Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1329/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə ilə bağlı mülki iş üzrə Bərdə Rаyоn Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(021)-844/2023 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3223,94 manat məbləğində əsas borc və 5845,66 manat faiz borcu olmaqla, cəmi 9069,6 manat borcun və 111.10 manat məbləğində dövlət rüsumunun tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rаyоn Məhkəməsinin e-2(021)-844/2023 saylı 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2241,33 manat əsas, 873,22 manat faiz, cəmi 3114,55 manat kredit borcu və dövlət rüsumunun 55 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun 55 manatının iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının İddiaçı ASC-dən, 50 manatının isə Cavabdeh tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməsi qət edilmişdir. Bərdə Rаyоn Məhkəməsinin e-2(021)-844/2023 saylı 20 dekabr 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı 20 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rаyоn Məhkəməsinin e-2(021)-844/2023 saylı 13 fevral 2024-cü il tarixli qəradadı ilə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti müddətin keçməsi əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddiaçı Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı 20 dekabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda apellyasiya şikayətinin vermə müddətinin ötürülməsinin üzürlü sayılıb, bərpa edilməsinə dair ərizə ilə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi İlə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2241.33 manat əsas borc və 873.22 manat faiz borcu, ümumilikdə 3114.55 manat kredit borcun və 110 manat dövlət rüsumunun 55 manatının iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, digər 55 manatın isə iddiaçıya aid edilməsi, həmçinin aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar ödəniləsi 100 manat xidmət haqqının 50 manatının iddiaçı Expressbank ASC-dən, digər 50 manatın isə Cavabdeh tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Adı çəkilən məhkəmə qətnaməsi 10 yanvar 2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilildikdən sonra iddiaçı tərəfindən həmin tarixdə qəbul edilsə də, apellyasiya şikayəti bir gün əvvəl xx.xx.2024-cü il tarixdə müvafiq məhkəmə portalına yerləşdirilərkən portalda xəta baş vermiş, dəfələrlə yenidən yükləmək üçün təkrar cəhdlərinə baxmayaraq, apellyasiya şikayətini e-məhkəmə portalı vasitəsilə Bərdə Rayon Məhkəməsinə göndərmək mümkün olmamışdır. Bankın Təhlükəsizlik Departamentinin və digər qurumların birgə səyi nəticəsində problemin aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. Lakin iş vaxtının bitməsi ilə əlaqədar görülən tədbirlər yarımçıq qalmışdır. Növbəti günlər isə, yəni 10 və 11 fevral tarixləri, məhkəmələr və banklar üçün iş günlərinin olmadığına təsadüf etdiyindən 12 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti və zəruri sənədlər, yenidən e-məhkəmə portalına yerləşdirilmiş, Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də, apellyasiya şikayətinin verilməsi üçün nəzərədə tutulmuş prosessual müddətin ötürülməsinin üzürlü hesab edilərək bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-844/2023 saylı qəradadı ilə İddiaçı ASC tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Həmin qəradadından narazı qalan iddiaçı tərəfindən şikayət verilmiş, şikayət onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2,241.33 manat əsas borc və 873.22 manat faiz borcu, ümumilikdə 3,114.55 manat kredit borcun və 110 manat dövlət rüsumunun 55 manatının İddiaçı ASC-nin xeyrinə ödənilməsi, digər 55 manatın isə iddiaçıya aid edilməsi, həmçinin aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar ödəniləsi 100 manat xidmət haqqının 50 manatının İddiaçı ASC-dən, digər 50 manatını isə Cavabdeh tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qaldıqlarına görə Bərdə Rayon Məhkəməsinə apellyasiya şikayəti təqdim etmək zərurəti yaranmışdır. Adı çəkilən məhkəmə qətnaməsi 20 dekabr 2023-cü il tarixdə çıxarılsa da, 10 yanvar 2024-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. AR MPM-nin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Lakin qətnamə onlar tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilsə də, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə müvafiq məhkəmə portalına yerləşdirilərkən portalda xəta baş vermiş, dəfələrlə yenidən yükləmək üçün təkrar cəhdlərinə baxmayaraq, apellyasiya şikayətini e-məhkəmə portalı vasitəsilə Bərdə Rayon Məhkəməsinə göndərmək mümkün olmamışdır. Növbəti günlər isə, yəni 10 və 11 fevral tarixləri, məhkəmələr və banklar üçün iş günlərinin olmadığına təsadüf etdiyindən 12 fevral 2024-cü il tarixdə apellyasiya şikayəti və zəruri sənədlər, yenidən e-məhkəmə portalına yerləşdirilmiş, Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Bərdə rayon məhkəməsinin e-2(021)-844/2023 saylı, 13 fevral 2024-cü il tarixli qərardadına əsasən apellyasiya şikayəti vaxtında verilmədiyinə və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair elektron kabinet vasitəsilə ərizə təqdim edilmədiyinə görə apelyasiya şikayəti geri qaytarılmışdır. Çıxarılmış qərardadla tanış olduqdan sonra, müddətin bərpa edilməsi ilə bağlı 04 mart 2024-cü il tarixdə Bərdə rayon məhkəməsinə göndərdikləri ərizədə, müddətin ötürülmədiyi geniş şəkildə qeyd edilmişdir. AR MM-nin 370-ci maddəsinə əsasən qeyri-iş günlərində müddətlərin hesablanması ilə əlaqədar 370.1 (əgər hərəkət müəyyən gündə yerinə yetirilməlidirsə və həmin gün qeyri-iş günüdürsə, hərəkət növbəti iş günündə yerinə yetirilməlidir) ilə bağlı 370.2-ci (əgər müddətin sonuncu günü qeyri-iş gününə düşürsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır) və 371.2-ci (müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır) maddələrinin tələblərinə görə məhkəmədən ərizənin təmin edilib, işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Lakin Bərdə rayon Məhkəməsinin e-2(021)- 844/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən ötürülmüş müddət bərpa edilməyərək ərizə təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməli, baxılan iş üzrə Bərdə Rayon Məhkəməsinin e-2(021)- 844/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı e-2(021)-844/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-nin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-nin 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.6-cı maddəsində göstərilmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sisteminə, həmçinin İddiaçı ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamədən şikayət vermə müddətinin axımı həmin tarixdən başlanılmışdır. Qətnamədən şikayət vermə müddətinin sonuncu günü xx.xx.2024-cü il tarixə təsadüf etməklə həmin tarix şənbə günü olduğundan və Azərbaycan Respublikası MPM-nin 129.2-ci maddəsinə uyğun olaraq sonuncu iş günü xx.xx.2024-cü il tarixdə başa çatdığından iddiaçı tərəfindən apellyasiya şikayəti müddət ötürülmədən verilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, baxılan iş üzrə Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı e-2(021)-844/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, ərizə təmin edilməməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-nin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ASC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı tam, həmin qərardadla bağlı e-2(021)-844/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. İddiaçı ASC tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin e-2(021)-844/2023 saylı, 20 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Мəhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1329/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1329/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver