Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-129/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanamsı Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 09 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 25 İyul 2013-cü il tarixli 022 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 42495.36 (qırx iki min dörd yüz doxsan beş manat 36 qəpik) manat, hesablanmış faiz - 1453.35 (bir min dörd yüz əlli üç manat 35 qəpik) manat, cərimə borcu - 14298.35 (on dörd min iki yüz doxsan səkkiz manat 35 qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu- 6296.40 (altı miniki yüz doxsan altı manat 40 qəpik)manat olmaqla, cəmi - 64543.46 (altmış dörd min beşyüz qırx üç manat 46 qəpik) manat məbləğində vəsaitin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumunun, ləğv prosesində olan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbinin artırılması barədə məhkəməyə ərizə göndərərək, cavabdeh X1 28 dekabr 2013-cü il tarixli 070 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 1999846.22 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz qırx altı) manat 22 qəpik, hesablanmış faiz - 106602.94 (bir yüz altı min altı yüz iki) manat 94 qəpik, cərimə borcu - 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 84437.95 (səksən dörd min dörd yüz otuz yeddi) manat 95 qəpik, cəmi - 2190887.11 (iki milyon yüz doxsan min səkkiz yüz səksən yeddi) manat 11 qəpik, 31 yanvar 2014-cü il tarixli 02 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 199985.44 (bir yüz doxsan doqquz min doqquz yüz səksən beş) manat 44 qəpik, hesablanmış faiz - 35369.90 (otuz beş min üç yüz altmış doqquz) manat 90 qəpik, cərimə borcu - 1501.72 (bir min beş yüz bir) manat 72 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 6144.00 (altı min yüz qırx dörd) manat 00 qəpik cəmi - 243001.06 (iki yüz qırx üç min bir) manat 06 qəpik və 25 iyul 2013cü il tarixli 022 saylı kredit müqaviləsi üzrə əsas məbləğ - 42495.36 (qırx iki min dörd yüz doxsan beş) manat 36 qəpik, hesablanmış faiz - 1453.35 (bir min dörd yüz əlli üç) manat 35 qəpik, cərimə borcu - 14298.35 (on dörd min iki yüz doxsan səkkiz) manat 35 qəpik, lredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 6296.40 (altı min iki yüz doxsan altı) manat 40 qəpik olmaqla, Cəmi - 64543.46 (altmış dörd mln beş yüz qırx üç) manat 46 qəpik məbləğində borcun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirmişdir ki, 25 iyul 2013-cü il tarixdə İddiaçı ASC və X8 qızı arasında müvafiq olaraq 022 №-li kredit müqavilələri bağlanmışdır. Kredit müqavilələrinin şərtlərinə görə X8 qızına bank tərəfindən, 022 saylı kredit müqaviləsi üzrə 45000 (qırx beş min) manat məbləğində illik 6 (altı) % olmaqla , 36 (otuz altı) ay müddətinə, 18 (on səkkiz) aylıq güzəştlə kredit verilmişdir, qeyd olunan kredit müqaviləsinə əsasən X8 qızı kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə ödəməli idi. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini X8 qızına vermişdir. Amma X5 Ənvər qızı krediti götürdüyü tarixdən etibarən kredit müqaviləsinin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməmişdir. X5 Ənvər qızına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi olan borcunu ödəməmişdir. 14 yanvar 2019-cu il tarixinə X8 qızının 25 iyul 2013-cü il tarixli 022 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi olmuşdur: Əsas məbləğ - 42495.36 (qırx iki min dörd yüz doxsan beş manat 36 qəpik) mana, hesablanmış faiz - 1453.35 (bir min dörd yüz əlli üç manat 35 qəpik) manat, cərimə borcu - 14298.35 (on dörd min iki yüz doxsan səkkiz manat 35 qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 6296.40 (altı min iki yüz doxsan altı manat 40 qəpik)manat olmaqla, cəmi - 64543.46 (altmış dörd min beş yüz qırx üç manat 46 qəpik) manat. Bundan başqa X8 qızının 28 dekabr 2013-cü il tarixli 070 saylı kredit müqaviləsi ilə bank tərəfindən illik 8 (səkkiz) faiz olmaqla 2 000 000 (iki milyon) manat məbləğində və 31 yanvar 2014-cü il tarixli 02 saylı kredit müqaviləsi ilə bank tərəfindən illik 7(yeddi) faiz olmaqla 200 000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. X4 Ənvər qızının 28 dekabr 2013-cü il tarixli 070 saylı müqavilə üzrə ləğv prosesində olan İddiaçı ASC -yə xx.xx.2019-cu il tarixə olan borcu əsas məbləğ - 1999846.22 (bir milyon doqquz yüz doxsan doqquz min səkkiz yüz qırx altı) manat 22 qəpik, hesablanmış faiz - 106602.94 (bir yüz altı min altı yüz iki) manat 94 qəpik, cərimə borcu - 0.00 (sıfır) manat 00 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 84437.95 (səksən dörd min dörd yüz otuz yeddi) manat 95 qəpik, cəmi - 2190887.11 (iki milyon yüz doxsan min səkkiz yüz səksən yeddi) manat 11 qəpik və 31 yanvar 2014-cü ıl tarixli 02 saylı müqavilə üzrə xx.xx.2019-cu ıl tarixə olan borcu əsas məbləğ - 199985.44 (bir yüz doxsan doqquz min doqquz yüz səksən beş) manat 44 qəpik, hesablanmış faiz - 35369.90 (otuz beş min üç yüz altmış doqquz) manat 90 qəpik, cərimə borcu - 1501.72 (bir min beş yüz bir) manat 72 qəpik, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu - 6144.00 (altı min yüz qırx dörd) manat 00 qəpik, cəmi - 243001.06 (iki yüz qırx üç min bir) manat 06 qəpik təşkil etmişdir.
4. Cavabdeh X8 qızı bildirmişdir ki, İddiaçı ASC ilə heç bir müqavilə bağlamamış və heç bir kredit almamışdır. İddiaçı ASC-nin rəhbəri onu mərhum ərinin qohumu olduğundan onların öz aralarında olan bir məsələ olmuş, göstərilən məbləğdə pul ona bank tərəfindən verilməmiş və onun bu müqavilələrdən xəbəri olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
5. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim R.Mustafayev) 2(043)- 2008/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan Gəncəbank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh X8 qızına qarşı “kredit müqaviləsi üzrə borcunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində İddiaçı ASC ilə cavabdeh X8 qızı arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdehə hissə-hissə qaytarılması şərti ilə kredit verildiyini, iddiaçı müqavilə üzrə öz öhdəliyini icra etdiyini, cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməyərək iddiaçıya borcu yarandığını bildirmişdir. Buna baxmayaraq iddia ərizəsinə kredit müqavilələrinin əsli və cavabdehə kredit müqaviləsi üzrə pulun verilməsi barədə kassa ödəniş qəbzləri və ya kassa məxaric orderləri əlavə edilməmiş, məhkəmə tərəfindən işə baxılarkən bu sənədlərin təqdim edilməsi iddiaçının nümayəndələrinin diqqətinə çatdırılsa da heç bir nəticəsi olmamışdır. Bununla da iddiaçı öz tələblərinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmiş, tərəflər arasında müqavilə bağlanılmasını, iddiaçı tərəfindən kredit verilməsi üzrə cavabdeh X8 qızına pulun verilməsini, cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsini sübuta yetirə bilməmişdir. Belə ki, kredit müqavilələrin və kassa məxaric orderlərinin əsillərinin təqdim edilməməsi səbəbindən həmin müqavilələrdəki imzaların cavabdehə məxsus olmasını və iddiaçı tərəfindən cavabdehə pulun verilməsini aydınlaşdırılması üçün iş üzrə məhkəmə xəttşünaslıq ekspertizanın keçirilməsi də mümkün olmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddianın əsaslılığına dair sübutlar təqdim edilmədiyindən, tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn cavabdehin hər hansı bir öhdəliyi yaranmamışdır və belə olan halda iddia tələbi təmin edilə bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 14.2.1, 324.1, 324.4, 386.1, 389.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir ekspertiza keçirmədən iddia tələbini əsassız olaraq rədd etmişdir. Məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi maddi hüquq normalarının heç bir işin mahiyyətini əhatə etməmişdir. Ona görə də Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 2008/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/239 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 113-114-cü vərəqələrində İddiaçı ASC- ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov, F.Mehtiyev) 2(104)-212/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2008/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, sözügedən kredit müqaviləsi üzrə kreditin cavabdehə verildiyini təsdiq edə bilən yeganə mötəbər sübut növü kassanın məxaric sənədidir ki, iddiaçı tərəf həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi və mülki işin materiallarına əlavə olunan (148-ci vərəqə) kassanın məxaric sənədi həmin müqaviləyə aid olmadığından, ekspert həmin sənəd üzrə ekspertiza keçirilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi də məhz iddianın əsaslılığına dəlalət edə bilən sübutların məhkəməyə təqdim edilməməsi əsası ilə iddianı təmin etməmişdir. Ona görə də kollegiya o qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və haqlı olaraq iddianı təmin etməmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla, əsaslı deyildir.
Kassasiya instansiya məhkəməsində icraat
14. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ( vəkil X6) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Əliyev, hakimlər M.T.Əhmədova və İ.K.Xəlilovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-212/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
17. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı üç kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulmasını xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi yalnız 25 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə araşdırma aparmış və qeyd edilən müqavilə üzrə kassa məxaric orderinin olmaması əsası ilə apellyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, digər iki kredit müqaviləsi üzrə heç bir araşdırma aparmamış və həmin müqavilələrinə hüquqi qiymət verməmişdir.Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iş materiallarına əlavə olunan (148-ci vərəqə) kassanın məxaric sənədinin xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə aid olmaması və buna görə də ekspertin həmin sənəd üzrə ekspertiza keçirilməsindən imtina etməsi ilə bağlı əsaslandırmasına münasibətdə qeyd edilməlidir ki, kassator həmin kassa məxaric orderinin xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə deyil, apellyasiya instasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş digər iki kredit müqaviləsinə (28 dekabr 2013-cü il tarixli və 31 yanvar 2014-cü il tarixli) aid olduğu göstərmişdir.Həmçinin qeyd edilməlidir ki, həmin kassa məxaric orderi iş materiallarının 148-ci deyil, 117-ci vərərqinə əlavə edilmişdir.Eyni zamanda iş materiallarından görünür ki , kredit müqavilələri üzrə müəyyən ödənişlər həyata keçirilmişdir ki, həmin hallar araşdırılmamış və hüquqi qiymət verilməmişdir.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edən suallarına cavab olaraq bildirdi ki, cərimə borcunu məhkəmənin mülahizəsinə buraxır.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 qızı apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı ASC-nin rəhbəri onun mərhum ərinin yaxın qohumu olduğundan onların münasibətləri olmuş, həmçinin mərhum əri Cəlal İddiaçı ASCnin rəhbərinin sürücüsü olmuşdur. Bununla belə, o, İddiaçı ASC-ti ilə heç bir müqavilə bağlamamış və heç bir kredit almamışdır. Həmin müqavilələrdə və kassa məxaric orderində olan imzaların onun tərəfindən icra edilməsinə dair ekspertiza rəyləri alınsa da, həmin rəylərlə razılaşmır və o, heç bir sənədə imza atmamışdır. İddia olunan kredit müqavilələri üzrə onun tərəfindən heç bir ödəniş edilməmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Həmin Qərarda qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
22.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri:
23. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Cavabdehin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddiasının təmin edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 26.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
27. İş materiallarından görünür ki, iddiaçı ilkin olaraq verdiyi iddia ərizəsində yalnız 25 İyul 2013-cü il tarixli 022 saylı kredit müqaviləsi üzrə borcun tutulmasını tələb etsə də, sonradan iddia tələbinin artırılması barədə məhkəməyə ərizə göndərərək, Cavabdeh 28 dekabr 2013-cü il tarixli, 31 yanvar 2014-cü il tarixli və 25 iyul 2013-cü il tarixli kredit müqavilələri üzrə borcun tutulmasını xahiş etmişdir. 28.Göründüyü kimi, iddia tələbinin əsaslılığının yoxlanması hər üç kredit müqaviləsi üzrə borcun tutulmasının əsaslılığının yoxlanılmasından asılıdır.
29. İddaçı yuxarıda qeyd edilən iddia tələbini irəli sürməklə, iddiasının təmin edilməsini xahiş etmiş, cavabdeh X8 qızı isə bildirmişdir ki, İddiaçı ASC ilə heç bir müqavilə bağlamamış və heç bir kredit almamışdır. İddiaçı ASC-nin rəhbəri onu mərhum ərinin qohumu olduğundan onların öz aralarında olan bir məsələ olmuş, göstərilən məbləğdə pul ona bank tərəfindən verilməmiş və onun bu müqavilələrdən xəbəri olmamışdır.
30. Bununla bağlı, birinci apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4/239 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 113-114-cü vərəqələrində İddiaçı ASC- ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Həmçinin məhkəmə kollegiyası iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1210 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 070 nömrəli 28 dekabr 2013-cü il tarixli və 02 nömrəli 31 yanvar 2014-cü il tarixli kredit müqavilələrində “Borcalan” qrafalarındakı imzalar; Cavabdeh adına olan 785956 nömrəli 31 yanvar 2014-cü il tarixli qəbzin arxa tərəfində “İmzalar” və “ İmza” qrafalarındakı imzalar-Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Cavabdeh adına olan 785956 nömrəli 31 yanvar 2014-cü il tarixli qəbzin üz tərəfində “İmzalar qrafasındakı imza tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, həmin imzaların Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır.
31. Məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizası təyin etmiş və əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1763 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 154-cü vərəqəsində olan 31 yanvar 2014-cü il tarixli, D1 seriyalı 785956 nömrəli çekin üz tərəfində “ İmzalar” qrafasındakı imza- Cavabdeh tərəfindən icra olunmuşdur.
32. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə heç bir müqavilə bağlamadığını, həmin müqavilələrin onun tərəfindən imzalanmadığını və heç bir kredit almadığını göstərsə də, onun həmin dəlilləri yuxarıda qeyd edilən ekspertiza rəyləri ilə təkzib olunur və müəyyən edilir ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 022 saylı, 28 dekabr 2013-cü il tarixli, 070 nömrəli və 31 yanvar 2014-cü il tarixli, 02 nömrəli kredit müqavilələrində “Borcalan” qrafalarındakı imzaların, Cavabdeh adına olan 785956 nömrəli 31 yanvar 2014-cü il tarixli qəbzin arxa tərəfində “İmzalar” və “ İmza” qrafalarındakı imzalar və 31 yanvar 2014-cü il tarixli, D1 seriyalı 785956 nömrəli çekin üz tərəfində “ İmzalar” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
33. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, İddiaçı ASC-nin iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışlarında xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsi üzrə Sucayət Novruzovanın 42495,36 manat əsas, 1453,35 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6296,40 manat faiz borcu, 14298,35 manat cərimə borcu olmaqla, cəmi 64,543,46 manat, xx.xx.2013-cü il tarixli, 070 saylı kredit müqaviləsi üzrə 1.999.857,22 manat əsas, 106.602.94 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 84.437,95 manat faiz borcu, 0,00 manat cərimə borcu olmaqla, cəmi 2.190.887,11 manat, xx.xx.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 199.985,44 manat əsas, 35.369,90 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6.144 manat faiz borcu, 1501,72 manat cərimə borcu olmaqla, cəmi 243,001,06 manat borcunun olması göstərilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin iddia ərizəsinə əlavə etdiyi maliyyə arayışlarında qeyd edilən məbləğlərin mötəbərliyi heç bir şübhə doğurmur. Digər tərəfdən iddia olunan məbləğlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. 35.Göründüyü kimi, cavabdeh X8 qızı İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə yuxarıda qeyd edilən məbləğlərdə borcu yaranmışdır. 36.Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu maliyyə arayışında X8 qızı tərəfindən əsas və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsi üzrə 14298,35 manat, xx.xx.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 1501,72 manat cərimə borcu hesablamışdır. 37.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 38.Göründüyü kimi, cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırkı iş materialları ilə cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyi, öhdəliyini lazımınca və vaxtında icra etmədiyi və icranı gecikdirdiyi, nəticədə iddiaçıya əsas və faiz borcunun yarandığı müəyyən edilir ki, bu hal da cavabdehin həmin hallara görə iddiaçıya cərimə borcunun ödəməli olmasına əsas verir. Bununla belə, mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (penya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. 39.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. 41.Məhkəmə kollegiyası kreditorun əmlak mənafelərini, həmçinin cavabdehlərin maddi vəziyyətini, yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onların əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, hər iki kredit müqaviləsi üzrə cərimə məbləğinin 100 manat tutulmasını ədalətli və qanuni hesab edir.
42. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 100 manat və 138 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ekspertiza xərci olan cəmi 238 manat məbləğində pul cavabdehə aid edilməlidir. 43.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsi üzrə 42495,36 manat əsas, 1453,35 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6296,40 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 50.345,11 (əlli min üç yüz qırx beş manat 11 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 070 saylı kredit müqaviləsi üzrə 1.999.846,22 manat əsas, 106.602.94 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 84.437,95 manat faiz borcu, 0,00 manat cərimə borcu olmaqla, cəmi 2.190.887,11 manat, xx.xx.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 199.985,44 manat əsas, 35.369,90 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6.144 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 241.599,34 manat (iki yüz qırx bir min beş yüz doxsan doqquz manat, 34 qəpik) məbləğində pul, ümumilikdə isə 2.482.791,56 manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, və iddia qalan hissədə təmin edilməməli və ekspertiza xərci olan cəmi 238 manat məbləğində pul cavabdehə aid edilməlidir. 44.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402, 403, 404, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-2008/2019 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli, 022 saylı kredit müqaviləsi üzrə 42495,36 manat əsas, 1453,35 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6296,40 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 50.345,11 (əlli min üç yüz qırx beş manat 11 qəpik) manat, xx.xx.2013-cü il tarixli, 070 saylı kredit müqaviləsi üzrə 1.999.846,22 manat əsas, 106.602.94 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 84.437,95 manat faiz borcu, 0,00 manat cərimə borcu olmaqla, cəmi 2.190.887,11 manat, xx.xx.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 199.985,44 manat əsas, 35.369,90 manat faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 6.144 manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 241.599,34 manat (iki yüz qırx bir min beş yüz doxsan doqquz manat, 34 qəpik) məbləğində pul, ümumilikdə isə 2.482.791,56 (iki milyon dörd yüz səkksən iki min yeddi yüz doxsan bir manat 56 qəpik) manat məbləğinbdə pul və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci Cavabdeh aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan cəmi 238 manat ondan alınaraq Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.