Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1245/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətəGəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2007-ci ildə anadan olmuş qızı X3 və xx.xx.2009-cu ildə anadan olmuş oğlu X1 ilə birlikdə Cavabdeh məxsus olan Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən evdən istifadə hüquqlarının tanınması və evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan İddiaçı şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Lakin məhkəmə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-317/2025 nömrəli qətnaməsini tam nəzərdən keçirməmiş, iddia tələbinin təmin edilmədiyi əsasları müəyyən etməmişdir. Belə ki, həmin tələb mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbi olmaqla cavabdeh X2 qarşı verilmişdir. Məhkəmə gedişində mübahisəli evin mülkiyyətçisi Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən və iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-317/2025 nömrəli qətnaməsi ilə iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldiyindən və iddiaçı əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığından iddia tələbi təmin edilməmişdir. Hazırki iş üzrə isə hakim hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsasla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunan prosessual hüquq norması pozulmuşdur. Belə ki, işə baxan hakimin istinad etdiyi və qanuni qüvvəsini almış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-317/2025 nömrəli qətnaməsi ilə müəyyən olunmuşdur ki, tələb əsl cavabdehə qarşı verilməmişdir. Belə olan halda tələb əsl cavabdehə qarşı verildiyindən hakimin qeyd etməsi ki, tələb eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə verilmişdir, onun fikrincə məntiqsizdir. Bir qətnamədə qeyd olunmuşdur ki, o, tələbi əsl olmayan cavabdehə qarşı vermişdir. Sonra yeni iddia tələbini əsl cavabdehə qarşı vermiş və hakim qeyd etmişdir ki, artıq eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəsini almış qətnamə vardır. Bu çox məntiqsizdir və qeyd olunan prosessual hüquq norması pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 20 may 2025-ci il il tarixli, 2(125)-3202/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-317/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə hazırki Cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək işdə iştirak etmişdir. İşə baxılarkən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh (mülkiyyətçiyə) münasibətdə də iddia tələbinə həmin qətnamə ilə qiymət verilmişdir. Hazırki iddia tələbi üzrə Cavabdeh iddiaya cavab verməli olan şəxs olsa da, eyni predmet üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-317/2025 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən də göründüyü kimi həmin iş üzrə cavabdeh X4 olmuş və həmin iş üzrə iddiaçının Cavabdeh qarşı hər hansı tələbi olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin halı nəzərə almadan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməkdə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Mülki prosessual qanunvericiliyin istinad olunan normalarının məzmunundan göründüyü kimi məhkəmə iclasında cavabdehin hüquq və vəzifələri ilə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş tərəfin hüquq və vəzifələri arasında fərq vardır. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin prosessual hüquqları işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş şəxsin hüquqlarından daha genişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-3202/2025 nömrəli qərardadı ləğv edilsin. İş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1245/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1245/2025
10.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver