Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1328/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “evə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh qardaşdır. ünvan 1 ünvanında yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 241,1 kv.m olan fərdi yaşayış evi (bundan sonra mübahisəli ev) 30 avqust 2021-ci il tarixdə hazırki iş üzrə tərəflərin anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X5 mübahisəli evi 07 sentyabr 2021-ci il tarixdə cavabdehə bağışlamışdır. Cavabdehin mübahisəli evə mülkiyyət hüququ 27 sentyabr 2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata aldırmışdır (qeydiyyat nömrəsi **********). Cavabdeh 2018-ci ildə Orucova (Rüstəmova) Mahirə Elxan qızı ilə faktiki nikah münasibətlərinə daxil olaraq ər-arvad olmuşlar, nikahlarını 02 oktyabr 2021-ci ildə rəsmiləşdirmişlər. Onların nikah münasibətlərindən 29 avqust 2018-ci il təvəllüdlü Raul, 02 fevral 2023-cü il təvəllüdlü Nigar adlı uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Cavabdeh mülkiyyətinə keçmiş (ata yurdu) Gədəbəy rayonu, X12, X15 küçəsi, 19 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, X12, X15 küçəsi, ev 19 ünvanında yerləşməklə iki mərtəbəli, ümumi sahəsi 241,1 kv.metrdən, 8 otaqdan və 0,2897 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarətdir. Bu ev onların ata mülküdür və 1960-cı ildə inşa edilmişdir. Cavabdeh onun qardaşıdır. Atası vəfat edəndən sonra ev anasının adına sənədləşdirilmiş, anası isə həmin evi qardaşı Cavabdeh bağışlamışdır. Hazırda, mübahisəli fərdi yaşayış evi 2021-ci ildən etibarən qardaşı Cavabdeh xüsusi mülkiyyətindədir və qardaşı həmin evi tərk etmələrini tələb edir. O, ailə üzvləri olan həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun və ailə üzvlərinin yaşamağa yeri yoxdur. Nə onun, nə də həyat yoldaşının icarələrində və yaxud mülkiyyətlərində ev, mənzil, torpaq sahəsi və digər daşınmaz əmlak yoxdur. O, bu evdə anadan olmuş, bu evdə boya-başa çatmış və bu günə kimi ailə üzvləri ilə birlikdə bu evdə yaşamışdır. 1998ci ildən bu günə kimi müxtəlif vaxtlarda o, öz vəsaiti hesabına yaşadıqları evin abadlaşdırılmasına, bütün həyət boyu mişar daşından hasar çəkilməsinə, darvaza qoyulmasına, mişar daşından əlavə tikintilər tikilməsinə xeyli vəsait xərçləmişdir. 2020-ci ildə yenə də öz vəsaiti hesabına eni 6,5 metr, uzunluğu 22 metr olan çardaq (naves), çardağın içərisində qaraçay daşından 3 (üç) otaq, mətbəx, hamam-tualet tikdirmişdir. 3.000 manat məbləğində pulu yalnız həmin çardağa plastik pəncərələr qoyulmasına xərcləmişdir. Yaşadıqları evin tavanını və şiferini söküb yenisi ilə əvəz etmiş, mətbəx və hamam-tualet tikdirmişdir. O, 2014-cü ildə mübahisəli evdən qeydiyyatdan çıxıb Bakı şəhərində yaşayan qardaşı X1 mənzilinə qeydiyyata düşmüşdür. Lakin bu qeydiyyat formal bir xarakter daşıyır və onun üçün heç bir mənzil hüquq münasibəti yaratmır. O, faktiki olaraq anadan olduğu gündən bu günə kimi hazırda yaşadığı Gədəbəy rayonu, X12 X15 küçəsi ev 19 ünvanında yaşayır. Fikrincə faktiki yaşadığı evdə qeydiyyatda olmadığına görə anası onun razılığını almadan evi kiçik qardaşı Cavabdeh hədiyyə etmişdir. Hesab edir ki, onun hüquqları kobud surətdə pozulmuşdur. Çünki atasının vərəsəsi olduğuna görə onun də həmin evdə payı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə, qanunda nəzərdə tutulmuş əsaslarla müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Hesab edir ki, mərhum atasından miras qalmış fərdi yaşayış evinə vərəsə kimi onun da istifadə hüququ vardır və onun həmin evə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun mülkiyyətindədir və ona məxsus həyətyanı sahədə tərəfindən əvvəllər qaraj kimi tikilmiş, sonradan