Məhkəmə qərarları › İş №2(104)-1292/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1292/2024

10.05.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1292/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər X2 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏNETDİ İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1*, Cavabdeh11 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 qarşı “mənzildən istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* Gəncə şəhəri, 3-cü mikrorayon, 19 nömrəli binanın 7 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1* və Cavabdeh11 ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh4 və X4 apellyasiya şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh4 və X3 apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni Həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilməmişdir. Apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti verən şəxs kimi cavabdehlər Cavabdeh4 və X4 qeyd olunsa da, apellyasiya şikayəti yalnız Cavabdeh4 tərəfindən imzalanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada tərtib edilməmiş, birinci instansiya məhkəməsi isə apellyasiya şikayətini Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də apellyasiya şikayəti mümkün sayılmamalı və Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366 -cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2*24-cü il tarixli 2(125)-629/2*24 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci və 363.1.1-1-ci maddələrinin tələblərinin yoxlanılması üçün Gəncə Şəhər Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar