Məhkəmə qərarları › İş №2(104)-1300/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1300/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1300/2023 12.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-74/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan 26 sentyabr 2019-cu il tarixli, 02/00025428 və 18 sentyabr 2019-cu il tarixli, 02/00025331 nömrəli operativ lizinq müqaviləsindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1 ədəd AGHBM-N24 markalı taxıl səpən, Traktor Belarus-1221 istifadəsinə verilmişdir.

2. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 26 sentyabr 2019-cu il tarixli, 02/00025428 nömrəli operativ lizinq müqaviləsi üzrə "xxxx" ASC-nə 566 manat borcu yaranmışdır.

3. İş materiallarında olan 09 mart 2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 18 sentyabr 2019-cu il tarixli, 02/00025331 nömrəli operativ lizinq müqaviləsi üzrə "xxxx" ASC-nə 835 manat borcu yaranmışdır.

4. İş materiallarında olan 10 fevral 2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh borcunu tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir.

5. İş materiallarında olan AKT-1 F00025428 saylı, 26 sentyabr 2019-cu il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş 1 ədəd AGHBM-N24 markalı taxıl səpənin texniki vəziyyəti aktlaşdırılmışdır.

6. İş materiallarında olan AKT-1 F00025331 saylı, 18 sentyabr 2019-cu il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş Traktor Belarus-1221 ona təhvil verilərkən texniki vəziyyəti aktlaşdırılmışdır.

7. İş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli, 4/1478 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, 26 sentyabr 2019-cu il tarixli 02/00025428 və 18 sentyabr 2019-cu il tarixli 02/00025331 nömrəli operativ lizinq müqaviləsində “lizinq alan” işçi qrafasındakı imzalar 26 setyabr 2019-cu il tarixli AKT1-F00025428 nömrəli aktlarda “3” sıradakı imzalar- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 02/00025331 nömrəli müqaviləyə əsasən 835,00 manat borcun və 02/00025428 nömrəli operativ lizinq müqaviləsinə əsasən 566,00 manat borcun, cəmi 1.401,00 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun, cəmi 1.421,00 manat məbləğində pulun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlamış 2019-cu il 18 sentyabr tarixli, 02/00025331 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktoru və 2019-cu il 26 sentyabr tarixli, 02/00025428 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AGHBM-N24 markalı taxılsəpəni 2019-cu il taxıl biçini mövsümü ərzində istifadəyə vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 02/00025331 nömrəli müqaviləyə əsasən 835,00 manat borc qalmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu arasında bağlanmış 02/00025428 nömrəli müqaviləyə əsasən 566,00 manat öhdəlikdən heç bir məbləğ ödəniş edilməmiş, borclunun cəmiyyətə hal-hazırda 1.401,00 manat borcu vardır. Lakin borclu vaxtında kreditora olan borcunu qaytarmadıqda kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də kreditor məhkəməyə mürciət etmək məcburiyyətində qalmışdır. Borclu öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, "xxxx" ASC ilə heç bir müqavilə bağlamamış, imza etməmişdir, "xxxx" ASC ilə qarşılıqlı razılığa gəlmişdir ki, həmin texnikaların idarə edilməsi üçün ona əmək haqqı veriləcəkdir. 2019-cu ildə taxil səpini zamanı yəni sentyabr, oktyabr və noyabr aylarında Ağcəbədi rayonunda yerləşən Haramı adlanan ərazidə mala və səpin işləri aparmışdır, lakin bu günə kimi həmin işlərə görə əmək haqqını almamışdır. Heç bir yerə imza etmədiyindən, müqavilə bağlamadığlndan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-74/2023 nömrəli qətnaməsi ilə (hakim E.Əhmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının 124 (yüz iyirmi dörd manat) manat dəyərinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-74/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, cəmiyyət tərəfindən 2019-cu il 18 sentyabr tarixli, 02/00025331 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktoru və 2019-cu il 26 sentyabr tarixli, 02/00025428 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AGHBM-N24 markalı taxılsəpəni 2019-cu il taxıl biçini mövsümü ərzində cavabdehə istifadəyə verilmişdir. Məhkəmə qətnaməsindən də göründüyü kimi cavabddeh texnikanı götürdüyünü etiraf etməsinə baxmayaraq məhkəmə buna əhəmiyyət verməmişdir. Cavabdeh 2019-cu ilin payız taxılı səpinin mövsümündə, yəni sentyabr, oktyabr və noyabr ayları ərzində Ağcəbədi rayonu ərazisində texnikaları işlətdiyini, mala və səpin işləri yerinə yetirdiyini bildirmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərərk, şikayətin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)- 74/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinin tamamilə əsassız olduğunu, odur ki, təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-74/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə aid şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanımalıdır.

24. İş materiallarından göründüyü kimi, iddiaçı "xxxx" ASC Cavabdeh ilə aralarında bağlanılmış 2019-cu il 18 sentyabr tarixli, 02/00025331 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus-1221 markalı traktoru və 2019-cu il 26 sentyabr tarixli 02/00025428 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd AGHBM-N24 markalı taxılsəpəni 2019cu il taxıl biçini mövsümü ərzində cavabdehə istifadəyə verildiyini, həmin müqavilələr əsasında cavabdehin cəmiyyətə hal-hazırda 1.401,00 manat borcunun qaldığını iddia edərək, hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin maddi hüquqi əsası olmamışdır. Belə ki, iddiaçının cavabdehdən lizinq müqavilələri əsasında yaranmış hər hansı ödənilməmiş borcu tələb etməsi üçün tərəflər arasında belə bir müqavilələrin bağlanılması tələb olunur. Lakin işin materialları ilə cavabdehin qeyd edilən müqavilələri bağlaması müəyyən olunmur. Belə ki, birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspert rəyi ilə müəyyən edilir ki, 26 sentyabr 2019-cu il tarixli 02/00025428 və 18 sentyabr 2019-cu il tarixli 02/00025331 nömrəli operativ lizinq müqaviləsində “lizinq alan” işçi qrafasındakı imzalar 26 setyabr 2019-cu il tarixli AKT1-F00025428 nömrəli aktlarda “3” sıradakı imzalar-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Göründüyü kimi, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır.

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən lizinq müqavilələri cavabdeh tərəfindən icra olunmadığından və o, həmin müqavilələr üzrə tərəf olmadığından iddiaçı qarşısında qeyd edilən müqavilələr üzrə heç bir öhdəlik daşımır.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-74/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: imza var Hakimlər: imzalar var

düzdür Hakim: Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar