Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1247/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 14567,11 manat əsas, 3186,21 manat faiz və 469,05 manat cərimə cəmi 18222,37 manat və ödənilmiş dövlət rüsumu əvəzində 144,67 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-34/2025 saylı qətnaməsi ilə İddiaçı QSC-nin Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı pul və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh1 qeyd edilən qətnamədən xx.xx.2025-ci ildə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş və ərizəyə apelyasiya şikayətini əlavə etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-34/2025 saylı qərardadı ilə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-34/2025 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apelyasiya şikayəti baxılmasından ötrü Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı və Cavabdeh1 Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən verdiyi müddət bərpası barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən şikayət ərizəsi ilə birlikdə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə də vermiş, lakin birinci instansiya məhkəməsi tərəfindən onun ərizəsinə baxılmamış və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla da, Azərbaycan Respublikası MPM-nin 133-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin: 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası MPM-nin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından, qəbul olunmamalı, ərizəyə baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 133, 268- 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Cavabdeh1 Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-34/2025 saylı qətnaməsindən verdiyi buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə baxılması üçün iş Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1247/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1247/2025
04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver