Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1345/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-72/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-72/2023 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat, əldə çıxmış faydaya görə 240 (iki yüz qırx) manat və ödənilmiş dövlət rüsumu əvəzində 71 manat - cəmi 5111 (beş min yüz on bir) manat pulun alınaraq X3 verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-72/2023 saylı qətnaməsini ləğv edib onun xeyrinə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı X4 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat, əldə çıxmış faydaya görə 240 (iki yüz qırx) manat və ödənilmiş dövlət rüsumu əvəzində 71 manat cəmi 5111 (beş min yüz on bir) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdehla eyni qəsəbədə yaşamaqla aralarında normal münasibət var. Sadiq 2021-ci ildə ona məxsus olan Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində yerləşən mağazadan 4800 manat dəyərində cehiz əşyaları almış və həmin məbləğin 4300 manatını borclu olması barədə qəbz yazaraq ona təqdim etmişdir. Cavabdeh borclu qaldığı 4800 manat pulu 2021-ci ilin iyun ayı ona qaytarmaq barədə öhdəlik götürmüşdür. Müddətin bitməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Hesab edir ki, cavabdeh onun pulunu əsassız olaraq saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün 5 faizlə hesablanmış 240 manat pul ödəməlidir. Həmçinin ödəmiş olduöu 71 manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, iddiaçı məhkəmədə bildirmişdir ki, güya ki, o, 2021-ci il tarixdə iddiaçıya məxsus olan Ağdam rayon Yeni İmamqulubəyli qəsəbəsində yerləşən mağazasından 4300 manat cehiz əşyalar aldığını bildirmişdir. İddiaçının sözlərinə görə onun yenidən 500 manat borca aldığını iddia etmişdir. Ağdam Rayon Məhkəməsində hakim onun iştirakı olmadan işə baxaraq heç bir araşdırılma olmadan iddaçının xeyrinə qətnamə çıxarmışdır. Halbuki ona qarşı edilən tələblər ganunsuzdur. O, iddaçıdan cehiz əşyaları almamış və hesab edir ki, iddaçının iddası ləğv olunmalıdır. Çünki, heç vaxt iddaçıdan cehiz əşyaları almamış və ona borcu yoxdur. Ona görə də, iddia tələbinin təyin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasənın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərdən Cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş olsa da, xx.xx.2023-cü il tarixə saat 16:00-a təyin edilmiş məhkəmə iclasına iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək iddiaçıya məxsus mağazadan nisyə olaraq cehiz əşya almadığını, işdə olan 4300 manat miqdarında borc pul almasına dair əlyazma qəbzin onun tərəfindən yazılmadığını bildirərək qətnamənin ləğv edilməklə iddianın rədd edilməsinə dair qətnamə çıəxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatınmı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən imza edilmiş qəbzin surətindən görünür ki, o, 2021-ci ilin yanvar ayında iddiaçı X1 4300 manat pul götürmüşdür. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1031 saylı rəyi ilə ekpsertizaya təqdim edilmiş mülki işin 7-ci vərəqində Cavabdeh adından olan 4300 manat pulun alınmasına dair qəbzdəki “Mən Cavabdeh Ruhiyədən 4 min 3 yüz əl borcu pul götrəm.2021.1-ci ay” yazıları və həmin yazıların qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 126 manat təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı tərəf cavabdehin mülkiyyətinə 4300 manat dəyərində cehiz əşyalarını verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borclu qalmaqla öhdəliyini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Bundan başqa İddiaçı ilə cavabdeh Sadıq Qasımov arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 500 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı məbləği qaytarmayaraq öhdəliklərini icra etməmişdir. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Mülki işə baxılarkən məlum olmuşdur ki, cavabdeh iddiaçıya məxsus 4800 manat məbləği 2021-ci ildən hazırki vaxta, yəni 15 mart 2023-cü il tarixə qədər qanunsuz saxlayaraq onu qaytarmaqdan boyun qaçırmışdır. İddiaçı Cavabdeh əldən çıxmış faydaya görə 4800 manat məbləğin bir illik beş faizini tələb etmişdir. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə cavabdehdən faizlərin tutulması tələbini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinə görə Sadiq (cavabdeh) 2021-ci ildə iddiaçıya məxsus olan Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində yerləşən mağazadan 4800 manat dəyərində cehiz əşyaları almış və həmin məbləğin 4300 manatını borclu olması barədə qəbz yazaraq ona təqdim etmişdir. İddiaçı iddia ərizəsində cavabdehə 500 manat verdiyini göstərmədiyi halda məhkəmə iddiaçının cavabdehə 500 manat borc verməsi qənaətinə gələrək həmin xüsusatı düzgün olmayaraq sübut olunmuş hal kimi qəbul etmişdir. Aşağıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalar da, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus mağazadan nisyə olaraq 4800 manat dəyərində əşyalar almış, ondan qismən ödəniş edərək 4300 manat borclu qalmış və həmin məbləğdə pulu qaytaracağı ilə bağlı 2021-ci il birinci ayı tarixli qəbzi yazmışdır. İddiaçı 4800 manat dəyərində əşyaları cavabdehə vermiş olsa da, sonuncu qarşılıqlı razılaşmanın şərtlərinə qismən əməl edərək aldığı əşyaların dəyərindən qismən – 500 manat ödəniş etmiş, qalan məbləği ödəyəcəyi ilə bağlı üzərinə yazılı qəbzi yazmaqla öhdəlik götürmüş, lakin öhdəliyin şərtlərinə əməl etməmiş, iddiaçıya məxsus pulu özündə saxlamaqla əsassız varlanmışdır. Cavabdeh iddia ərizəsinə əlavə olunmuş iddiaçıdan 4300 manat borca pul götürdüyünə dair qəbzin onun tərəfindən yazıldığını inkar etmiş olsa da, təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyi ilə həmin qəbzin Cavabdeh tərəfindən yazıldığı təsdiq olunduğuna görə kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən – cavabdehin iddiaçıdan alaraq qaytarmadığı 4300 (dörd min üç yüz) manat, əldən çıxmış faydaya görə 240 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat , cəmi 4611 (dörd min altı yüz on bir) manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-72/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh borclu olduğu 4300 (dörd min üç yüz) manat, əldən çıxmış fayda əvəzi 240 (iki yüz qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 71 manat, cəmi 4611 (dörd min altı yüz on bir) manat alınaraq X3 verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m/h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1345/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1345/2023
06.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver