Məhkəmə qərarları › İş №2(3-7)-995/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-995/2026

04.08.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-995/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. III-JQ ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1974-cü ildə anadan olmuş İddiaçı ata qrafasında cavabdeh2, ana qrafasında isə cavabdeh1 kimi qeyd olunmuşdur.

2. V-IK ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2016-cı ildə anadan olmuş X6 ata qrafasında İddiaçı, ana qrafasında X5 qeyd olunmuşdur.

3. 11.2025-ci il tarixli, MŞG/MT***/****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh2 və cavabdeh1 ##.##.2025-ci ildə, saat 14:15-də keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Iddiaçı İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. 4 Gəncə şəhər * saylı notariat ofisində bağlanmış 4Ə-1-*** reyestr nömrəli notariat işində olan ##.##.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh2 Gəncə şəhəri, Məhrəsə bağı, * nömrəli binada yerləşən ** saylı mənzili oğlu İddiaçı bağışlamışdır.

5. Gəncə şəhəri * saylı notariat ofisində təsdiq edilmiş ##.##.2014-cü il tarixli, 7E-**** reyestr nömrəli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı bütün səlahiyyətli orqanlarda, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində, istənilən bankda, Asan Xidmət Mərkəzində, notariat kontorunda, digər idarə və təşkilatlarda onu təmsil etməyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2009-cu ildə verilmiş, ********** saylı çıxarışa əsasən ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, * saylı binada yerləşən ** saylı mənzili anası cavabdeh1 bağışlamağı və digər səlahiyyətləri ##.##.2019-cu il tarixədək cavabdeh2 etibar etmişdir.

6. Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli, ##.##.2014cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 5 ünvanında yerləşən mənzili hədiyyə alan cavabdeh1 bağışlamış, müqaviləni İddiaçı adından nümayəndəsi cavabdeh2 imzalamışdır

7. ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, 201011000537-05101-****** reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyətdə olmaqla cavabdeh1 adına rəsmi reyestrdə qeydə alınmışdır.

8. ##.##.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, İddiaçı ##.##.2003-cü ildən, X6 isə ##.##.2025-ci il tarixdən ünvan 7 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar.

9. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Gəncə Şəhər Baş Polis Idarəsi tərəfindən cavabdeh1 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilmişdir.

10. Gəncə şəhəri * saylı notariat ofisində təsdiq edilmiş 7E-**** reyestr nömrəli, ##.##.2018 ci il tarixli etibarnamədən görünür ki, Əsgərova Əsmayə Ismayıl qızı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən ##.##.2017-ci ildə verilmiş, ********** saylı çıxarışa əsasən ona məxsus olan ünvan 1 ərazisində yerləşən 0,0266 ha. torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı və digər səlahiyyətləri ##.##.2028-ci il tarixədək cavabdeh1 etibar etmişdir.

11. Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əsgərova Əsmayə Ismayıl qızı ünvan 1 ərazisində yerləşən 0,0266 ha. torpaq sahəsini alqı satqı qiyməti 5000 manat olmaqla alıcı cavabdeh2 satmışdır.

12. Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2021-ci il tarixli, *Ə-*** nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən cavabdeh2 ünvan 1 ərazisi ünvanında yerləşən 0,0266 ha. torpaq sahəsini İddiaçı bağışlamışdır.

13. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən 0,0266 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır.

14. * saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisində bağlanmış 4Ə- **** reyestr nömrəli, ##.##.2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən İddiaçı ünvan 1 ərazisi ünvanında yerləşən 0,0266 ha. torpaq sahəsini X5 bağışlamışdır.

15. ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 2009, ünvan 8 ünvanında yerləşən 0,0266 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla X5 adına rəsmi reyestrdə qeydə alınmışdır.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid1 ifadəsində göstərdi ki, İddiaçılə həm sinif yoldaşı, həm də qonşu olmuş, ** nömrəli tam orta məktəbdə oxumuşdurlar. Onların yaşadığı Mahrasa Bağında yerləşən mənzil isə məktəb arasında 500 metr məsafə olmuş, piyada gedib gəlmişdirlər. Ayaz əsgərlikdən gəldikdən sonra Rusiyaya getmişdir. Çox mehriban ailə olmuşdurlar. Azərbaycanda olduğu müddətdə, eləcə də 2021-ci ildə birdəfəlik Azərbaycana qayıtdıqdan sonra Ayazın maşınının orada olduğunu görmüş, həmin mənzildə yaşadığını bilmişdir. Son dəfə 2024-cü ilin yay aylarında Ayaz maşında oturmuş, yanına yaxınlaşıb mənzil çıxmağa kömək etməyi təklif etmiş, Ayaz isə dünən axşam qonaqlıqda olduğunu, özünün çıxacağını demişdir. Həmin vaxtlar Ayazın çəkisi çox olmuşdur. Ümumiyyətlə onun özü 2021-ci ilin dekabr ayından başqa rayonlarda işləmiş, sonra ayağı sındığına görə Gəncəyə qayıtmış və həyət evinə köçmüşdür. Mahrasa Bağında yerləşən evinə isə həftə sonları, 2 həftədən bir gəlmiş, gəldiyi vaxtlarda da Ayazı orada görmüşdür. Son vaxtlarda isə Ayazla telefonla danışmış, atasının onu evdən çıxardığını, qohumunun evində qaldığını demişdir.

17. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, Əsgərova Əsmayə Ismayıl qızı ifadəsində göstərdi ki, 8-9 il olar ki Qırmızı kənddə yerləşən torpaq sahəsini İddiaçı satmışdır. Ona Ayaz zəng edib danışmış, Ayazla razılaşmış, atasının adına alacağını demişdir. Həmin torpaq sahəsini 5300 manata satmış, ev olmamışdır. Ayazın atasını isə 2 dəfə, bir dəfə onun qapısına gələndə, bir dəfə isə notariusda sənədləşmə olarkən görmüşdür. * nömrəli xəstəxananın yanında yerləşən notariusda sənədləşmə etmişdirlər. Torpağı satandan sonra orada kimin yaşadığını bilmir. Evi isə Ayaz sonradan nə etmişsə etmişdir. Onun torpağında evi olmamışdır. Qalan pulu univermaqdakı dayanacaqda Ayazın atası gətirib ona vermişdir.

18. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş, şahid2 ifadəsində göstərdi ki, İddiaçılə 10-cu sinifə qədər birlikdə oxumuşdurlar. Yaşadıqları binalar yan-yana olmuş, uşaqlıqları bir yerdə keçmişdir. Ayazın atasını da, anasını da tanımış, atasının hərbiçi olduğunu bilmişdir. Onlar hər il sinif yoldaşları ilə görüş keçirmişdirlər. Keçən ilin mart ayında yenidən toplaşanda Ayazı görməmişdir. Həmin binada 2 sinif yoldaşları Azər və Ayaz yaşadığı üçün Azərdən soruşmuş, Azər isə atası ilə problemləri olduğunu, atası evdən qovduğuna görə Mahrasada yaşamadığını demişdir. Nəyə görə problemləri olduğunu isə bilmir. Ancaq həmişə bilmişdir ki, Ayaz həmin mənzildə atası, anası ilə birlikdə yaşayır, Rusiyaya gedib gəlir, yaxşı qazancı vardır. Onlar hər il toplaşanda da Ayaz Azərlə birlikdə gəlmişdir. O özü 6 ildir ki, Mahrasa Bağından köçmüşdür, Yeni Gəncədə yaşayır. Ayazın şəxsi evinin olduğunu bilmir. Ayazın ailəsinin, uşaqlarının orada yaşadığını özü görmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı ##.##.2016-cı ildə anadan olmuş X6 ilə birlikdə anası cavabdeh1 adına qeyd olunmuş ünvan 4 ünvanda yerləşən mənzildən yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməklə, qızı X6 ilə birlikdə evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Məhrəsə bağı massivi, * nömrəli binanın ** saylı mənzili hazırda anası, cavabdeh cavabdeh1 adına qeyd edilmişdir. Cavabdehlər cavabdeh2 atası, cavabdeh1 isə anasıdır. Qeyd edilən mənzildə böyüyüb boya-başa çatmaqla, daim həmin mənzildə yaşamışdır. Hətta ## ##### 2009-cu ildən ## ###### 2014-cü ilədək həmin mənzil onun xüsusı mülkiyyətində olmuşdur. Məlum mənzilin yaxınlığında yerləşən ** saylı tam orta məktəbi bitirmişdir. ## ###### 2025-ci il tarixdə atasıgilin təkidi ilə qızı X6 ilə həmin mənzildən çıxmış, lakin əşyalarının yenə də bir hissəsi həmin mənzildə qalmaqdadır. O və qızı məlum mənzildə daimi pasport qeydiyyatında olmalarına baxmayaraq, cavabdehlər mənzilə köçərək orada yaşamalarına imkan vermirlər. Cavabdehlər həmin mənzildə yaşamalarına imkan verməməklə onun və qızının qanunla qorunan mənzildən istifadə hüquqlarını pozmaqdadırlar. Konkret olaraq o, həmin mülkdə böyüyüb boya-başa çatdığına görə qeyd olunan yaşayış sahəsindən istifadə hüququ əldə etmişdir. ##.##.2016-cı ildə anadan olmuş qızı X6 da onunla birlikdə həmin mənzildə istifadə hüququna malikdir.

21. Cavabdehlər cavabdeh2 və cavabdeh1 yazılı etirazlarını onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanda yerləşən mənzil cavabdehlərdən cavabdeh1 xüsusi mülkiyyətindədir. Iddiaçı İddiaçı oğullarıdır. Oğlu AyazQuliyev 1992-ci ildə hərbi xidmətə getmiş, 1996 cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Rusiya Federasiyasına getmiş, orada vətəndaşlıq almış, uzun müddət ailəsi ilə birlikdə orada yaşamış, işləmiş və bir otaqlı mənzil almışdır. Rusiyada pensiyaya çıxdıqdan sonra Ayaz ailəsi ilə birlikdə Gəncə şəhərinə qayıtmışdır. Ailəsi ilə onlarla birlikdə yaşamaq istəmədiyinə görə hələ Gəncəyə tamamilə qayıtmamışdan əvvəl cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 1 ərazisi ünvanında yerləşən 0,0266 ha. torpaq sahəsini ## ###### 2021-ci il tarixli bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamışdır. Torpağı bağışlayan zaman torpağın üzərində 3 otaqdan ibarət yaşayış evi olmuşdur. 2018-ci ildə həmin torpağı və evi 50000 manata Əsgərova Əsmayə Ismayıl qızından almışdır. Lakin evin çıxarışı olmadığı üçün bağışlama müqaviləsində yalnız torpaq göstərilmişdir. 2022-ci ildən iddiaçı tamamilə Gəncə şəhərinə köçmüş və ona bağışladığı torpaq sahəsində olan evdə hal-hazıradək ailəsi ilə birlikdə yaşamışdır. Ona torpaq sahəsi bağışlamalarına və özünün evi ola-ola mənzildən pasport qeydiyyatından çıxmadığına görə 2025-ci ilin oktyabr ayında iddiaçının mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə cavabdeh1 məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddia tələbinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı, həmin tələb üzrə cavabdeh olan İddiaçı mübahisəli mənzildən istifadə hüququ mövcud deyildir. Bundan sonra iddiaçının mənzildən pasport qeydiyyatından çıxarılması üçün Gəncə Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya mübahisəli mənzildən ## ###### 2025-ci ildə çıxmışdır. Bu belə deyildir. Iddiaçı 1996-cı ildən mənzildə daimi yaşamır, hazırda isə özünə məxsus evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsini isə ona onlar bağışlamışdırlar. Göründüyü kimi, iddiaçı könüllü olaraq mənzildən getmişdir, uzun müddət yaşayış sahəsindən istifadə etməmişdir, mənzildə olan istifadə hüququnun əvəzinə ona 2018-ci ildə 50000 (əlli min) manata alınmış torpaq sahəsi və ev bağışlanmışdır və ən əsası, iddiaçının yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Həmçinin qüvvədə olan məhkəmə qərarı ilə iddiaçının mənzildən istifadə hüququnun olmaması müəyyən edilmişdir.

22. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Tağıyev Cavid) iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun bərpa edilməsi, evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmaması, iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 1996-cı ildə Rusiyaya getmiş, 2021-ci ilə qədər orada yaşamışdır. Orada yaşadığı dövrdə işləyərək ailə qurmuş və ev almışdır. Iddiaçının səhhətində olan problemlə bağlı 2021-ci ildə Azərbaycana qayıtmışdır. Iddiaçı iddia etmişdir ki, Rusiyaya getsə də, həmin dövrdə arabir Gəncəyə gəlib, yenidən Rusiyaya qayıtmışdır. 2021-ci ildə qayıdandan sonra yenə də mübahisəli mənzildə yaşamağa davam etmişdir. Cavabdehlər 2025-ci ilin fevral ayından ona mənzildən istifadə etməsinə imkan verməmişdirlər. Cavabdeh tərəf iddia tələbinə qarşı etiraz edərək, öz etirazlarının əsası kimi istinad edərək göstərmişdirlər ki, iddiaçı hərbi xidmətdən qayıtdıqdan sonra Rusiyaya gedib orada daimi yaşayaraq ailə qurmuş, vətəndaşlıq qəbul edərək dövlət işində işləməklə özünə ev almışdır. Azərbaycana qayıtdıqdan sonra isə onlar tərəfindən verilmiş torpaq sahəsi və onun üzərində inşa edilmiş evdə yaşamışdır. Torpaq sahəsinin çıxarışı olsa da, ev qeydiyyatdan keçməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının 1996-cı ildən 2021-ci ilədək Rusiya Federasiyasında ailəsi ilə birlikdə yaşaması və öz evinin olması iddiaçının özü tərəfindən də mübahisələndirilməmişdir. Bununla belə iş materiallarında olan alqı-satqı müqaviləsindən müəyyən olunmuşdur ki, iddiaçı ünvan 1 ərazisi ünvanında yerləşən 0,0266 ha torpaq sahəsini həyat yoldaşı X5 bağışlamışdır. Göründüyü kimi iddiaçı 1996-cı ildən Rusiya Federasiyasına gedərək 2021-ci ilə qədər orada yaşamışdır. Halbuki, qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi mənzil cavabdehin mülkiyyətindədir. Iddiaçının keçən müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmamış, onun daimi yaşamaq üçün başqa yerə və yaşayış sahəsinə köçüb orada yaşaması ilə əlaqədar olmuşdur.

24. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87,123-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

25. Gəncə Şəhər Məhkəsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsinii xahiş etmişdir.

26. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar Gəncə şəhəri Məhrəsə bağı massivi * №-li binanın ** saylı mənzildə böyüyüb boya-başa çatmaqla ##.##.2025-ci il tarixədək daim həmin mənzildə yaşamışlar. Hətta ## ##### 2009-cu ildən ## ###### 2014cü ilədək həmin mənzil onların xüsusı mülkiyyətində olmuşdur. Onlar məlum mənzilin yaxınlığında yerləşən ** saylı tam orta məktəbi bitirmişlər. ## ###### 2025-ci tarixdə atasıgilin təkidi ilə onu və qızı X6 həmin mənzildən çıxarmış, lakin əşyalarının yenə də, bir hissəsi onların mənzildə qalmaqdadır. Evdən ##.##.2025-ci il tarixdə məcburi qaydada çıxarılmaqlarına dair müvafiq sənəd polisdən alınaraq məhkəməyə təqdim olunmuşdur. Onlar məlum mənzildə daimi pasport qeydiyyatında olmadığına baxmayaraq, cavabdehlər mənzilə köçərək orada onların yaşamağına imkan verməmişdilər. Cavabdehlər həmin mənzildə yaşamaqlarına imkan verməməklə onlar qanunla qorunan mənzildən istifadə hüquqlarını pozmaqdadırlar. Konkret olaraq onlar həmin mülkdə böyüyüb boya-başa çatdıqlarına və ##.##.2025-ci il tarixədək daimi qeyd olunan mənzildə yaşadıqlarına görə qeyd olunan yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. ##.##.2016-cı ildə anadan olmuş qızı X6 da, onunla birlikdə həmin mənzildən istifadə hüququna malikdirlər. Bundan başqa cavabdeh cavabdeh2 mübahisə predmeti olan Gəncə şəhəri Məhrəsə bağı massivi * №-li binanın ** saylı mənzilin əvəzinə Əsmayə Əsgərovadan 50 min manata həyətyanı torpaq sahəsi ilə bərabər ev aldığını bildirsə də, şahid Əsgərova Əsmayə Ismayıl qızı məhkəmədə dindirilərkən cavabdehdən pul almadığını, evsiz torpaq sahəsini ona 5300 (beş min üç yüz) manata satdığını cavabdehi onun yanında iki dəfə gördüyünü və ondan pul almadığını bildirmişdir. Yuxarıda göstərdiyi xüsusatları bir çox şahidlər, o cümlədən: şahid2 Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi bina 10 mənzil 13-də yaşayan, şahid1, Gəncə şəhəri Məhrəsə bağı massivi bina 6 mənzil 39-da yaşayan Əsgərova Əsmayə Ismayıl qızı Gəncə şəhəri N. Nərimanov küçəsi ev 2, mənzil 31-də yaşayan təsdiq edə bilərlər. Məhkəmə iddia tələbi üzrə qətnamə çıxararkən təqdim etdiyi sübutları araşdırmamış, onlardan ümumiyyətlə istifadə etməmişdir. Öz qətnaməsini yalnız cavabdeh tərəfin təqdim etdiyi sübutlarla əsaslandırmağa çalışmışdır. Onlar Gəncə şəhəri Məhrəsə bağı massivi * №-li binanın ** saylı mənzildə böyüyüb boyabaşa çatmaqla ##.##.2025-ci il tarixədək daim həmin mənzildə yaşamışlar. Hətta ## ##### 2009-cu ildən ## ###### 2014-cü ilədək həmin mənzil onların xüsusı mülkiyyətində olmuşdur. Onlar məlum mənzilin yaxınlığında yerləşən ** saylı tam orta məktəbi bitirmişlər. ## ###### 2025-ci tarixdə atasıgilin təkidi ilə onlar X6 həmin mənzildən çıxmış, lakin əşyalarının yenə də bir hissəsi həmin mənzildə qalmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan göstərilən bu faktlar aydınlaşdırılmamışdır. Onlar həmin mülkdə böyüyüb boya-başa çatdıqlarına görə qeyd olunan yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. Bu hal məhkəmə tərəfindən müəyyən edilsə də sübut edilməməsinə dair hər hansı bir dəlil gətirilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş faktlardan görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Bu ondan ibarətdir ki, onlar Gəncə şəhəri Məhrəsə bağı massivi * №-li binanın ** saylı mənzildə böyümüş boya-başa çatmış və ##.##.2025-ci il tarixədək daim həmin mənzildə yaşamışlar. Hətta ## ##### 2009-cu ildən ## ###### 2014 cü ilədək həmin mənzil onun xüsusı mülkiyyətlərində olmuşdur.

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izahatında apellyaisya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Qızmızı kənddə ev olmayıb, torpaq olub. Torpağı atasının adına alıb. Sonra atası torpağı ona bağışlayıb. Həmin torpaq sahəsinin üzərində öz vəsaiti hesabına ev tikmişdir və həmin torpağı qızının anasına bağışlamışdır. Hazırda onun adına ev yoxdur.

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı 1996-cı ildə əsgərlikdən “uvolit” olunmuşdur. Ondan sonra Rusiyaya yola salmışdır. Bütün qonşular da bilir ki, o, 1996-cı ildən sonra həmin mənzildə yaşamamışdır. 2-3 ildən bir gəlmiş, ən çox qaldığı 10 gün olmuşdur. 2021-ci ildə xəstələnib gəldikdən sonra isə ümumiyyətlə onun evində qalmamışdır. Rusiyada özünün evi vardır, kirayəyə vermişdir, özü də Rusiya vətəndaşıdır, gedib Rusiyada öz evində yaşaya bilər. Bundan başqa da Qırmızı kənddə bir evi vardır. Həmin evi özü torpaqla birlikdə 50- 55000 manata almış, torpaq sahəsinin üzərində təmirli, içi kombili ev olmuş, sonradan iddiaçıya bağışlamışdır. Torpaq sahəsinin çıxarışı olsa da, ev qeydiyyatdan keçməmişdir. Iddiaçı məhkəməyə müraciət etməmişdən bir neçə ay qabaq həmin evi öz adından çıxararaq həyat yoldaşının adına qeydə aldırmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

30. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

31. Maddə 123. Yaşayış evinin mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

32. Maddə 53. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirdər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

33. Maddə 54. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

34. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır.

35. Maddə 87. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

44. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı İddiaçı mübahisəli mənzildə böyüyüb boya başa çatmışdır. Daha sonra iddiaçı 1996-cı ildə Rusiya Federasiyasına getmiş və orada yaşamışdır. Daha sonra İddiaçı ünvan 5 ünvanında yerləşən mənzili anası cavabdeh1 bağışlamış və bu barədə Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli, ##.##.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi tərtib olunmuşdur. Sonra isə həmin mənzil ##.##.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, 201011000537-05101-****** reyestr nömrəli çıxarış əsasında cavabdeh1 adına rəsmi reyestrdə qeydə alınmışdır. Gəncə şəhəri * saylı notariat ofisində bağlanmış ##.##.2018-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əsgərova Əsmayə Ismayıl qızı ünvan 1 ərazisində yerləşən 0,0266 ha. torpaq sahəsini alqı satqı qiyməti 5000 manat olmaqla alıcı cavabdeh2 satmışdır. cavabdeh2 isə həmin torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. ##.##.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ərazisində yerləşən 0,0266 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla İddiaçı adına rəsmi reyestrdə qeydə alınmışdır. Iddiaçı isə həmin torpaq sahəsini həyat yoldaşı X5 bağışlamışdır. 07.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 Yeni qaydalarla: AZ 2009, ünvan 8 ünvanında yerləşən 0,0266 ha. torpaq sahəsi xüsusi mülkiyyətdə olmaqla X5 adına rəsmi reyestrdə qeydə alınmışdır. Iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı ##.##.2016-cı ildə anadan olmuş X6 ilə birlikdə anası cavabdeh1 adına qeyd olunmuş ünvan 4 ünvanda yerləşən mənzildən yaşayış sahəsindən istifadə hüquqları bərpa edilməklə, qızı X6 ilə birlikdə evə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər.

52. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

53. Işin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı İddiaçı 1996-cı ildə mübahisəli evi könüllü şəkildə tərk edərək Rusiya Federasiyasına köçmüşdür. Iddiaçı apellyasiya şikayətinin dəlillərində onun həmin evdən 2025-ci ildə məcburi çıxarılmasını qeyd etsə də, həmin halı təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir.

54. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda həmçinin qeyd edilmişdir ki, Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz.

55. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda qeyd edilir ki, görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” ## ####### 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

56. Göründüyü kimi, iddiaçı İddiaçı ünvan 4 ünvanda yerləşən mənzili 1996-cı ildə könüllü tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və yaşayış yerini tərk etdiyi mübahisəli fərdi yaşayış evini könüllü tərk etdiyi vaxtdan ötən müddət ərzində həmin evdə yaşamaqla mübahisəli fərdi yaşayış evinə ehtiyacı aradan qalxmışdır ki, bu da həmin hüququn xitamına səbəb olmuşdur.

57. Iddiaçı 2025-ci ilə qədər həmin evdə yaşamasını qeyd etsə də, yalnız həmin evdə qeydiyyatda olmasına istinad etmiş, həmin evdə 2025-ci ilədək yaşamasını təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.

58. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

59. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

60. Işin halları ilə müəyyən olunur ki, iddiaçı 1996-cı ildə mübahisəli yaşayış sahəsini daimi əsaslarla tərk etmiş və həmin mənzildə yaşamamışdır. Bununla da, mübahisəli yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Bu halda isə iddiaçının sözügedən yaşayış sahəsinə köçürülməsi üçün hər hansı hüquqi əsas yoxdur.

61. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutların mövcud olmaması əsası ilə iddianı təmin etməməklə mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar