Məhkəmə qərarları › İş №2(104)-1282/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1282/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1282/2024 13.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdeh Şarayev Rufanın (o, həm də digər cavabdeh olan həyat yoldaşı X7 nümayəndəsidir) iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X10 və q. qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X3, X4 və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə 8806.81 manat əsas, 3778.38 manat faiz, 6024.53 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19171.82 manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Rufan Şarayevin və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Rufan Şarayevin və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Məmmədova) iddia qismən təmin edilmiş, 8479.25 (səkkiz min dörd yüz yetmiş doqquz manat iyirmi beş) manat əsas və 918.59 (doqquz yüz on səkkiz manat əlli doqquz qəpik) manat faiz borcu, 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat cərimə borcu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqı, cəmi 9861.79 (doqquz min səkkiz yüz altmış bir manat yetmiş doqquz) və 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər X3, X4 və X2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tələbin Rufan Sharayevin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin ilkin satış qiyməti 42 000 (qırx iki min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 9861.79 (doqquz min səkkiz yüz altmış bir manat yetmiş doqquz) və 30 (otuz) mana dövlət rüsumunun əvəzi İddiaçı ASC-yə ödənilməsi, mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Rufan Sharayevə qaytarılması, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Rufan Şarayevin mənzildən çıxarılması və mənzilin boşaldılması iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər X3, X4 və X17 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertiza rəyinə əsaslanaraq iddia tələbinin cərimə və faiz, illim 5 faiz əldən çıxmış fayda hissəsini əsassız olaraq təmin etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli dəqiqləşdirilmə ərizəsindən görünür ki, cavabdehin banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8806.81 manat, əsas məbləğə hesablanmış faiz borcundan 3778.38 manat, 6024.53 manat cərimə pulu, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19171.82 borcu vardır. İşdən göründüyü kimi məhkəməyə təqdim edilmiş maliyyə arayışında və hesabdan çıxarışda göstərilən rəqəmlər ilə ekspert rəyində göstərilmiş banka ödənilmiş əsas və faiz borcu məbləğləri fərqli olaraq qeyd edilmiş, ekspert tərəfindən qurulmuş cədvəldəki ödəniş məbləğinin əsas borca və faiz borcuna silinmə məbləği, faiz borcu hesablanan günlərin sayı həmin müqavilə üzrə ekspertizaya təqdim edilmiş ödəniş cədvəli, hesabdan çıxarışlar və ödəniş qəbzlərindəki rəqəmlərlə uyğunluq təşkil etmir. Tərəflər arasında bağlanılmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş qrafikindən göründüyü kimi borclu növbəti aydan başlayaraq hər ayın 6-da aylıq ödəniş olaraq 671,92 manat pul ödəməli idi. O, krediti götürdüyü ilk aydan başlayaraq artıq gecikmələrə yol vermiş və öhdəliyin şərtlərini pozmuşdur. Ekspert özünün tərtib etdiyi qrafikə ilk baxışdan baxsaq heç bir qüsurun olmadığını zənn etmək olar, lakin bir məsələ var ki, ekspert kredit müqaviləsinin 11-ci bəndinin tələbini yaddan çıxarmış və borclunun gecikmələrinə görə kreditorun cərimə tələb etmək hüququnu görməzdən gəlmişdir. Həm maliyyə arayışından, həm də ki, hesabdan çıxarışdan göründüyü kimi bu kredit müqaviləsi üzrə borclu əsas məbləğdən 1193,19 manat pul ödəmişdir. O, birinci aydan artıq gecikməyə yol vermiş, nəticədə bank tərəfindən ayrı-ayrı vaxtlarda ödənilən məbləğin cəmi 330,83 manatını cəriməyə silmişdir. Ekspert bu hala diqqət etməmiş, həmin 330,83 manatı cərimə ödənişi kimi yox, adi kredit ödənişi kimi nəzərə almışdır.Hesab edirlər ki,təkrar mühasibatlıq ekspertizsı keçirilməlidir. Cavabdeh X13 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gəlirlərinin azalması və səhhətində olan problemlər onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən faiz və cərimənin məbləğini rəyə uyğun təmin etmiş, əsas borc məbləği şişirdilmişdir. Bank məhkəməyə müraciət edərkən faiz və cərimə kifayət qədər aşağı olmuşdur. Belə ki, cavabdehin işi məhkəmədə olarkən faiz və cərimə şişiridilmiş və hesabdan çıxarışlar maliyyə arayışının müddəti ilə deyil ekspertiza keçirilən tarixə təqdim edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə əsasən X13 İddiaçı ASC-nin “Gəncə” filialından illik 25%-lə 18 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən, 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzili 2020-ci il 06 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və X14 və X11 ilə 2020-ci il 06 mart tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə görə banka 8806.81 manat əsas, 3778,38 manat faiz, 6024,53 manat cərimə borcu və 5%lə heüsabalanmış 562,1 manat əldən çıxmış borcu vardır. Məhkəmə isə əsas, faiz və cərimə borcu hissəsində iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmiş və əsaslandığı ekspertiza rəyi əsaslı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(021)-476/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə tam təmin edilməsini xahiş etdi. Cavabdeh Şarayev Rufan həm öz adından, həm də, nümayəndəsi olduğu həyat yoldaşı X7 adından məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, məhkəmə tərəfindən əsas, faiz və cərimə borcu şişirdilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(021)-476/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətindən görünür ki, o, Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə çıxarılmasını xahiş etsə də, şikayətin dəlillərində iddianın təmin edilməyən əsas, faiz, cərimə və kredit borcu, illik 5%lə əldən çıxmış faiz hissəsini, cavabdeh isə, şikayətin dəlillərində iddianın qismən təmin edilmiş əsas kredit borcu, faiz və cərimə hissəsini mübahisələndirilmişdir. Qətnamənin digər hissələri mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: 10-MGZ2-1-0-1077-20 nömrəli kreditin verilməsinə dair xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X10 18 ay müddətinə, yəni xx.xx.2021ci il tarixinədək illik 25% faiz hesablanmaqla 10 000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Rufan Şarayevarasında bağlanılmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Rufan Şarayevin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36 saylı mənzil 10-MGZ2-1-0-1077-20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin əsasən yaranmış öhdəliyin təminatı məqsədi ilə ipoteka saxlayana (Yelo Bank ASC) verilir. Qeyd edilən mənzilin bazar dəyəri 44000 manat dəyərində müəyyən edilmişdir. İddiaçı ASC ilə X14 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, Aysel Şarayevanın bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, Aysel Şarayevanın bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X16 9900 manat məbləğində pulu təhvil almışdır ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Rufan Şarayevin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə 18 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. iddiaçı Rufan Şarayevə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2021ci il tarixli bildirişi göndərmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər X10, X8 və X9 borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. iddiaçı tərəfindən ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinə müraciət edilmiş və 10 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2021-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 0881/22/NB nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 36 nömrəli mənzilin likvid qiyməti 42 000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə X7 12.2022-ci il tarixə 21.8806.81 manat məbləğində əsas, 3778,38 manat faiz, 6024,53 manat cərimə borcu və 5%lə hesabalanmış 562,1 manat əldən çıxmış borcu vardır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1598 nömrəli ekspert rəyindən görünür ki, X13 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1- 0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X7 banka olan borcu xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil edir. İş Şəmkir Rayon Məhkəmsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5419 saylı ekspert rəyindən görünür ki, X13 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1- 0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X6 banka olan borcu xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında X13 tərəfindən ödənilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunur. Lakin AR Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair MetodikiGöstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunur. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X7 xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə 8806.81 manat əsas, 5594.79 manat faiz borcu, 9439.62 manat dəbbə borcu və gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmaqla 921.3 manat, ümumilikdə isə 24762.52 manat borcu yaranmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9847 nömrəli ekspert rəyindən görünür ki, X13 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1- 0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X7 banka olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 918.59 manat, illik 5% dərəcəsi ilə faiz borcu 547.62 manatdır. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında X13 tərəfindən ödənilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunur. Lakin AR Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, cavabdeh X13 ilə İddiaçı arasında bağlanmış 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 25%-lə 18 ay müddətinə 10000 manat məbləğində kredit vəsaiti verilmişdir. Buna müvafiq olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən kreditin və kredit faizlərinin borcalan tərəfindən banka qaytarılmasının müddətlərinin və qaydasının müəyyən edilmişdir. Müqavilə bağlayan zaman borclu bütün şərtlərlə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, cavabdeh X12 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə banka ödənilməmiş kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 445.7-ci maddəsinə əsasın, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində pul ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə və iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə, cavabdeh Aysel Şarayevdən 8479.25 manat əsas, 918.59 manat faiz borcu tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında kredit müqaviləsi 18 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixinədək olan müddət üçün bağlanılmışdır. İşdə olan müvafiüq ekspertiza rəyləri ilə müəyyən edilir ki, cavabdehin həmin tarixə əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 918.59 manat borcu qalmışdır. Cavabdeh Aysel Şarayeva apellyasiya dəlillərində əsas kredit borcu üzrə silinmələrin olmadığı və faiz borcunun artıq hesablanmasını iddia etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, cavabdehin banka olan əsas və faiz borcu müəyyən edilmişdir ki, həmin rəyin mötəbərliyi və həqiqiliyi heç bir şübhə doğurmur. Məhkəmə iddianın xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizin əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına münasibət olaraq bildirir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanması hissəsində təmin edilməməsinə dair düzgün nəticəyə gəlmiş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən cərimə hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı Bankın əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 423,95 manat cərimə borcunun tutulması əsaslı sayır və hesab edir ki, Bank tərəfindən gecikdirilmiş günlərə görə cavabdehlərə hesablanmış 6024,53 manat cərimə borcu tənasübsüz surətdə yüksəkdir. Ona görə də, borclunun əsas və faiz borcunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını, həmçinin kreditorun da əmlak mənafelərini nəzərə alaraq, birinci insttansiya məhkəməsi əsas və faiz borcuna adekvat məbləğdə, yəni 423,95 manat cərimə tutulmasını ədalətli və qanuni hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissələrdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 382, 384, 390, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq,

QƏTETDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(076)-70/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar