 manat borc, 3000 manat mənəvi zərər və ödənilmiş 129 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünü iş adamı kimi təqdim edərək şəxsi sexi olduğunu və bir çox şirkətlərdən dəmir-metal hissələri yığmaqla avadanlıqların hazırlanmasından xeyli gəlir əldə etdiyini bildirmiş və ondan borc istəmişdir. 24 sentyabr 2020-ci il tarixdə cavabdehə 14500 manat borc vermiş, sonuncuda bu barədə əlyazma qaydasında qəbz yazmışdır. Cavabdeh bir il ərzində 4500 manat hissə-hissə qaytarsada, 10000 manat qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh dələduzluq edərək özünü ona iş adamı kimi təqdim etmişdir. Əslində onun nə sexi, nədə ki sahibkarlıq fəaliyyəti olmamışdır. Borcunu qaytarmasını cavabdehdən tələb etsədə, sonuncu müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirablara məruz qalmışdır.
4. İddiaçı iddia tələbinin həcminin arıtırılmasına dair ərizə verərək, Cavabdeh 11500 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qazax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(023)-35/2024 nömrəli (hakim N.Musayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 10000 (on min) manat pul və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi; İddia tələbi qalan hissədə təmin edilməməsi; İş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425, 442, 445.1, 445.2, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 191.3, 213-214, 216-220, 227, 233, 357 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclaslarının heç birində iştirak etməyən Cavabdeh vəsatəti əsasında mülki iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş, lakin əsassız olaraq dövlət rüsumunun müştərək qaydada cavabdehdən və ondan tutlması qərarına gəlmişdir. Halbu ki, ekspertiza xərci tam olaraq cavabdehdən tutulmalıdır. Eləcədə birinci instansiya məhkəməsi mənəvi ziyan tələbini təmin etməməkdə əsassız nəticəyə gəlmişdir.
9. Həmçinin həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, iddianın təmoin olunması hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, qəbzin kim tərəfindən tərtib olunması, eləcədə sorğu əsasında alınmış matarialların işlə əlaqəsi araşdırılmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, yazılı qəbz əsasında Cavabdeh 14500 manat borc vermiş, sonuncu həmin məbləğdən 4500 manat qaytarsada, 10000 manat qaytarmamışdır.
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Qətnamə iddianın təmin və təmin olunmaması hissədə mübahisələndirildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissələrdə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. İşin müəyyən olunmuş faktik hallarından görünür ki, İddiaçı 24 sentyabr 2020ci il tarixdə Cavabdeh 14500 manat borc vermişdir. Cavabdehin almış olduğu borcdan 4500 manat qaytarmıasını, 10000 manat isə qaytarmadığını əsas gətirərək iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı borc tələbi hissədə iddianın həcmi artırılmış və cavabdehdən 11500 manat alını iddiaçıya verilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.
28. Kollegiya hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
29. Kollegiya ilkin olaraq iddiaçı tərəfin verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyt edir ki, şikayətin dəlilləri mübahisələndirilən hissədə qətnamnənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, İddiaçı iddia tələbində cavabdehdən ilkin olaraq 10000 manat borc, 3000 manat mənəvi zərər tələb etmişdir. İddiaçı sonradan borcun tutulması hissədə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək cavabdehdən 11500 manat tutulmasını məhkəmədən xahiş etmişdir. İşə əlavə olunmuş əlyazmada isə İddiaçı tərəfindən Cavabdeh 14500 manat borc verilməsi qeyd olunmuşdur. Həmin məbləğdən də 4500 manat qaytarılmasını iddiaçı etiraf etmişdir. İddiaçı əlavə olaraq cavabdehdən 1500 manat tələb etsədə, lakin qeyd olunan məbləgdə borcun yaranmasını təsdiq edən hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.
30. İddiaçı borcun vaxtında qaytarılmamasına görə mənəvi istirablara məruz qalmasını qeyd etsədə, lakin bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
31. Ekspertiza xərcinin müştərək qaydada tutulmasına münasibətdə isə kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə görə, məhkəmənin çəkdiyi xərclərin tərəflərdən müştərək qaydada dövlət nəfinə tututlması özlüyündə istisna olunmur.
32. Kollegiya Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalrının tələblərinin pozulması, qəbzin kim tərəfindən tərtib olunması, eləcədə sorğu əsasında alınmış matarialların işlə əlaqəsinin araşdırılmaması” dəlillərini də əsaslı saymır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyil.
33. Cavabdeh 14500 manat borc alması barədə 24 sentyabr 2020-ci il tarixli qəbzin kim tərəfindən tərtib olunmasını mübahisələndirdiyi üçün apellyasiya icraatı zamanı (cavabdeh məhkəmə iclasına gəlmədiyindən imza və xətt nümunələri almaq mümkün olmadığı üçün) işin 8-ci vərəqində olan “Mən Cavabdeh İddiaçı 14500 AZN (on dörd min beş yüz) AZN pulu borc aldım” qəbzdəki Cavabdeh yazısının alt hissəsindəki imza ilə həmin qəbzə əlavə olunmuş (kserosurət) Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsində “vəsiqə sahibinin imzası”-nın alt hissəsindəki imza ilə eynilik təşkil edib-etməməsini (hər iki imzanın eyni şəxs tərəfindən icra olunması) müəyyənləşdirmək üçün məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmişdir. Ekspertin vəsatəti əsasında sonradan Cavabdeh çətinliklədə olsa məhkəməyə dəvət olunmuş və sonuncudan imza və xətt nümunələri alınaraq ekspertə təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 11 dekabr 2024-cü il tarixli 4/1507 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş mülki işin 8-ci vərəqində Cavabdeh adından olan 24 sentyabr 2020-ci il tarixli 14500 manat məbləğində pula dair borc qəbzindəki yazılar və həmin qəbzdə “Cavabdeh” yazılarından aşağıdakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur.
34. Qeyd olunmalıdır ki, borc müqaviləsinin bağlanmış hesab olunması, yəni hüquqi nəticə əmələ gətirməsi, digər müqavilələrdə olduğu kimi sırf razılaşma sayəsində olur. Bununla bağlı təkcə Mülki Məcəllənin borc müqaviləsini tərif edən 739.1-ci maddəsindəki müddəanın nəzərdən keçirilməsi kifayətdir. Belə ki, həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı iş üzrə iddiaçı, yəni borc verən, İddiaçı cavabdeh, yəni borc alan Cavabdeh onun özü tərəfindən yazılaraq imza edilmiş qəbz əsasında 14500 manat qaytarmaq şərtilə borc verməsi, sonuncunun isə aldığı borcdan yalnız 4500 manat qaytarması tam sübut olunur.
35. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissələrdə qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddianın təmin və təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat təşkil edir.
38. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 133 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
39. Qətnamə mübahisələndirilən, yəni iddianın təmin olunmaması hissədə iddianın qiyməti 5000 manatdan az olduğu üçün bu qətnamədən İddiaçı kassasiya şikayəti verə bilməz, qətnamə mübahisələndirilən, yəni iddianın təmin olunması hissədə iddianın qiyməti 5000 manatdan çox olduğu üçün bu qətnamədən Cavabdeh kassasiya şikayəti verə bilər.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli 2(023)-35/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin və təmin olunmaması hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 133 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. İddianın təmin olunmaması hissədə bu qətnamədən İddiaçı kassasiya şikayəti verə bilməz. İddianın təmin olunması hissədə qətnamə rəsmi qaydada verildiyi gündən Cavabdeh tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.