Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1275/2024 05.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(076)-3702/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(076)-3702/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddianın təmin edilməsi, Cavabdeh 1200 (bir min iki yüz) manat pulun alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işə onun iştirakı ilə yenidən baxılmasını, iş üzrə ekspertiza təyin edilərək, işin yenidən araşdırılaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarddadı işə məhkəmə iclasında baxılması qərara alınmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1200 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə ona məxsus “Mersedes Benz 240” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış və Cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması və inzibati xəta törədilməsi nəticəsində onun idarə etdiyi “Mitsubishi L200” markalı, ** ZF *** nömrə qeydiyyat nişanlı avtomombillə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə ona məxsus “Merseddes Benz 240” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilə 7580 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4895 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan “Az-Maş” QTSC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxlışlı “Mersedes Benz C 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6200 manat müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı "xxxx" ASC-dən tutularaq ona ödənilməsi məhkəmə tərəfindən qət edilmişdir. Qalan 1200 manat zərər isə cavabdeh tərəfindən ona ödənilməlidir. Müharibə veteranı olduğu üçün qanuna əsasən dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. Göstərinlənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş, iş üzrə müvafiq ekspertiza təyin etməmiş, bunlar isə nəticədə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa, məhkəmə buna kifayət qədər əsaslar olmadığı halda işə sadələşdirilmiş icraat qaydasında baxaraq, ona işdə iştirak edən şəxs kimi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da prosessual hüquqları pozmuşdur. Hazırkı iş üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmədən, hər hansı araşdırma aparılmadan sadəcə iddianın təmin edilməsi qərara alınmışdır. Halbuki avtomobilə dəyən zərərin məbləği iddiaçının iddia etdiyi həcmdə deyildir və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçıya dəyən zərər ödənilmişdir. Məhkəmə isə işin buhallarını araşdırmamış, yalnızca iddiada tələb edilən məbləğin guya az olmasına əsaslanmaqla, işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçıməhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsi barədə cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-3086/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və gecikdirilməyə görə dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan görünür ki, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması və inzibati xəta törədilməsi nəticəsində iddiaçıya məxsus “Merseddes Benz 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 6200 manat müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi məhkəmə tərəfindən qət edilmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 07 dekabr 2023-cü il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə iddiçıya məxsus “Mersedes Benz 240” minik markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli icbari sığorta müqaviləsi ilə sığortalanmış və Cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması və inzibati xəta törədilməsi nəticəsində onun idarə etdiyi “Mitsubishi L200” markalı, **-ZF-*** nömrə qeydiyyat nişanlı avtomombillə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş veriş və nəticədə ona məxsus “Merseddes Benz 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 6200 manat məbləğində maddi zərər dəymişdir. Həmin zərərin 5000 manatı "xxxx" ASC dən tutularaq ona ödənilməsi məhkəmə tərəfindən qət edilmişdir. Qalan 1200 manat zərərin isə cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarını pozulması və inzibati xəta törədilməsi nəticəsində iddiaçıya məxsus “Merseddes Benz 240” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 6200 manat müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı "xxxx" ASC dən tutularaq iddiaçıya ödənilməsi məhkəmə tərəfindən qət edilmişdir. Qalan 1200 manat zərər isə cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Ona görə də hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçıya vurmuş olduğu maddi ziyana görə 1200 (bir min iki yüz) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən......) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktları ilə cavabdeh tərəfindən iddiaçıya 6200 manat maddi ziyan vurulduğu müəyyən edilmişdir. Həmin zərərin 5000 manatı "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənildiyindən qalan 1200 manat zərər isə cavabdehdən tutularaq iddiaçıya ödənilməli olduğundan birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Apellyasiya şikayətinin işə yazılı icraat qaydasında baxılmalı olmadığı dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhəməsi tərəfindən cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunmuş, cavabdeh isə işə sadələşdirilmiş icraat qaydasında baxılmasına etirazının olması barədə məhkəməyə hər hansı sənəd göndərməmiş, məhkəmə isə öz növbəsində isə haqlı olaraq işə sadələşdirilmiş icraat qaydasında baxmışdır. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, cavabdeh borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlillərini əsassız sayır Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(076)-3702/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(076)-3702/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1275/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1275/2024
05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver