Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1346/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X4 və Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin PB-nin polis sahə rəisi polis leytenantı Elsevər İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh vermiş olduğu izahatından görünür ki, o, izahatında qeyd etmişdir ki, barəsində şikayət edən İddiaçıı əvvəllər tanımışdır. Özü heyvan alveri ilə məşğuldur, Fərhadla 6 il olar ki, heyvan alveri edirlər. 1 ay əvvəl Fərhaddan 13 baş iri buynuzlu heyvanlar almışdır. Həmin heyvanların pulu 25440 manat etdi. Həmin puldan 5440 manatını heyvanları alan günü Fərhada verdi, daha sonra borcundan 10000 manat pulu Fərhadın oğlu Niyaməddinə vermişdir. Daha sonra borcundan yenə 5000 manatı Fərhadın oğlu Niyaməddinə vermiş, 1 həftə əvvəl isə qalan 5000 manat borcunu isə Fərhadın adını bilmədiyi nəvəsinə vermişdir. Sonradan xəbər tutmuşdur ki, Fərhad ondan şikayət edərək guya onun 5000 manat borcu olduğunu bildirib.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 05 aprel 2023-cü ildə ümumi dəyəri 25440 (iyirmi beş min dörd yüz qırx) manat olan 13 baş iribuynuzlu heyvan almışdır. Həmin pulun 5440 (beş min dörd yüz qırx) manat hissəsini dərhal ödəmiş qalan pulu isə hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdeh borcundan bir dəfə 10000 (on min) manat, bir dəfə 5000 (beş min) manat olaraq ödəniş etmiş, qalan 5000 (beş min) manat hissəsini isə ödəməkdən yayınmışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmır və guya ödədiyini iddia edir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq etirazında bildirmişdir ki, İddiaçı Aylar oğlu ilə onun arasında heç bir alış veriş məsələsi olmamışdır. Onun həmin şəxsin oğlu ilə arasında heyvan alveri olmuşdur. Və aralarında olan haqq hesab bitmişdir. Belə ki, o Fərhadın oğlu Niyaməddindən heyvan almışdır. İddiaçının iddia etdiyi pulun 10440 manatını heyvanları alan gün öz həyətində şahidlər ilə birgə təqdim etmişdir. Hətta Niyaməddin ondan pulu istəməmişdir ki, lazım olduqca həmin pulu ondan alacaq. Lakin özü israrla həmin pulu Niyaməddinə vermişdir. Sonra 5000 manatı Rəşad adlı şəxslə birgə təqdim etmiş, bir müddət sonra isə 5000 manatı yenidən Elvin adlı şəxslə birgə təqdim etmişdir. Sonuncu 5000 manatı isə şəxsən özü təqdim etmişdir. Bunula bağlı onun Niyaməddin və hazırki iddiaçı ilə arasında Polis bölməsində də, mübahisə olmuş və həmin pulların Niyaməddinə qaytarmağı sübut olunmuşdur. Bu barədə Kür polis bölməsində də, material var. Həmin materialda da, onun Niyaməddinə borcu olmadığı öz əksini tapmışdır.
5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia tələbinin təmin edilməsi və Cavabdeh 5000 (beş min) manat və 70 (yetmiş) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 25440 manat dəyərində 13 baş iribuynuzlu heyvanların nisyə alqı-satqısı barədə razılaşma olmuşdur. Cavabdeh şifahi razılaşma ilə nisyə alqı-satqı əsasında almış olduğu 25440 manat dəyərində olan, 13 baş iribuynuzlu heyvanların pulundan iddiaçıya 10.000 manat ilkin ödəniş etmiş, daha sonra iddiaçıya hissə-hissə 5440 manat bir və 5000 manat da, bir qaytarmışdır. Sonuncu 5000 manat borcunun olmasını isə həm şahidlərin, həm də özünün ziddiyətli ifadələri ilə (etiraz ərizəsində özü şəxsən təqdim etdiyini, Polisdə verdiyi ifadəsində Fərhadın adını bilmədiyi nəvəsinə vermiş olduğunu) bildirsə də, sonda sübutetmə yükü onun üzərində olduğundan bunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı cavabdehdən pulunu tələb etməkdə haqlıdır.
7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinun 385.1, 386.1, 567, 600.1, 600.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinun dəlilləri
8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçı ilə arasında hər hansı bir alqı-satqı müqaviləsi olmamışdır. İddiaçının yaşı 70 keçib. O, ümumiyyətlə bu işlərlə məşğul olmur. O, iddiaçının oğlu ilə alver etmişdir. Onların öz aralarında əvvələrdə mal alveri olub və heç bir narazılıq olmayıb. O, iddiaçıya malın pulunu tam ödəmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Bu baxımdan da, hesab edir ki, onun cavabdeh qarşısında hər-hansı bir öhdəliyi olmadığından məhkəmə həmin normaları düzgün tətbiq etməmişdi. Hazrkı iş üzrə məhkəmə işdə olan sübutlara düzğün qiymət verməmiş, bununla da, prossesual hüquq normalarını pozmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı onun borclu olmağı barədə məhkəməyə hərhansı sübut təqdim edə bilməmişdir. Halbuki sübut etmək yükü iddiaçının üzərinə düşür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarınun izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdeh pulu iddiaçıya qaytarmışdır. Şəmkir rayon polis şöbəsində alınmış izahatla razı deyildir. Tərəflər arasında yazılı müqavilə olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, mal-qaranı cavabdehə oğlu ilə birlikdə razılaşaraq satmışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X5 apelyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsi xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasınun Mülki Prosessual Məcəlləsi:
17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinun qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarınun əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 385.1.1. maddi hüquq normalarınun və ya prosessual hüquq normalarınun pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktınun apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışınun hədləri
24. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinun aktı tam yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinun mövqeyi
28. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İşə baxan birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 25440 manat dəyərində 13 baş iribuynuzlu heyvanların nisyə alqı-satqısı barədə razılaşma olmuşdur. Cavabdeh şifahi razılaşma ilə nisyə alqı-satqı əsasında almış olduğu 25440 manat dəyərində olan, 13 baş iribuynuzlu heyvanların pulundan iddiaçıya 10.000 manat ilkin ödəniş etmiş, daha sonra iddiaçıya hissə-hissə 5440 manat bir və 5000 manat da bir qaytarmışdır. Sonuncu 5000 manat borcunun olmasını isə həm şahidlərin, həm də özünün ziddiyətli ifadələri ilə (etiraz ərizəsində özü şəxsən təqdim etdiyini, Polisdə verdiyi ifadəsində Fərhadın adını bilmədiyi nəvəsinə vermiş olduğunu) bildirsə də, sonda sübutetmə yükü onun üzərində olduğundan bunu sübut edə bilməmişdir.
30. Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin PB-nin polis sahə rəisi polis leytenantı Elsevər İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə izahatı alınmış Cavabdeh izahatından bildirmişdir ki, barəsində şikayət edən İddiaçıı əvvəllər tanımışdır. Özü heyvan alveri ilə məşğuldur, Fərhadla 6 il olar ki, heyvan alveri edirlər. 1 ay əvvəl Fərhaddan 13 baş iri buynuzlu heyvanlar almışdır. Həmin heyvanların pulu 25440 manat etmişdir. Həmin puldan 5440 manatını heyvanları alan günü Fərhada verdi, daha sonra borcundan 10000 manat pulu Fərhadın oğlu Niyaməddinə vermişdir. Daha sonra borcundan yenə 5000 manatı Fərhadın oğlu Niyaməddinə vermiş, 1 həftə əvvəl isə qalan 5000 manat borcunu isə Fərhadın adını bilmədiyi nəvəsinə vermişdir. Sonradan xəbər tutmuşdur ki, Fərhad ondan şikayət edərək guya onun 5000 manat borcu olduğunu bildirmişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin nəticəsi ilə razılaşır. Belə ki, iş materiallarında olan Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinin PB-də Cavabdeh alınmış xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, iddiaçının şikayəti üzrə Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsində araşdırma aparılarkən cavabdeh 1 ay əvvəl Fərhaddan 13 baş iri buynuzlu heyvanlar almışdır. Həmin heyvanların pulu 25440 manat etmişdir. Həmin puldan 5440 manatını heyvanları alan günü Fərhada verdi, daha sonra borcundan 10000 manat pulu Fərhadın oğlu Niyaməddinə vermişdir. Daha sonra borcundan yenə 5000 manatı Fərhadın oğlu Niyaməddinə vermiş, 1 həftə əvvəl isə qalan 5000 manat borcunu isə Fərhadın adını bilmədiyi nəvəsinə vermişdir. Sonradan xəbər tutmuşdur ki, Fərhad ondan şikayət edərək guya onun 5000 manat borcu olduğunu etiraf etmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi vəkil X1 dəlilinə münasibətdə isə qeyd edir ki, daşınar əşyalarla bağlı nisyə alqı-satqı müqaviləsinin bağlanması üçün yazılı müqavilənin olması zəruri şərt hesab olnmur. İşin faktiki hallarına əsasən isə tərəflər arasında şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam olaraq ödəməmiş və müqavilə üzrə iddiaçı qarşsında pul öhdəliyi yaranmışdır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya olan borcunu tam ödədiyini iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
33. Cavabdehin iri-buynuzlu mal-qaranı iddiaçıdan deyil, iddiaçının oğlundan almasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh polis bölməsində xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında Fərhaddan 13 baş iri buynuzlu heyvanlar aldığını qeyd etmişdir. Kollegiya bu baxımdan apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.
34. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasınun MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2110/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.