Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1265/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “1860 manat ziyan, 3059 manat əldən çıxmış fayda, 69,19 manat dövlət rüsumu olmaqla, cəmi 4988,19 manat pul vəsaitinin ödənilməsi tələbinə dair” ilk iddiası və Cavabdeh ilk İddiaçı qarşı “3740 manat məbləğində ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-348/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 1860 (min səkkiz yüz altmış) manat (avtomobilə dəymiş ziyan) və 3059 (üç min əlli doqquz) manat (avtomobilin 23 gün işləməməsinə görə ziyan), cəmi 4919 (dörd min doqquz yüz on doqquz) manat və dövlət rüsumu kimi ödədiyi 69,19 manat (altmış doqquz manat 19 qəpik) məbləğində pulun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (ilk iddia). İddia onunla əsaslandırılmışdır ki, “X5 mikroavtobus” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobil onun xüsusi mülkiyyətindədir, həmin avtomobili etibarnaməyə əsasən qohumu X2 idarə etmişdir. X7 13 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində onun mülkiyyətində olan “X5 mikroavtobus” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili üzü Bakı istiqamətində idarə edərkən yolun əks istiqamətindən X7un hərəkətdə olan zolağına qəflətən çoxlu sayda xırdabuynuzlu heyvanlar çıxmış, Oruc İbrahimov avtomobilin əyləcinə (tormoza) basmasına baxmayaraq, avtomobil heyvanlarla toqquşmuş və nəticədə mülkiyyətində olan “X5 mikroavtobus” markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1860 (bir min səkkiz yüz altmış) manat ziyan dəymişdir. Həmin vaxt hadisə yerinə yol-patrul xidməti əməkdaşları gəlmiş və günah heyvanların sahibi Cavabdeh olduğundan, Cavabdeh yol hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 vǝ 338.5.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 40 (qırx) manat cərimə edilmişdir. O, dəfələrlə Cavabdeh ona dəymiş 1860 (min səkkiz yüz altmış) manat ziyanın ödənilməsini tələb etsə də, cavabdeh ziyanı ödəməkdən imtina edir, onu get-gələ salır, ona dəymiş ziyanın cüzi hissəsini ödəmək istəyir. Bundan başqa, həmin avtomobil Daşkəsən rayonunun Çovdar kəndində yerləşən qızıl mədəni ilə rəsmi müqavilələrə əsasən işçilərin daşınması ilə məşğul olmuş və ayda müqavilələrə əsasən 4000 (dörd min) manat gəlir verirdi. Cavabdeh tərəfindən yol hərəkət qaydaları pozulduğundan, o, 23 (iyirmi üç) gündür ki, həmin avtomobili istifadə edə bilmir və hesab edir ki, Cavabdeh 23 (iyirmi üç) günə görə ona 3059 (üç min əlli doqquz) manat (23x133=3059) ziyan vurmuşdur. Odur ki, hesab edir ki, həmin ziyanı da Cavabdeh ödəməlidir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. İş materiallarından görünür ki, cavabdeh X1 Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-1004/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, cavabdeh X3 apellyasiya şikayətinin verilməsi üçün birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulan 106.59 manat dövlət rüsumunun 50%-i olan 53,30 manat dövlət rüsumunu ödəməli olduğu halda 35,0 manat ödəmişdir, yəni dövlət rüsumunu 18,30 manat az ödəmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən Qiymətləndirilən iddia ərizəsinin iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi Cavabdeh tərəfindən dövlət rüsumu tam ödənilməmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İş materillarından göründüyü kimi, birinci instansiya məhkəməsi həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(040)-348/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-348/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)-1265/2025 saylı mülki iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 366, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-348/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuş 2(104)- 1265/2025 saylı mülki iş Kəlbəcər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1265/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1265/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver