Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1282/2023 18.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində tətbiq etdiyi 2987,70 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim R.Mustafayev) iddia qismən təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1544.4 (bir min beş yüz qırx dörd manat qırx qəpik ) manat borc məbləğinin abonent İddiaçı (**********01140) abunə hesabından silinməsi və “Azəriqaz” İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi zaman sayğacdan kənar əlavə xətt vasitəsilə qazdan qanunsuz istifadə olunduğu aşkarlanmış və iddiaçıya xx.xx.2018-ci il tarixli akt əsasında 3088,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablamışdır. İş üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onların həyətində iki ev var, evlərin birinin qaz xətti olmadığı üçün o, 2018-ci ilin iyun ayında heç bir icazə olmadan və öz istəyinə uyğun yaşadıqları evə əlavə qaz xətti çəkmiş və qonşunun həyətindən öz həyətinə keçirmiş, lakin evlərinə verilən qaz xəttinə qoşmamış, həmin xəttdən istifadə edilməmişdir. O, 2-ci Qarabağ Müharibəsinin qazisidir və vətəninin erməni işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə iştirak edərək müvafiq medallarla təltif edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)269/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi apellyasiya şikayətində Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin olunan hissəsində mübahisələndirimişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: X3 pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyindən dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etmişdir. Qaz işlədici avadanlıqlar Qaz plitəsi PQ -3 2 ədəd, İran stehsalı istilik sistemi 1ədəd, istilik sistemi qeyri standart 1 ədəd,QSQ-24 lt 1 ədəd. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamədən görünür ki, qaz işlədicilərindən 3 gozlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejim 6 saat, hesabat müddətı 180 gün, iran istilik sobasının maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 18 saat hesabat müddəti 180 gün, Qeyri standart istilik sistemi maksimal saatlıq qaz sərf 2 m3/ saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün, QSQ-nın maksimal saatlıq qaz sərfi 2.25m3/saat orta günlük iş rejimi 8 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 0.8x6x180=854 m3,1.5x18x180=4630m3,2x18x180=6480 m3,2 5x8x180=3240m3 ,cəmi: 15444m3 hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. Abonentin (**********01140) saldosundan görünür ki, İddiaçı 2022-ci ilin avqust üzrə 3088.80 manat itirilmiş qaz sərfiyatına görə ziyan hesablanmışdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, iddiaçı olan abonent İddiaçı yaşadığı ünvanda qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarına baxış keçirən zaman qaz sayğacından kənar qeyri-qanuni əlavə qaz xəttinin olması aşkar edilmişdir. Bu barədə təbii X3 pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilərək, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edilməsi ilə dəymiş ziyanın hesablanaraq ödənilməsi göstərilmiş, abonent aktı imza etməkdən imtina etmişdir. Həmin evdə olan qaz işlədici avadanlıqlar Qaz plitəsi PQ -3 2 ədəd, İran stehsalı istilik sistemi 1ədəd, istilik sistemi qeyri standart 1 ədəd,QSQ-24 lt 1 ədəd olması müəyyən edilməklə, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 0.8x6x180=864 m3,1.5x18x180=4660m3, 2x18x180=6480 m3,2 5x8x180=3240m3, cəmi: 15444m3 hesablanmış məbləğin ödənilməsi qeyd edilərək, İddiaçı Firuddin oğlunun 2018-ci ilin avqust üzrə 3088.80 manat itirilmiş qaz sərfiyyatına görə ziyan hesablanmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş X3 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kənar xətdən istifadə ilə bağlı hesabat müddətinin 180 gün əsas götürülməsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübutun təqim edilmədiyini nəzərə alaraq, düzgün olaraq bu müddəti ağlabatan hesab etməmiş və rüblük yoxlama dövrünü əsas götürülməklə, 3 ay, yəni 90 gün müddətində hesabatın aparılmalı olması nəticəsinə gələrək, həmin müddət üçün itirilmiş qaz sərfiyatına görə hesablanmış ziyan məbləğinin 3088.80 manatın, 1544.4 manat hissəsi abonentin hesabından silnməsini qət etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-269/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1282/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1282/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver