Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1276/2023 30.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Tovuz Rayon Мəhkəməsinin 2(062)-2340/2022 saylı mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmədə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1968-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş, Tovuz rayonu Alakol kəndində qeydiyyatda olan Cavabdeh1 ona vurduğu 640 manat məbləğində maddi zərərin və 30,40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı Sevda Hüseynovanın keçmiş həyat yoldaşıdır. 09 avqust 2022-ci il tarixdə Tovuz rayonu Alakol kəndində yaşadıqları evdə Cavabdeh1 etdikləri əməlləri özünə məxsus telefonla videoya çəkərkən Cavabdeh1 ona məxsus telefonu sındırmışdır. O, “Samsunq” A 41 markalı telofonu iki ay əvvəl 640 manata almışdır. Hazırda telefon tam yararsız hala düşmuşdür. Cavabdeh1 tərəfindən ona məxsus mobil telefon sındırıldığına görə 640 manat maddi ziyan dəymişdir. Cavabdehlə aralarında mübahisə davam edir və onun ona dəyən maddi ziyanı könüllü olaraq ödəməsi mümkün deyildir. Hesab edir ki, Cavabdeh1 ona vurduğu maddi zərəri ödəməlidir. Tovuz Rayon Мəhkəməsinin 2(062)-2340/2022 saylı mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh onun bacısının yoldaşıdır. Cavabdeh onun atasını yolda vurarkən, həmin hadisəni telefonla video lentə almışdır. Həmin vaxt cavabdeh ondan telefonu almış və sındırmışdır. Sözügedən telefonu 640 manata almışdır. Cavabdehin telefonu sındırması nəticəsində ona cəmi 300 manat dəyərində ziyan dəymişdir. Bu hallar məhkəmədə təsdiq olunsa da, məhkəmə işə baxarkən sübutları düzgün qiymətləndirməmiş, əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Ona görə də, Tovuz Rayon Мəhkəməsinin 2(062)-2340/2022 saylı mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasına və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək işə baxmışdır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçini və cavabdehi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı irəli sürülən iddianın təmin edilməsinə əsas verə bilən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi qeyd etmiшdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Kollegiya göstərir ki, işə apellyasiya qaydasında baxılarkən iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, şikayətin təmin olunmasına əsas ola biləcək sübutları kollegiyaya təqdim etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən tədqiq edilmiş sübutlar isə irəli sürülən iddianın təmininə əsas vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Мəhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Мəhkəməsinin 2(062)-2340/2022 saylı mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya bu qətnamədən kassasiya şikayətinin verilməsinin mümkünlüyü məsələsini müzakirə edərək, qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinə əsasən, мülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki işdə isə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Мəhkəməsinin 2(062)-2340/2022 saylı mülki iş üzrə 29 noyabr 2022-ci il tarixli dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1276/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1276/2023
30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver