Məhkəmə qərarları › İş №2(104)-1339/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1339/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1339/2024 30.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(013)- 1164/2024 saylı 08 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 310 manat pul tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı 08 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim R.Məmmədov) qeyd olunan iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermiş və şikayətdə Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı 08 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini və kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini icraata götürülməsi xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı 07 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün X1 göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(104)-1339/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Məhkəm kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı 08 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinin tələblərinə riayət olunmamaqla, yəni həmin Məcəlləsinin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada və “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsi ilə verilməmişdir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361.1-ci və 363.1.1-1ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan şikayətə baxaraq şikayəti təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1339/2024 saylı, 17 may 2024-cü il tarixli qərardadı ləğv edilməli və Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)- 1339/2024 saylı iş məhkəmə baxışından çıxarılaraq, Ağdam Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 384.0.6, 402-cü maddələrini rəhbər tutaraq, məhkəımə kollegiyası QƏRARAALDİ: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1339/2024 saylı, 17 may 2024-cü il tarixli qərardadı ləğv edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-1164/2024 saylı, 08 aprel 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1339/2024 saylı mülki iş məhkəmə baxışından çıxarılsın və Ağdam Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar