Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1260/2025 19.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayəti qapalı məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4754/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4754/2017 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadı ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(076)-4754/2017 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilmişdir. Cavabdeh şikayət verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 4754/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayət verərək Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı və xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadlarının ləğv edilməsini və mülki işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkməsi məhkəmə iclası barədə ona və cavabdehlərə rəsmi qaydada məlumat verməmişdir. Həmçinin, məhkəmə qətnaməsi ona rəsmi qaydada göndərilməmişdir. Qətnamənin mövcudluğundan icra mərhələsində məlumatı olmuşdur. Məhkəmə qətnaməsi iş materillarındanda göründüyü kimi ümumiyyətlə nə ona, nə də ki, zamininə göndərilməmişdir. Barəsində məhkəmə qətnaməsinin mövcud olmasından xx.xx.2025-ci il tarixində Şəmkir rayonu İcra və Probasiya Şöbəsindən 8 (səkkiz) il sonra könüllü icra müddəti ilə bağlı bildiriş gəldikdə məlumatı olmuşdur. O, bildirişi aldıqdan dərhal sonra Şəmkir Rayon Məhkəməsinə gedərək barəsində çıxarılmış xx.xx.2017-ci il tarixli 2(076)- 4754/2017 saylı qətnamənin surətini rəsmi qaydada almışdır. Qətnaməni aldıqdan sonra xx.xx.2025-ci il tarixində apellayasiya şikayətini Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. Həmçinin, hesab etmişdir ki, o, Azərbaycan Respublikası Pezidentin 28 fevral 2019-cu il tarixli Problemli kreditlərlə bağlı Preziden Fərimanının təsiri dairəsinə düşmüşdür. Fərmana əsasən onun LPO İddiaçı ASC-yə olan borcumun faiz və cərimə hissəsi tam silinmişdir. Lakin LPO İddiaçı ASC tərəfindən də ona fərmanın icrası ilə bağlı rəsmi qaydada məlumat daxil olmamışdır. Qeyd olunan nüanslar onun prosesual hüququnun kobud surətdə pozulmasını göstərir. Bu səbəbdən ötürülmüş prosessual müddətin bərpa olunması ilə bağlı Şəmkir rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə onun müraciətinə baxaraq heç bir əsas olmadan onun müddətin bərpa olunması ilə bağlı ərizəsini təmin etməmişdir. Həmçinin, məhkəmə qərardadında qətnaməni rəsmi qaydada almadığını qeyd etmişdir. Lakin iş materiallarında xx.xx.2025-ci il tarixinədək qətnamənin və icra sənədinin ona göndərilməsini sübut edən heç bir rəsmi sənəd mövcud deyil. Hesab etmişdir ki, ötürülmüş prosesual müddət bərpa edilməli və Şəmkir rayon Məhkəməsinin 2(076)-4754/2017 saylı, 04 mart 2025-ci il tarixli qərardadı ləğv olunmalıdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadı ilə Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadından verilmiş şikayətin geri qaytarılması, Cavabdeh tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin heç bir müraciət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 4754/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 363.1-ci maddəsinə görə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası Cavabdeh şikayətinin Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-4754/2017 saylı qətnaməsinin əsassız olması dəlillərinə münasibətdə qeyd edir ki, hazırda apellyasiya şikayəti icraata qəbul edilib baxılmadığından həmin dəlillərə hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 4754/2017 saylı qərardadından Cavabdeh verdiyi şikayət onun tərəfindən elektron qaydada imzalanmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 10-1, 363 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-4754/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1260/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1260/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver