Məhkəmə qərarları › İş №2(104)-1275/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1275/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1275/2025 24.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibаrət tərkibdə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(125)-6887/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı1 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən ona məxsus KZS Elektroniks mağazasında əldə etdiyi iki ədəd LG markalı televizor və bir ədəd soyuducunun qalıq borcu olan 2440 manat məbləğin və 45 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli e-2(125)-6887/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1440 manat pul vəsaitinin alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. İddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin 23 noyabr 2023cü il tarixli e-2(125)-6887/2023 saylı qətnaməsində yanlış qeyd olunmuş 1440 manat məbləğin 2440 manat məbləğlə dəyişdirilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(125)-6887/2023 nömrəli qərardadı ilə Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6887/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıqların düzəldilməsi barədə İddiaçı1 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı1 şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus KZS Elektroniks mağazasından müqavilə əsasında götürdüyü iki ədəd məişət avadanlığı olan, bir ədəd Lg markalı televizor və bir ədəd soyuducuya görə ödəmədiyi 2440 (iki min dörd yüz qırx) manat məbləğin və 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6887/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1440 manat pul vəsaitinin alınaraq, ona ödənilməsi qət edilmişdir. Məhkəmə həmin qətnaməni elan edərkən, iddianın tam təmin olunduğunu bildirmişdir. Lakin qətnaməni hazırlayarkən qətnamədə yalnışlığa yol verərək, tələb olunan məbləğin 2440 əvəzinə 1440 manat göstərmişdir. O, məhkəməyə ərizə ilə müraciət edərək, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-6887/2023 saylı qətnaməsində yalnış qeyd olunmuş 1440 manat məbləğin 2440 manat məbləğlə dəyişdirilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-6887/2024 saylı qərardadına əsasən onun ərizəsi təmin edilməmişdir. Məhkəmənin həmin qərardadı ləğv edilməli və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməlidir. Belə ki, məhkəmənin e- 2(125)-6887/2023-cü nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin “müəyyən etdi” hissəsinin 1-ci və 3-cü abzaslarında məhkəmə qeyd etmişdir ki, iddiaçı qismində o, cavabdehdən 2 ədəd məişət avadanlığı üçün ödəmədiyi 2440 manat borc pulun alınmasını xahiş etmişdir. Daha sonra qətnamənin 5-ci abzasında məhkəmə qeyd etmişdir ki, “onun xx.xx.2023-cü il tarixli məktubu ilə cavabdehə 5 gün ərzində borclu olduğu 2440 manat borcunu ödəməyi tələb etmişdir”. Bundan sonra məhkəmə qətnamənin 7-8-ci abzaslarında qeyd edilmişdir ki, “Məhkəmə baxışında işin faktiki halları ilə müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə məişət avadanlığını 1440 manata satın almışdır. Cavabdeh 700 manat ödəniş edilmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Bununla da, cavabdeh alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Şərh olunanlara və iş üzrə tərəfin təqdim etdiyi sənədlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən məişət avadanlığı üçün 1440 manat pul vəsaiti alınaraq İddiaçı1 ödənilməlidir”. Daha sonra qətnamənin təsviriəsaslandırıcı hissəsinin yekunu olan 9-cu abzasında məhkəmə qeyd etmişdir ki, “məhkəmə hesab edir ki, iddia tam təmin olunduğu üçün, iddiaçı tərəfindən ödənilmiş 45 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir”. Məhkəmə qətnaməsinin mətnindən aydın görünür ki, onun iddia tələbi cavabdehlə aralarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsaslanmışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən cavabdeh onlardan iki ədəd, bir ədədi 1440 manat dəyərində olan Lg markalı televizor, digəri isə 1700 manat dəyərində soyuducu olmaqla, ümumi dəyəri 3140 manat olan məişət əşyalarını dəyərini hissə-hissə ödəməklə almışdır. Qətnamədə də, qeyd edilmişdir ki, cavabdeh 700 manat pul ödəmişdir. Cavabdehin həmin müqavilə üzrə ödənilməli olan borcu 2440 manat təşkil edir. Məhkəmə qətnamə üzrə cavabdehin borcunun 2440 manat təşkil etməsini müəyyən edib nəticəyə gəlsə də, məhkəmə yalnışlığa və açıq hesab səhvinə yol verərək, qətnamənin “qət etdi” hissəsində 2440 manat əvəzinə 1440 manat qeyd etmişdir. Məhkəmə öz qərardadında düzgün olmayaraq qeyd etmişdir ki, guya qətnamənin əsaslandırıcı hissəsində cavabdehdən tutulmalı olan məbləğ 1440 manat müəyyən edilmişdir. Əslində isə yuxarıda qeyd etdikləri kimi məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsi ilə tərəflərin arasında olan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehin 2 ədəd 3140 manat dəyərində məişət avadanlığı alması, ondan 700 manat ödəməsi və 2440 manat borclu qalması müəyyən edilmiş və bunun nəticəsi olaraq, qətnamənin nəticə hissəsində iddianın təmin edilməsi qeyd edilmişdir. Təmin edilən iddia tələbi 2440 manat təşkil etməsinə baxmayaraq, yalnışlığa və hesab səhvinə yol verilərək 1440 manat qeyd edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 19 may 2025-ci il tarixli 2(125)-6887/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 228.2-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Hazırkı işin hallarından da aydın olur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsində hər hansı texniki yanlışlığa yol verilməmişdir. Belə ki, qətnamənin nəticə hissəsi qətnamənin əsaslandırma hissəsində məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız olması qənaətinə gəlir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30avqust 2024-cü il tarixli 2(125)-6887/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar