Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1349/2024 29.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı prosessual hüquq varisi X8 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyul 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin 19 may 2023-cü il tarixli 3-xx-xx/263922/2023 nömrəli sorğuya cavabdan müəyyən olunur ki, “Vaz 21074” markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətində olmuşdur.
2. Çin Xalq Respublikasından sifariş edilmiş bağlama iddiaçının deməsinə görə avtomaşının ehtiyyat hissələri) Cavabdeh adına gəlmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, onun vəsaiti hesabına əldə edilmiş “VAZ 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobili, olmadıqda isə dəyəri olan 5000 manat, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat, cavabdehin yaşadığı evə sərf etdiyi enerjiyə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat, cəmi 5855 manat və ödənilmiş 88 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X16” MMC-nin direktoru işlədiyi dövrdə 2020-ci ilin əvvəllərində Cavabdeh ona müraciət edərək, işə qəbul olunmasını xahiş etmişdir. 06 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh 2020-ci ilin mart ayının əvvəllərində müraciət edərək işinin uğurlu alınması üçün minik avtomobilinə ehtiyacı olduğunu bildirmiş və avtomobil almaq üçün ona 2000 manat borc verilməsini xahiş etmişdir. O, da onun xahişini nəzərə alıb 2020-ci ilin mart ayının əvvəllərində cavabdehə 2000 manat, eləcədə həmkəndlisi X6 xahiş ilə əlavə olaraq 3000 manata borc vermişdir. Cavabdeh həmin pulun müqabilində “VAZ 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili almışdır. Avtomobili alarkən bacısı oğlunun adına qeydə aldırmasını Cavabdeh bildirsə də, sonuncu buna əhəmiyyət verməmiş və öz adına qeydə aldırmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Cavabdeh ona borclu olduğu 5000 manatı qaytarmadan avtomobili 04 iyun 2021-ci il tarixdə etibarnamə ilə Gəncə şəhəri, Kəpəz rayonu, Zülfi Hacıyev küçəsi 81/82 nömrəli evin 9 nömrəli mənzilində yaşayan X1. “VAZ 21074” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh mülkiyyətində olmuş, 23 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Gəncə şəhəri, Zülfi Hacıyev küçəsi 81/82 nömrəli evin 9 nömrəli mənzilində yaşayan X2. Bundan əlavə Cavabdeh xahişi əsasında onun Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə 400 ABŞ dolları, yəni 680 manat ödəmişdir. (bu məbləğin 590 manatı malın dəyəri 90 manatı isə nəqliyyat xərci olmuşdur) Həmin ehtiyat hissəsi hazırda da ondadır. Bundan əlavə Cavabdeh Rusiya Federasiyasının Yekaterinburq şəhərində olduğu zaman onun Qazax rayonu Ağköynək kəndində ailə üzvlərinin yaşadığı evə sərf etdiyi elektrik enerjisinə görə borcu yarandığından evinə elektrik enerjisinin verilməsi dayandırıldığından elektrik enerjisinin verilməsinin bərpa edilməsi üçün 175 manat pul da onun tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq cavabdeh həmin pulları ona qaytarmamışdır.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun vəsaiti hesabına əldə edilmiş “Vaz 21074” markalı 60BU250 (hazırda 20ER692) dövlət qeydiyyat nömrə nişanlı avtomobili, olmadıqda isə 5000 manat dəyəri, Cavabdeh Çin Xalq Respublikasından sifariş etdiyi ehtiyat hissələrinə görə ödədiyi 400 ABŞ dollarının ekvivalenti olan 680 manat, cavabdehin yaşadığı evə sərf etdiyi enerjiyə görə yanamış borcun ödənilməsi üçün verilmiş 175 manat, cəmi 5855 manat və ödənilmiş 78 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, Cavabdeh 5855 (beş min səkkiz yüz əlli beş) manat pulun və ödənilmiş 78 (yetmiş səkkiz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 329.3, 427, 442, 448.1, 529.1, 740,1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 414.2, 77.1, 88, 106.1, 107, 119.1, 214, 217.4, 216-220, 227, 233, 357 maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, 06 fevral 2020-ci il tarixdə İddiaçı təklifi ilə "X16" MMC-də bölgə satış təmsilçisi vəzifəsində işləmişdir. İşə qəbul olunduqdan sonra nəqliyyat vasitəsinə ehtiyac yarandığından avtomobil almaq qərarına gəlmiş və qohumu Rahibin satmaq niyyətində olduğu avtomobilin pulunu hissə-hissə ödəmək şərtilə alacağını bildirmiş, oda onun təklifi ilə razılaşmışdır. Aldığı avtomobili adına qeydə aldırmış və altı ay müddətində avtomobilin pulunu hissə-hissə ödəmişdir. 20 sentyabr 2020ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Sonradan pula ehtiyacı olduğundan 2021-ci ilin yay aylarında avtomobili adını xatırlamadığı Gəncə şəhər sakininə satmışdır. İddiaçı iddia ərizəsində guya pulun 3000 manatı yaxın münasibətdə olduğu X11 tərəfindən ona verilməsini qeyd etmişdir. Onda belə olan halda əsl iddiaçı X11 olmalıydı. Lakin məhkəmə nədənsə həmin puluda İddiaçı xeyrinə tutmuşdur.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Apellyasiya məhkəməsində icraat
11. İddiaçı Nürəddin oğlu 02 oktyabr 2023-cü ildə öldüyündən oğlu X8 prosessual hüquq varisi kimi işə cəlb olunmuşdur.
e) Məhkəmə icraatı iştirakçılarının izahatları,
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, nümayəndəsi olduğu şəxs aldığı avtomobilin pulunu hissə-hissə özü ödəmişdir. Eləcədə, 400 ABŞ dolları dəyərində sifariş edilən ehtiyat hissələrinin pulunuda nümayəndəsi olduğu şəxs ödəmişdir. Həmin mal Çin Xalq Respublikasından gəldikdən sonra iddiaçının öfisində qalmışdır. İddiaçının təqdim etdiyi şəkildən də görünür ki, mal Cavabdeh adına gəlib. Həmin mala görə iddiaçı tərəfindən pul ödənilməyib. İddiaçı yalnız Cavabdeh yaşadığı evdə sərf olunmuş elektrik enerjisinə görə 175 manat ödəyib. Nümayəndə Vəkil2 sonda məhkəmə kollegiyadan apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı prosessual hüquq varisi X8 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı onun yanında Cavabdeh 3000 manat vermiş, 2000 manatı isə qohumları Aqil vermişdir. Həmçinin cavabdehin Çin Xalq Respublikasından sifariş etdiyi 400 ABŞ dolları dəyərində malın pulunuda atası ödəmişdir. Həmin mal hazırda da onlardadır. Eləcədə atası cavabdehin evində sərf olunan enerjinin dəyəri qismində 175 manat ödəmişdir. X3 məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi (vəkil) ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
20. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh 06 fevral 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı rəhbəri olduğu “X16” MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı Nürəddin oğlu cavabdehə işlədiyi müddətdə avtomobil almaq məqsədilə 5000 mant borc verdiyini, cavabdehin Çin Xalq Respublikasından sifarış etdiyi ehtiyat hissələri üçün 400 ABŞ dolları ödədiyini, eləcədə sonuncunun yaşadığı fərdi yaşayış evində sərf olunan elektrik enerjisininə görə (yaranmış borc) 175 manat ödədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə tərəflər arasındakı mübahisəyə öhdəlik hüquq münasibətlərindən irəli gələn hüquq normalarını tətbiq edərək iddianı tam təmin etmişdir.
36. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
38. Kollegiya tərəflər arasında yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, İddiaçı iddia ərizəsində avtomobil almaq məqsədilə cavabdehə özü tərəfindən 2000 manat, onun xahişi əsasında yaxın münasibətdə olduğu həmkəndlisi Aqil Məmmədov tərəfindən isə 3000 manat, eləcədə cavabdehin sifariş etdiyi ehtiyat hissələrinə görə 400 ABŞ dolları ödəməsini göstərsədə, lakin o, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.
39. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı iddia ərizəsində cavabdehə avtomobil almaq üçün özü tərəfindən 2000 manat, onun xahişi ilə yaxın münasibətdə olduğu Aqil adlı şəxs tərəfindən isə 3000 manat, ümumilikdə 5000 manat verildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi qismində iştirak edən, Vəkil1 izahatında həmin xüsusatları eynilə olduğu kimi təsdiq etmişdir. Lakin iddiaçının prosessual hüquq varisı X10 isə apellyasiya icraatı zamanı izahatında bildirmişdir ki, atası Rövşən onun yanında Cavabdeh 3000 manat vermişdir. Göründüyü kimi iddiaçı tərəfin avtomobilin alınması ilə bağlı cavabdehə verilən pulla bağlı irəli sürdüyü dəlillər biri-digərindən fərqli olmaqla, ziddiyyətlidir. Cavabdeh öz növbəsində polisdə araşdırma aparılarkən izahatında göstərmişdir ki, avtomobil almaq üçün iddiaçıdan 5000 manat almamış, avtomobilin pulunu altı ay müddətində hissə-hissə ödəmişdir. Ümumiyyətlə, istər polisdə aparılan araşdırma zamanı, istərsədə hazırkı işin materialları ilə avtomobilin alınması üçün iddiaçı tərəfin cavabdehə 5000 manat verməsi öz təsdiqini tapmır. Ona görə də kollegiya iddianı bu hissədə əsaslı saymır.
40. Cavabdehin sifariş etdiyi ehtiyat hissələrinə görə 400 ABŞ dolları ödənilməsi hissədə də kollegiya iddianı əsaslı saymır. Belə ki, iddiaçı tərəf tələbinin əsası kimi məhkəməyə “Djavid Mamedov” adına göndərilən bağlamanın çəkilmiş 4 ədəd üz qabığını (işin 100-103-cü vərəqi) təqdim etmişdir. Lakin həmin sifarış üçün iddiaçı tərəfin 400 ABŞ dolları (iddiaçının deməsinə görə 590 manatı malın dəyəri 90 manatı isə nəqliyyat xərci) ödəməsini təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Apellyasiya icraatı zamanı iddiaçının prosessual hüquq varisı X10 “Djavid Mamedov”un adına gələn bağlamanı məhkəməyə təqdim etmişdir. Sonuncuya həmin bağlama üçün atası tərəfindən malın dəyərinin və nəqliyyat xərcinin ödənilməsini təsdiq edən müvafiq sənədin məhkəməyə təqdim olunması təklif olunsada, lakin iddiaçının prosessual hüquq varisı Nürəddin Əhmədov bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir.
41. Kollegiya iddia tələbinin Cavabdeh yaşadığı fərdi yaşayış evində sərf olunan elektrik enerjisınə görə iddiaçı tərəfin 175 manat ödəməsi barədə dəlilini isə əsaslı sayır. Belə ki, istər birinci, istərsə də apellyasiya icraatı zamanı cavabdehin nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, yaranmış borca görə cavabdehin evinə verilən elektrik enerjisinin kəsilməməsi üçün İddiaçı tərəfindən 175 manat ödənilmişdir. Göründüyü kimi, elektrik enerjisindən istifadə nəticəsində yaranmış borcun əvəzi qismində iddiaçı tərəf cavabdehin yerinə 175 manat ödəsə də, lakin cavabdeh həmin məbləği sonradan qaytarmamış və nəticədə heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi bu hissədə təmin olunmalıdır.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 175 manat alınıb İddiaçı prosessual hüquq varisı X7 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, eləcədə ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat cavabdehdən alınıb iddiaçının prosessual hüquq varisinə verilməli, ödənilmiş dövlət rüsumunun 48 manat hissəsi iddiaçı tərəfə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli 2(023)-834/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 175 manat alınıb İddiaçı prosessual hüquq varisı X7 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat Cavabdeh alınıb İddiaçı prosessual hüquq varisi X7 verilsin. Ödənilmiş dövlət rüsumunun 48 manat hissəsi iddiaçı tərəfə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.