Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1339/2023 25.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, X3 və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5.044,43 manat əsas kredit borcu və 38,77 manat faiz borcu, cəmi 5.083,20 manat məbləğində pulun və ödənilmiş 71,43 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilmiş və cavabdehlər Cavabdeh, X1 və X6 müştərək qaydada 5.044,43 manat əsas kredit borcu və 38,77 manat faiz borcu olmaqla, cəmi 5.083,20 (beş min səksən üç manat iyirmi qəpik) manat pulun və ödənilmiş 71,43 (yetmiş bir manat qırx üç qəpik) manat dövlət rüsumunun tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh, X1 və X6 müştərək qaydada iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərcinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən onun iştirakını təmin etməmiş, bildirişi ona rəsmi qaydada çatdırmamış və onun məhkəmədə iştirak hüquqlarını məhdudlaşdırmışdır. Bundan başqa, o, kredit məbləğinin müəyyən hissəsini ödəmiş və ödənişin çox hissəsi faiz borcuna silinmişdir. İş üzrə cavabdehlərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 saylı “Kredit müqaviləsi”nə əsasən 60 ay müddətinə, illik 1% faiz olmaqla, cəmi 5.090,45 manat məbləğində kredit vəsaiti verilmiş və buna müvafiq olaraq, tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli”nə əsasən, kreditin və kredit faizlərinin birgə borcalan tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Bundan başqa, borcun təminatı olaraq «AGBank ASC ilə X5 və X11 arasında zaminlik müqaviləsi bağlanılmışdır. Lakin cavabdehlər ödəniş cədvəlinin şərtlərinə əməl etməyərək, kredit müqaviləsi üzrə ödənilməmiş 5.044,43 manat əsas kredit borcu, 38,77 manat faiz borcu olmaqla, cəmi borcu 5.083,20 manat borcu qalmışdır. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, onun təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsindən yalnız Cavabdeh apellyasiya şikayəti versə də, tələb bölünməz olduğundan, yəni borc məbləği cavabdehlərin hər üçündən müştərək qaydada tutulduğundan, qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır və hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verməyən digər cavabdehlərin (X2 və X7) sonradan həmin qətnaməni mübahisələndirməklə, apellyasiya şikayəti vermək hüquqları istisna olunur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının qəbul etdiyi “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 saylı qərardadının 14-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır. Həmçinin, həmin qərardadda qərara alınmışdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Ona görə də, hazırkı apellyasiya baxışının hədlərini Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə Cavabdeh birinci instansiya məhkəməsinin işə baxarkən onun iştirakını təmin etməməsi, bildirişi ona rəsmi qaydada çatdırmaması və onun məhkəmədə iştirak hüquqlarını məhdudlaşdırması barədə apellyasiya dəlillərini araşdıraraq, hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 9.1-ci maddəsində qeyd edilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 387.2, 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinə məhkəmədə baxıb qərar qəbul edərkən, cavabdehlər Cavabdeh, X2 və X7 məhkəmədə iştirakının təmin edilməsi üçün onlara işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə onların iştirakı olmadan baxılıb nəticə verilmişdir. Belə ki, iş materiallarında işin məhkəmə baxışının xx.xx.2023-cü il tarixə təyin edilməsi barədə məhkəmə bildirişi olsa da, həmin bildirişin cavabdehlər Cavabdeh, X3 və X9 çatdırılmasına dair heç bir sübut (poçt xəbərnaməsi) işə əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi isə Azərbaycan Respublikası MPM-nin 185.2-ci maddəsinin tələblərini pozaraq, işi təxirə salıb cavabdehlərin məhkəmədə iştirakının təmin edilməsi üçün onlara işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq etməmiş və işə baxaraq, tərəflərin çəkişmə, hüquq bərabərliyi prinsipi və məhkəmə baxışının ümumi müddəalarına əməl etməmişdir ki, bununla da mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur. Qeyd edilən hallar isə MPM-nin 387.2 və 387.2.2-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qətnaməsinin şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməsinə əsas verir. Ona görə də, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 nömrəli Kredit müqaviləsindən görünür ki, illik 1% olmaqla, cəmi 5.090,45 (beş min doxsan manat qırx beş qəpik) manat məbləğində kredit 60 ay müddətinə ödəmək şərti ilə Cavabdeh verilmişdir. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.251219.00007/a nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin X5 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 115.LN.1676.251219.00007/b nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin X11 kreditor İddiaçı ASC qarşısında borclu Cavabdeh xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. LPO İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə, xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 5.044,43 manat əsas kredit borcu, 38,77 manat faiz borcu olmaqla cəmi 5.083,20 (beş min səksən üç manat iyirmi qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 9/4495 nömrəli məhkəmə ekspertizasının Rəyinə əsasən, Cavabdeh İddiaçı ASC-nə alınmış kredit vəsaiti üzrə 22 noyabr 2021-cı il tarixə 5.045,00 manat əsas və 41.20 manat faiz borcu olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik 1 % dərəcəsi ilə 60 ay müddətinə 5.090,45 manat məbləğində kredit vermişdir. Həmin kreditin təminatı kimi İddiaçı ASC ilə X5 və X11 arasında xx.xx.2019-cu il tarixdə 115.LN.1676.251219.00007/a və 115.LN.1676.251219.00007/b saylı zaminlik müqavilələri bağlanmış və zaminlər kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh kredit müqaviləsi bağlayan zaman müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı öhdəsinə götürsə də, ona verilmiş borc məbləğindən ümumiyyətlə ödəniş etməmiş, nəticədə Banka 5.044,43 manat əsas, 38,77 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə görə, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Cavabdeh apellyasiya dəlillərində hesablamanın düzgün aparılmadığını, əsas və faiz borcunun süni şəkildə şişirdildiyini göstərsə də, məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır. Belə ki, Cavabdeh vəsatəti ilə birinci instansiya məhkəməsində mühasibatlıq ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2022-ci il tarixli, 9/4495 nömrəli ekspert rəyi ilə onun xx.xx.2019-cu il tarixli 115.LN.1676.251219.00007 nömrəli kredit müqaviləsi üzrə 22 noyabr 2021-cı il tarixə 5.045,00 manat əsas və 41.20 manat faiz borcunun yarandığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyi ilə Cavabdeh əsas və faiz borcunun iddiaçı Bankın hesabladığı məbləğdən daha artıq olması müəyyən edilmiş, lakin birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbindən kənara çıxmayaraq, əsas və faiz borc məbləğini iddiaçı Bankın öz iddiasında tələb etdiyi məbləğdə təmin etmişdir. İddiaçı Bank isə həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, cavabdehin apellyasiya dəlilləri ekspert rəyi ilə təkzib olunmuş və cavabdehin əsas və faiz borcunun hətta iddiaçı Bankın hesabladığı və tələb etdiyi məbləğdən daha çox olması olması müəyyən edilmişdir. Ona görə də, şikayətin dəlilləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdehlər Cavabdeh, X1 və X6 müştərək qaydada 5.044,43 manat əsas kredit borcu və 38,77 manat faiz borcu olmaqla, cəmi 5.083,20 (beş min səksən üç manat iyirmi qəpik) manat pul və ödənilmiş 71,43 (yetmiş bir manat qırx üç qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehlər Cavabdeh, X1 və X6 iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının 100 (bir yüz) manat ekpertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-274/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh, X1 və X6 müştərək qaydada 5.044,43 manat əsas kredit borcu və 38,77 manat faiz borcu olmaqla, cəmi 5.083,20 (beş min səksən üç manat iyirmi qəpik) manat pul və ödənilmiş 71,43 (yetmiş bir manat qırx üç qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh, X1 və X6 iş üzrə aparılmış məhkəmə ekpertiza tədqiqatının dəyəri oolan 100 (bir yüz) manat ekpertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1339/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1339/2023
25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver