Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1348/2024 11.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları "xxxx" ASC-nin Qazax filalı ilə Cavabdeh1 arasında bağlanmış, xx.xx.2013-cü il tarixli, 1602 saylı kredit müqaviləsindən görünür ki, bank 36 ay ərzində ödəmək şərti ilə cavabdehə illik 24 faizlə 3.000 (üç min) manat məbləğində kredit vermişdir. Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankının Qazax filalına ünvanladığı zəmanət məktubunda Cavabdeh1 X3 filalından götürdüyü 3000 (üç min) manat məbləğində mikrokredit xarakterli krediti ödənilməsi ilə bağlı borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixə olan kredit və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh1 borcu 766,1 manat əsas, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanmsı ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570№-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri(borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh1 qarşı 903.05 (doqquz yüz üç manat beş qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 14 sentyabr 2017ci il tarixli S-FK-GAZ-7 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh1 arasında bağlanmış 20 noyabr 2013-cü il tarixli kredit 1602 müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Qazax filialına 20 noyabr 2013-cü il tarixli zəmanət məktubu verilmiş və borc Cavabdeh1 tərəfindən ödənilmədiyi təqdirdə həmin borcun ödənilməsini öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizin qaytarılması gecikdirilmişdir. Bununla da, cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh1 iddiaçıya olan ödənilməmiş əsas borcu 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Göstərilənlərə əsasən cavabdehlərdən müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 (doqquz yüz üç manat beş qəpik) manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739 və 743-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul borcalandan tutulmalıdır. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, borcalan isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməyən hissəsini və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada 766,1 manat əsas, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borc iddiaçının xeyrinə tutulmalıdır.
10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425, 427, 439, 442, 448.1, 739.1, 739.2, maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsininin ləğv edilməsini və Aqrarkredit” QSC BOKT-nin cavabdehlər Cavabdeh1 və ona borc tələbi barədə iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bu mülki iş üzrə kredit müqaviləsinə əsasən zamindir. Həmin qətnamə üzrə onun əmək haqqından tutulma olan zaman onun məlumatı olmuşdur. Əsas borclunun özü isə bu pulu ödəməkdən boyun qaçırır. O, xəstə anasına baxdığına görə aylarla qeydiyyatda olduğu ünvanda olmadığına görə məhkəmədən evə gələn bildrişlərdən xəbərsiz olmuşdur. Bankla aralarında xx.xx.2013-cü il tarixli, 1602 saylı kredit müqaviləsi 36 ay ərzində bağlanmış və müqavilə bitdikdən sonrada heç bir bank əməliyyatı aparılmamışdır. Amma məhkəmə kredit müqaviləsi bitdikdən 3 il sonra keçməklə verilən ötürülmüş iddianı tətbiq etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. İddiaçı QSC BOKT-a və Cavabdeh1 məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh X2 tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Aqrarkredit” QSC BOKT-nin kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası Cavabdeh2 aid olan hissədə rədd edilməlidir. İşin hallarından görünür ki, "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh1 arasında 20 noyabr 2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 24 faizlə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 tərəfindən "xxxx" ASC-nin Qazax filialına 20 noyabr 2013-cü il tarixli zəmanət məktubu verilmişdir. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, bununla da onun iddiaçıya ödənilməmiş əsas borcu 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcu yaranmışdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi təmin edilmişdir. İddianı Cavabdeh2 münasibətdə təmin edən birinci instansiya məhkəməsi iş materiallarında olan Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankının Qazax filalına ünvanladığı məktuba istinad etmişdir ki, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarından görünür ki, Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: - hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); - əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, qanun zaminlik müqaviləsinin formasını xüsusi olaraq tənzimləyir və qanunun bu göstərişi imperativ xarakter daşıyır. Bu isə o deməkdir ki, müqavilənin forması barədə tərəflər başqa qayda nəzərdə tuta bilməzlər. Zaminlik müqaviləsinin yazılı formasına riayət edilməməsi mənfi hüquqi nəticələrə səbəb olur. Belə ki, yazılı formada bağlanmayan zaminlik müqaviləsi etibarsız əqd hesab edilir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 ilə iddiaçı arasında ümumiyyətlə müqavilə bağlanmamışdır. İddiaçının istinad etdiyi yalnız Cavabdeh2 tərəfindən imzalanmış, iddiaçıya ünvanlanmış zaminlik barədə məktubtubdur ki, həmin məktub da, müqavilə kimi qəbul edilə bilməz və həmin məktub müqavilənin heç bir mühüm şərtini özündə əks etdirmir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd edilnə hallara münasibət bildirməyək Cavabdeh2 münasibətdə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdehlər Cavabdeh1 aid hissədə iddianın rədd edilməsi hissəsi ilə bağlı qeyd edir ki, apelyasiya şikayəti həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Cavabdeh2 həm özünə münasibətdə, həm də, Cavabdeh1 münasibətdə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali məhkəməsinin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən iddia müddəti birgə borclular üçün ortaq müdafiə vasitəsi deyil. Bu imkandan sadəcə müddətin tətbiqi haqqında ərizə vermiş cavabdeh yararlana bilər. Odur ki, cavabdehlərdən birinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməsi, bu barədə ərizə verməmiş cavabdehə qarşı iddianın rədd edilməsinə əsas ola bilməz. Birinci instansiya məhkəməsində Cavabdeh1 tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmiş və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bu baxımdan apelyasiya şikayəti həmin hissədə əsaslı sayıla bilməz.
34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsi Cavabdeh2 aid hissədə, yəni borcun müştərək qaydada Cavabdeh2 tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Aqrarkredit” QSC BOKT-nin kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası Cavabdeh2 aid olan hissədə rədd edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(023)-1433/2023 saylı qətnaməsi “müştərək qaydada Cavabdeh2 766,1 manat əsas borc, 136,95 manat faiz borcu olmaqla, cəmi 903,05 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.