yaşayış sahəsinə çevirdikləri evdə müvəqqəti yaşamaq üçün yerləşmiş iddiaçı yalan sözlərlə məhkəməni aldatmağa çalışır. Belə ki, iddiaçı onun mülkiyyətində olan yaşayış evini tərk edərək Bakı şəhərinə köçmüş və ailə üzvləri ilə uzun illər Bakı şəhərində yaşamışdır. İddiaçının Gədəbəy rayonunda 0,40 ha torpaq sahəsi var idi. Bundan sonra iddiaçı Gədəbəy rayonunda işləmək üçün gəlmiş və özünə məxsus torpaq sahəsində ev tikdirəcəyini deyərək müvəqqəti olaraq onun mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən tikilmiş sahəyə yerləşmişdir. Lakin sonradan özünə məxsus torpaq sahəsini sataraq, başqa yerdən ev alacağını desə də bunu etməmişdir. İddiaçı onun barəsində qanunsuz olaraq şikayətlər etməklə onun mülkiyyətindən istifadəsinə maneə yaratmaq istəyir. İddiaçının ailəsi Gədəbəy rayon Polis Şöbəsində münaqişəli ailə kimi tanınır. Bunu qonşular da təsdiq edə bilər. Gədəbəy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(042)- 371/2025 nömrəli iş üzrə qəbul etdiyi 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbinin təmin edilməsi, ünvan 4 ünvanında yerləşən, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə İddiaçı və ailə üzvləri X3, X6, X4 istifadə hüquqlarının tanınması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı xx.xx.1970-ci il tarixdə mübahisəli fərdi yaşayış evində doğulmuş və həmin tarixdən yaşamışdır. İşin bu halı məhkəmədə mübahisələndirilmir. İddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə qardaşı Cavabdeh məxsus sözügedən fərdi yaşayış evində yaşayır və həmin fərdi yaşayış evində yaxşılaşdırma işləri aparmışdır. İddiaçı hazırda da həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının və ailə üzvlərinin yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Odur ki, sözgedən fərdi yaşayış evindən iddiaçının istifadə hüquqları yaranmışdır. Belə olan halda, mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının ailə üzvlərinin də həmin fərdi yaşayış evindən istifadə hüquqları yaranmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına, 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 80, 81, 217.1, 218.3cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı və onun ailə üzvlərinin sözügedən mübahisəli yaşayış evinə heç bir aydiyyəti yoxdur. Məhkəmə işi düzgün, hərtərəfli və tam araşdırmadan, mübahisəli yaşayış sahəsinə baxış keçirmədən iddiaçının sözlərinə istinad edərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy rayonu, X12, X15 küçəsində yerləşən həyatyanı sahədə iki, biri digərindən aralı məsafədə yerləşən yaşayış sahəsi mövcuddur. Cavabdehin və anasının razılığı ilə iddiaçı öz ailə üzvləri ilə birlikdə həyətdə yerləşən və cavabdeh tərəfindən tikilmiş digər ünvansız yaşayış evində yaşayır. Məhkəmə araşdırmamışdır ki, hal-hazırda yaşadığı yer kimi göstərdiyi ev hansı evdir və iddiaçı cavabdehin mülkiyyətində olan ümumi sahəsi 241,1 kv.metrdən, 8 otaqdan ibarət yaşayış sahəsini 2004-cü ildə tərk etmişdir. Baxış keçirildiyi tədqirdə, iddiaçının həmin ünvansız yaşayış evində yaşadığı məhkəməyə məlum olardı. Belə ki, həmin sözügedən yaşayış evində hal-hazırda iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvansız yaşayış evində İddiaçı və onun ailə üzvləri 2009-cu ildən sonra yaşamağa başlamışdılar, buna görə də məhkəmə tərəfindən 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəllənin 123cü maddəsini tətbiq edilməsi işin hallarına ziddir və tətbiq oluna bilməz. Bundan başqa iddiaçı mübahisəli evdən iyirmi il əvvəl qeydiyyatdan çıxaraq Bakı şəhərinə köçmüşdür. Onun faktiki qeydiyyat yeri Bakı şəhəridir. İddiaçı Bakı şəhərində yaşamış və Bakı şəhərində rəsmi iş yeri olmuşdur. Beləliklə, göründüyu kimi, iddiaçı əvvəllər atasının mülkiyyətində olan evində qalaraq ailə üzvü kimi hesab edilsə də, hal-hazırda həm mülki, həm də ailə qanunverciliyə əsasən ailə üzvü sayılmır və cavabdehə məxsus mülkiyyətdə heç bir rəsmi razılıq olmadan yaşayır və cavabdehin mülkiyyətindən istifadəsinə və sahibliyinə maneə yaradır. Bundan başqa, iddiaçı cavabdehin barəsində qanunsuz və əsassız olaraq mütəmadi şikayətlər edir və iddialar qaldırır. Həmçinin, cavabdehi və qonşuları narahat edərək, hər birinə mənəvi zərər gətirir. İddiaçının ailəsi Gədəbəy rayon polis şöbəsində münaqişəli və problemli ailə kimi tanınır. Beləliklə, belə bir “problemli” iddiaçıya və onun ailəsinə cavabdehin mülkiyyətindən heç bir əsas olmadan istifadə hüququ verilməsi qanunsuzdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 123.1. Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarı: “...qanunverici (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin 60-cı maddəsindəki qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 5.2. Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, Mahirə Rüstəmovaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərə və tərəflərin verdikləri məlumatlara əsasən işin halları olaraq müəyyən edilir ki, iddiaçı və cavabdeh doğma qardaşdırlar. Mübahisəli fərdi yaşayev evi 1960-cı ildə inşa edilmişdir. 2021-ci ilədək evin mülkiyyətçisi iş üzrə tərəflərin anası X5 olmuş, sonuncu xx.xx.2021-ci tarixli bağışlama müqaviləsinə əsasən həmin əmlakı oğlu (iş üzrə cavabdeh) Cavabdeh hədiyyə etmişdir. Cavabdehin ev üzərində mülkiyyət hüququ xx.xx.2021-ci tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda iddiaçı bildirir ki, o, doğulduğu vaxtdan 2021-ci ilədək ata yurdu olan mübahisəli yaşayış evində yaşamış, evin yaxşılaşdırılmasına, həyətyanı torpaq sahəsinin hasarlanmasına, darvazanın qoyulmasına, çardağın tikilməsinə xeyli vəsait xərcləmiş, habelə həyətdə 3 otaq, mətbəx, hamam-tualet inşa etdirmişdir. Cavabdeh isə daimi olaraq Bakı şəhərində yaşamış, orada işləmiş, yalnız istirahət etmək üçün mübahisəli evə gəlibgetmiş, 2021-ci ildə anası Solmaz Rüstəmovanı Bakı şəhərinə apararaq, anasının evi ona (cavabdehə) bağışlatdırmasına nail olmuşdur. Daha sonra cavabdeh onu (iddiaçını) evə buraxmamış, o da ailə üzvləri ilə birlikdə eyni həyətdə inşa etdiyi 3 otaq və mətbəxdən ibarət evdə (özbaşına tikili) yaşamağa başlamışdır. Hazırda cavabdeh iddiaçının ailə üzvləri ilə birlikdə evdən çıxmasını tələb etdiyi üçün, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehn iddiaçının dəlillərinə qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı ondan ibarətdir ki, iddiaçı ali təhsil almaq məqsədilə yaşadığı mübahisəli evdən çıxıb getmiş, universiteti bitirdikdən sonra isə Bakı şəhərində qalıb işləmişdir. Məhkəmə qeyd edir ki, 1970-ci il təvəllüdlü iddiaçı mübahisəli evdə doğulduğu vaxtdan yaşadığı üçün hazırki mübahisənin həllinə 1982-ci ildən 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilən Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məcəllənin 60-cı maddəsinə görə isə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Qərarında Plenum qeyd etmişdir ki, qanunverici (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin 60-cı maddəsindəki qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Qeyd olunan maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı mülkiyyət hüququ ilə anası Solmaz Rüstəmovaya məxsus olmuş fərdi yaşayış evində doğulub-böyümüş, bu evdə mülkiyyətçilərlə birgə təsərrüfat aparmış, bununla da həmin yaşayış sahəsinə istifadə hüququ qazanmışdır. Qeyd olunan bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Tərəflər arasında mübahisə doğuran hal - iddiaçının qazandığı həmin hüququn sonradan itirilibitirilməməsidir. Belə ki, cavabdeh müzakirə olunan məsələ ilə bağlı məhkəmələrə ziddiyyətli izahatlar vermişdir. Cavabdeh işə Rayon Məhkəməsində baxılarkən verdiyi izahatda, habelə apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı 20 il əvvəl mübahisəli ünvandan qeydiyyatdan çıxmış, Bakı şəhərinə köçmüş, Bakı şəhərində qeydiyyata düşmüş və Bakı şəhərində işləmişdir. 2009-cu ildən sonra isə mübahisəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş ünvansız evə köçmüşdür. Həmin vaxtdan bu günədək iddiaçı ailə üzvləri ilə bu evdə yaşayır. İşin apellyasiya baxışı zamanı isə məhkəmə iclasında verdiyi izahatda cavabdeh göstərmişdir ki, iddiaçı universitetə qəbul olunanadək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Üniversiteti bitirdikdən sonra Bakı şəhərində qalaraq orada işləmiş, 2004-cü ildən isə Gədəbəy rayonuna qayıdaraq orada müəllim işləməyə başlamışdır. 2006-cı ildən o, mübahisəli evin həyətində inşa edilmiş ikinci evə köçmüşdür. İddiaçı birinci ailəsindən ayrıldıqdan sonra 2018-ci ildə yenidən ailə qurmuş, bu nikahdan körpə övladı olduğu üçün onu evdən çıxarmamışlar. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X8 Peşə Liseyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 127 nömrəli arayışda göstərilir ki, İddiaçı (iş üzrə iddiaçı) xx.xx.1999-cu il tarixdən hal-hazıradək X11 baş usta və ixtisas fənn müəllimi işləyir. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1495 nömrəli arayışında göstərilir ki, İddiaçı ailə üzvləri - arvadı Mahirə, övladları Raul və Nigar ilə birlikdə Gədəbəy şəhəri, X15 küçəsində yaşayır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-500/2013 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarixli qətnaməsindən, habelə həmin qətnamədən verilən apellyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin qəbul etdiyi 2(104)- 1668/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərardaddan görünür ki, Solmaz Rüstəmova övladı İddiaçı (hazırki iş üzrə iddiaçı) keçmiş arvadı Vüsalə Rüstəmovaya qarşı mülkiyyətində olan Gədəbəy rayonu, X12, X15 küçəsində yerləşən 19 nömrəli evə cavabdehin yaşayış (istifadə) hüququnun itirilməsi barədə Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmışdır. Vüsalə Rüstəmova da öz növbəsində məhkəməyə qarşılıqlı iddia təqdim edərək, qeydiyyatda olduğu 19 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində onun cehiz əşyalarının yerləşdirildiyi iki yaşayış otağına köçürülməsini xahiş etmişdir. Solmaz Rüstəmova ilk iddia ərizəsində göstərmişdir ki, övladı Rövşən 1995-ci ildən Vüsalə ilə evlənmiş, nikahlarını isə 1996-cı ildə rəsmilləşdirmişlər. Ailə qurduqları vaxtdan Vüsalə və Rövşən arasında daimi münaqişələr olmuş, 1999-cu ildə Vüsalə özünə aid bütün əşyalarını götürərək, Gəncə şəhərinə getmişdir. 2001-ci ildə Vüsalə Rövşənlə barışmış və yenidən 19 nömrəli evə köçmüşdür. Vüsalə xx.xx.2005-ci il tarixdə mülkiyyətçinin razılığı və məlumatı olmadan 19 nömrəli evə qeydiyyata düşmüşdür. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə ilk iddia təmin edilərək, Vüsalə Rüstəmovanın yaşayış (istifadə) hüququna xitam verilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən narazı qalan Vüsalə Rüstəmova apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən, tərəflər arasında barışıq sazişi imzalanmış, Vüsalə Rüstəmovanın 19 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçi Solmaz Rüstəmova tərəfindən 5.000 manat məbləğində kompensasiya ödənilmiş, bunun müqabilində Vüsalə Rüstəmova qarşılıqlı tələblərindən imtina etmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı anasına məxsus 19 nömrəli fərdi yaşayış evini ali təhsil almaq məqsədilə müvəqqəti olaraq tərk etmiş, 1999-cu ildə təhsilini başa vurduqdan sonra həmin evə qayıtmış, 1995-ci ildə ilk dəfə ailə qurduğu Vüsalə Rüstəmova, 2018-ci ildə ikinci dəfə ailə qurduğu Mahirə Rüstəmova da sözügedən evə gəlin gətirilmiş, onların cehiz əşyaları məhz bu evdə yerləşdirilmişdir. İddiaçının mübahisəli evdən istifadə etmək hüququnun itirildiyini bildirən cavabdeh, iddiaçının daimi yaşamaq üçün Bakı şəhərinə getməsini, başqa yaşayış sahəsi ilə təmin olunduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Cavabdehin bu dəlili sübuta əsaslanmır. Bu vəziyyətdə hesab olunmalıdır ki, iddiaçının mübahisəli yaşayış sahəsinə olan istifadə hüququ itirilməmiş, cavabdeh fərdi yaşayış evini iddiaçının istifadə hüququ ilə yüklü olmuş vəziyyətdə mülkiyyətinə qəbul etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ olduğuna və həmin ev onun yaşayış yeri olduğuna görə, mübahisəli ünvanda doğulan iddiaçının azyaşlı övladları Raul və Nigarın da həmin yaşayış sahəsinə istifadə hüquqları mövcuddur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının və onun azyaşlı övladları Raul və Nigarın mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia tələbi əsaslıdır. Rayon Məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayəti dəlilləri əsassızdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddiaçının arvadı Mahirə Rüstəmovaya aid hissədə də iddianı təmin etməklə səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5-ci maddəsinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (maddə 5.1). Qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər (maddə 5.2). Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Göründüyü kimi, qanunvericilik hər bir prosessual fəaliyyət qabiliyyəti olan şəxsə hüquq və mənafelərini müdafiəsi, habelə pozulmuş hüquqlarının bərpası məqsədilə öz adından məhkəməyə müraciət etmək hüququnu tanımışdır. Hazırki işin başlanmasına əsas olan iddia ərizəsindən görünür ki, iddiaçı, özü və azyaşlı övladları ilə yanaşı həmçinin arvadı Mahirə Rüstəmovanın da fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə tələb irəli sürmüş, daha sonra işin məhkəmə baxışı zamanı həmin tələbi müdafiə etmişdir. İşdə olan sənədlərdən o da məlum olur ki, iddiaçının arvadı Mahirə Rüstəmova xx.xx.1985-ci il təvəllüdlü olmaqla, tam prosessual fəaliyyət qabiliyyətli şəxsdir. Bu baxımdan iddiaçının Mahirə Rüstəmovanın adından məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. O, Mahirə Rüstəmovanın qanuni nümayəndəsi deyil və onun adından bu kimi iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Lakin Rayon Məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, iddia tələbinə mahiyyəti üzrə baxmış, nəticədə prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı Mahirə Rüstəmovaya aid hissədə təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir. Odur ki, Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə və MPM-nin 385ci maddəsinin tələblərinə əsaslanaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən – Mahirə Rüstəmovanın istifadə hüququnun tanınmasına aid hissədə ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın tam həcmdə rədd edilməsi xahiş olunduğundan, qətnamə isə qismən ləğv olunduğuna görə apellyasiya şikayəti qismən təmin olunmuş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Gədəbəy Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2025cü il tarixli qətnamə, “ünvan 4 ünvanında yerləşən, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə X3 istifadə hüququnun tanınması” hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1328/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1328/2025
07.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver