Məhkəmə qərarları › İş №2(104)-1240/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1240/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1240/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X10 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1271/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X21 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində ictimai qaydanı pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 50 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

2. xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1-2394/2023 nömrəli raportdan görünür ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Səməndər Həsənov xx.xx.2023-cü tarixdə 4-cü PB-də əməliyyat qrupunda xidmət olan zaman DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında ünvan 1 ünvanda zahiri görünüşündən sərxoşluq əlamətləri olan X15 qardaşı Cavabdeh qarşı uca səslə nalayiq ifadələr işlədərək, ictimai asayişi pozduğunu müşahidə etdikdən sonra Məcid Cəfərova yaxınlaşaraq, sakitləşdirməyə çalışsalar da, onlara məhəl qoymayaraq, öz qanunsuz hərəkətlərini davam etdirmiş, bu səbəbdən Məcid Cəfərov barəsində tədbir görülməsi üçün 4-cü PB-nə aparılmışdır.

3. Video qeydlərdən görünür ki, məhkəmə iclasında iştirak edən şəxslər tərəfindən X21 olduğu bildirilən bir nəfər şəxs daş hasarın üzərinə çıxararaq, əvvəlcə Cavabdeh istiqamətində daş parçaları ataraq, ucadan söyüşlər söyür, daha sonra isə daş hasardan həyətə düşərək, ucadan söyüşlər söyməkdə davam edərək əlindəki dəmir parçası ilə Cavabdeh istiqamətində gəlir. Bu zaman Cavabdeh həmin şəxsin əlindəki dəmir parçasını alıb, onu sakitləşdirməyə və ərazidən uzaqlaşdırmağa çalışır.

4. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-886/2023 nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə qardaşı Məcidlə dalaşdıqdan sonra küçədə və yaşadığı evin həyətində nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmuşdur və Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(104)-314/2023 nömrəli qərarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 886/2023 nömrəli qərarı dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.

6. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 2023-cü ilin təxminən 16-17 mart tarixlərində saat təxminən 16-17 radələrində Gəncə şəhəri Əli Məmmədov küçəsi, ev 1B-də yaşayan Nümayəndə qonşusu Gəncə şəhəri Əli Məmmədov küçəsi ev 1Ada yaşayan Cavabdeh evinin həyətindən nalayiq ifadələr işlətməsi, dəmiri biri-birinə vurması səbəbi ilə yaranmış səslərdən evinin həyətində oynayan 7 yaşlı nəvəsi X4 qorxmasını, Gəncə şəhər 1 nömrəli poliklinikada müayinə zamanı nəvəsi Səbinə Haqverdiyevaya həkim tərəfindən qorxudan yaranan «Gecə terroru» xəstəliyi diaqnozu qoyulmasını bildirməsi faktında hər hansı cinayətin tərkib əlaməti olmadığından, Cavabdeh 4-cü PB-nə verdiyi izahatında təxminən 16-17 mart tarixində, saat təxminən 16-17 radələrində qardaşı Məcidin evinə gələrək səs-küy salıb münaqişə yaratdığı üçün DİN-nin 102 xidmətinə müraciət etdiyini, müraciəti əsasında 4-cü PB-də araşdırma aparıldığını, Qoşqarın nəvəsini qorxutmadığını bildirdiyindən, araşdırma zamanı materiala əlavə edilmiş 4-cü PB-nin sahə rəisi, polis kapitanı Səməndər Həsənovun xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1-2394/2023 nömrəli raportunda xx.xx.2023cü il tarixdə 4-cü PB-də əməliyyat qrupunda xidmətdə olan zaman DİN-nin 102 xidmətindən daxil olmuş məlumat əsasında ünvan 2 ünvanda zahiri görünüşdən sərxoşluq əlamətləri olan X15 qardaşı Cavabdeh qarşı uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozduğunu müşahidə etdikdən sonra Məcid Cəfərova yaxınlaşaraq sakitləşdirməyə çalışsalar da onlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, bu səbəbdən Məcid Cəfərov barəsində tədbir görülməsi məqsədi ilə 4-cü PB-nə gətirilməsi göstərildiyindən toplanmış materialda həmin fakt üzrə cinayət işinin başlanması rədd edilməlidir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaqların icbari Dispanserizasiyasının ******* nömrəli müayinə vərəqinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X6 xx.xx.2023-cü il tarixdə «gecə terroru» diaqnozu qoyulmuşdur.

8. Akademik Z.Məmmədov adına xəstəxananın Uşaq Poliklinika bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1250 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü, ünvan 3 ünvanında yaşayan X11 xx.xx.2023-cü il tarixdə «gecə terroru» diaqnozu ilə nervipatoloqa müraciət etmiş və həmin tarixdən indiyədək psixoliji məşğələlərdə iştirak etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qızı X6 aparılmış müayinə nəticəsində «gecə terroru» diaqnozu qoyularaq müalicəsinə xərclədiyi 700 manat məbləğində pul vəsaitinin, Səbinə Haqverdiyevanın müalicəsi üçün yaşadığı evdə deyil, digər ərazidə xərclənən 7.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 97 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 1B nömrəli fərdi yaşayış evində, Cavabdeh isə həmin ünvanın qonşuluğunda yaşayır. Təxminən 5-6 il bundan əvvəl küçədə şərikli çəkilən qaz və elektrik dirəyinin sol tərəfindən Cavabdeh özbaşına tikinti apararaq, həmin dirəyi çıxarıb yol tərəfə basdırmışdır. Bundan bir müddət əvvəl isə Cavabdeh həmin dirəyə sahib çıxaraq, iddiaçının həmin dirəyə bağlanmış elektrik, telefon və qaz xətlərini ayırıb başqa yerdən çəkməyini tələb etmiş, ünvanına nalayiq ifadələr işlətmiş, daha sonra isə məlumat vermədən telefon xətlərini qanunsuz olaraq kəsmişdir. Bu barədə o və Q.Ş.Haqververdiyev ertəsi gün Cavabdeh iradlarını bildirmişlər. Bunun qarşılığında isə Cavabdeh Q.İddiaçı və ailə üzvlərinin ünvanına yenidən nalayiq ifadələr işlətmişdir. O, bu barədə Azərbaycan Respublikasının DİN-in 102 Xidməti zəng mərkəzinə şikayət etmiş, şikayəti əsasında Ceyhun adlı təhqiqatçı müvafiq araşdırma aparmışdır. Bir müddət sonra ATS-dən nümayəndələr gəlib telefon xəttini bərpa etmələrinə baxmayaraq, 2023-cü ilin mart ayında Cavabdeh yenidən qanunsuz olaraq telefon xəttini kəsmişdir. Həmin vaxt «Novruz Bayramı» ilə əlaqədar qeyri-iş günü olduğundan o, 27 mart 2023-cü il tarixdə ATS-ə müraciət etmiş, 28 mart 2023-cü il tarixdə Elçin adlı usta və Anar adlı xətt mühəndisi telefon xəttinə baxış keçirmiş və telefon xəttini tamamilə yeniləmişlər. Belə ki, hər gün Cavabdeh onları ölümlə hədələmiş, nalayiq ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətlərini alçaldan hərəkətlər və ifadələr işlədərək qanunsuz olaraq həmin dirəyin çıxarılmasını tələb etmiş, həmçinin Cavabdeh xx.xx.2023-cü il tarixdə qardaşı Məcidlə dava edərkən dəmir alətlə dəmir listə vuraraq onları narahat etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi əməl nəticəsində İddiaçı 7 yaşlı qızı X12 qorxu keçirmiş, gecələr yuxudan qorxu içərisində, təngənəfəs qalxmağa başlamışdır. X5 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə edilməsi üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışlar və həkimlər tərəfindən aparılmış müayinə nəticəsində azyaşlı X7 «gecə terroru» diaqnozu qoyulmuşdur. S.İddiaçıaya bahalı dərmanlarla müalicə təyin edilmişdir. X2 gecə vaxtı evlərində yatan zaman səksəkə ilə oyanır, oyandıqdan sonra ailə üzvlərini digər otağa keçməsi üçün köməyə çağırır. Bu səbəbdən həkim məsləhət bildirmişdir ki, azyaşlı Səbinə Haqverdiyeva müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunsun. Bu isə xeyli miqdarda vəsait tələb edir. X14 müalicə olunur. Səbinə Haqverdiyevanın müalicəsinə 700 manat məbləğində pul vəsaiti xərclənmişdir. Əlavə olaraq Səbinə Haqverdiyevanın müalicə olunmasına görə 7.000 manat pul tələb olunur. Bununla yanaşı Cavabdeh xx.xx.2023-cü il tarixdə törətdiyi qanunsuz hərəkətlərlə bağlı Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(104)-314/2023 nömrəli qərarı ilə Cavabdeh İXMnin 510-cü maddəsi ilə təqsirli bilinib 10 gün müddətə inzibati qaydada həbs edilmişdir

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1271/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1271/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Cavabdeh qanunsuz əməlləri nəticəsində 7 yaşlı qızı X11 qorxu keçiribdir, gecələr yuxudan qorxu içərisində, təngənəfəs olaraq qalxır, ayaqlarında əsmələr olub, 2 kurs müalicə olunduqdan sonra ayaqlarında olan əsmələr keçirmişdir. X3 bu hadisələr nəticəsində xəstələnməsi ilə əlaqədar olaraq müayinə etmələri üçün 31 mart 2023-cü il tarixdə Gəncə Şəhər 1 saylı Uşaq Poliklinikasına aparmışdır. Həkimlər tərəfindən aparılmış müayinə nəticəsində azyaşlı qızı X6 “gecə terroru” diaqnozu qoyulmuş və bahalı dərmanlar yazılaraq müalicə təyin edilmişdir. Halhazırda nəvəsi gecə vaxtı evilərində yatan vaxt səksənərək oyanır, oyandıqdan sonra onları digər otağa keçməsi üçün köməyə çağırır. Bu səbəbdən həkim məsləhətidir ki, qızı Səbinə Haqverdiyeva müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunsun, bu isə xeyli miqdarda vəsait tələb edir. Hal-hazırda nəvə Səbinə Haqverdiyeva müalicə olunur. X1 həkimlər tərəfindən aparılmış müayinə nətcəsində “gecə terroru” diaqnozu qoyulması və bahalı dərmanlar yazılaraq müalicə təyin edilməsi, nəvəsi Səbinə Haqverdiyevanın müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunmasına görə 7000 manat xərc tələb olunur. Məhkəmə qanunun “əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz” tələbini kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh qızı X6 həkimlər tərəfindən aparılmış müayinə nətcəsində “gecə terroru” diaqnozu qoyularaq bahalı dərmanlarla müalicəsinə xərclədiyi 700 manat məbləğində pulun, qızı Səbinə Haqverdiyevanın müalicə olunmaqdan ötrü yaşadıqları evdən kənarda, digər ərazidə müalicə olunmasına görə 7000 manat məbləğində pul xərlcəmişdir. Lakin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, izahatında göstərmişdir ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, Gəncə şəhəri, Əli Məmmədov küçəsində yerləşən 1A nömrəli fərdi yaşayış evində, İddiaçı yaşadığı evin qonşuluğunda yaşayır. Onun öz qardaşı X21 daim onunla mübahisə edib, münaqişəli vəziyyət yaradır. 16-17 mart 2023-cü il tarixdə, saat 16-17 radələrində də Məcid Cəfərov yaşadıqları fərdi yaşayış evlərinin arasındakı tikilinin üzərinə çıxıb, əvvəlcə onu və ailəsini ucadan sözlə təhqir edib, onlara daş parçaları atmışdır. Daha sonra Məcid Cəfərov həmin tikilidən həyətə düşərək, əlindəki dəmir parçası ilə onların üzərinə hücum etmişdir. Həmin vaxt Məcid Cəfərov sərxoş olmuş, səs-küy salıb münaqişə yaratmış, ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlətmişdir. O isə Məcid Cəfərovun əlindəki dəmir parçasını almağa və oradan uzaqlaşdırmağa çalışmışdır. Bundan sonra o, Məcid Cəfərovun hərəkətləri barəsində Azərbaycan Respublikasının DİN-nin 102 Xidməti zəng mərkəzinə məlumat vermiş, Məcid Cəfərovun barəsində inzibati tənbeh tədibiri tətbiq olunmuşdur. O, özü də Məcid Cəfərovyn həmin hərəkətlərini video qeydə almışdır.Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1271/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh 16 mart 2024-cü il tarixdə öz evinin həyətində nalayiq ifadələr işlətməsi, dəmiri biri-birinə vurması səbəbi ilə yaranmış səslərdən evinin həyətində oynayan 7 yaşlı iddiaçının X3n qorxmasını, Gəncə şəhər 1 nömrəli poliklinikada müayinə zamanı qızına həkim tərəfindən qorxudan yaranan «Gecə terroru» xəstəliyi diaqnozu qoyulmasını bildirilmiş, uşağın müayinə və müalicəsinə sərf olunmuş vəsaitin əvəzi qismində 7.700 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

42. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

47. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində uşağında psixoloji problemlərin yarandığına görə müailəcilər və müayinələr üçün sərf edilmiş 700 manat və sərf olunması tələb olunan 7000 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsini istəyir. Nəzərə alınmalıdır ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, ərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Baxılan iş üzrə iddiaçı məhkəməyə heç bir subut təqdim etməmişdir.

48. Bundan başqa, Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

49. Məkhəmə kollegiyası bir daha qeyd edir ki, xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar, xx.xx.2023-cü il tarixli, 3-13-57-4/1- 2394/2023 nömrəli raport, məhkəmə kollegiyasının iclas zalında tədqiq edilmiş video qeydlər, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Əli Məmmədov küçəsində ictimai qaydanın Cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən pozulması və səsküyün həmin şəxsin təqsirli hərəkətləri ilə yaranması müəyyən edilmişdir.

50. Göründüyü kimi, İddiaçı yalnız X9 yaşadığı ünvan 4 ünvanından səs-küy gəlməsini bildirirməklə kifayətlənmiş, iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda sübutetmə yükü onun üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

52. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

53. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

54. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

55. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

58. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

59. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1271/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar