Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1364/2025 22.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(125)-1872/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 22 iyul 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən verilmiş 20 iyul tarixli əlyazma qəbzdən görünür ki, o, İddiaçı oktyabrın sonuna kimi qaytarmaq şərtilə 4000 manat almışdır;
2. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki Azəralüminium zavodunda sürücü vəzifəsində işləyir. Təxminən 3 il bundan qabaq ona borca pul lazım olduğu üçün tanışı Xəyalın vasitəsilə Göygöl rayon Yem Qızılca kəndində yaşayan İddiaçı evinin həyətində 900 manat aylıq 10 faiz ilə sələmə pul götürmüşdür. Girov olaraq isə həmin şəxsə öz adına olan Volsvagen Golf markalı 10- EJ-434 qeydiyyat nömrə nişanlı avtomobilinin qeydiyyat şəhadətnaməsini təqdim etmişdir Həmin pulun qarşılığında İddiaçı ümumilikdə 2000 manat pul ödəmiş, lakin həmin şəxs hal-hazırda onun Hikmətə 4000 manat pul borcunun olduğunu deməklə ona şər və böhtan atır. O, İddiaçı almış olduğu borcundan artıq pul ödəmişdir. Onun həmin şəxsə borcu qalmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin oktyabr ayında tanıyıb. Belə ki, həmin il iyulun 20-də cavabdeh yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki həyətinə gəlib ondan 4000 manat borc pul istədi və söz verdi ki, həmin ilin oktyabr ayının sonuna qədər borcunu qaytaracaq. O, ona inandı və 4000 manat pul verdi. Cavabdeh bu barədə öz xətti ilə qəbz də yazıb verdi. Hətta özünə məxsus “Volkswagen Golf” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini də pulu qaytarana kimi təminat kimi ona verdi. Oktyabr ayı sona çatdıqdan sonra onun mobil telefonuna zəng edib pulunu qaytarmasını istədi. Dəfələrlə telefon danışıqlarında o, ona bildirdi ki, borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Hətta keçən ilin sentyabr ayında yaşadığı Hacıkənd qəsəbəsinə getdi, yenə də söz verdi ki, borcunu qaytaracaq. Lakin bu günə qədər cavabdeh pulunu qaytarmamışdır. O, məcbur olub bu barədə Göygöl rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdi. Polis Şöbəsində araşdırma aparıldı və ona cavab verildi ki, həmin tələb mülki mühakimə icraatı qaydasında məhkəmə tərəfindən həll olunmalıdır.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Elşən iş yoldaşıdır. Elşən iki il əvvəl ona dedi ki, bir nəfərdən borc pul götürüb, girov olaraq avtomobilin qeydiyyat şəhadətnaməsini həmin şəxsə verib, avtomobilin texniki baxışdan keçirməlidir, birgə gedib 500 manat pul versin, şəhadətnaməni götürüb avtomobili baxışdan keçirdikdən sonra qaytarsın. Görüşməyə getdikləri vaxt Hikmətlə tanış olmuşdur. Elşən Hikmətə 500 manat pul verdikdən sonra ona cəmi 2000 manat borcu qaldığını bildirmişdir, Hikmət də bunu təsdiqləmişdir. Hətta Hikmət şəhadətnaməni Elşənə verməyə razılaşmadı, onda təklif etmişdir ki, şəhadətnaməni ona versin, texniki baxışdan sonra sənədi qaytaracaqdır. Hikmət razılaşaraq şəhadətnaməni Elşənə yox, ona vermişdir, texniki baxışdan sonra da o, şəhadətnaməni Hikmətə qaytarmışdır.
6. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(125)-1872/2025 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Cavabdeh 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.4, 337.5, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1093.1 və 1093.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh 20 iyul 2024-cü il tarixdə sonuncunun yaşadığı Göygöl rayonu Yeni Qızılca kəndindəki həyət evində 4000 manat borc pul vermiş və cavabdeh öhdəsinə götürmüşdür ki, həmin ilin oktyabr ayının sonuna qədər borcunu qaytaracaq. Cavabdeh bu barədə öz xətti ilə qəbz də yazıb verdi. Hətta, cavabdeh özünə məxsus “Volkswagen Golf” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini də pulu qaytarana kimi borcun təminatı kimi ona vermişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı əslində 8000 manat borcu olduğunu, lakin əli ilə yazıb qəbzi imzalasa 4000 manat ödənilməsinə razı olacağını bildirdiyinə görə həmin əlyazma qəbzi yazıb imzalamışdır. Hesab edir ki, iddiaçının əsl məqsədi ona həmin sənədi imzalatmaq idi. Halbuki, ondan aldığı pulu qaytarmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edirəm. Sədrlik edənin suallarına cavab olaraq Cavabdeh bildirmişdir ki, iddiaçıdan 950 manat pul almış, bunun qarşılığında 2500 manat pul qaytarmışdır. Pulu isə birbaşa deyil, başqa şəxs vasitəsilə almışdır, həmin şəxsi şahid kimi dəvət edə bilər. Sonuncu dəfə keçən il 500 manat ödəniş etmişdir. Həmin ödənişi edərkən nə qədər borcu olduğunu soruşmuş və cavabında iddiaçı ona faizi ilə birlikdə 2000 manat borcu qaldığını bildirmişdir. İş yoldaşı da bu söhbətə şahid olmuşdur. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
16. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
18. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
29. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən edilir ki, qətnamə iddianın təmin edilməmiş hissəsində mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməli, Cavabdeh 2000 manat alınaraq İddiaçı verilməsi müəyyən edilməlidir.
31. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 4000 manat borc almışdır. Bu barədə Cavabdeh tərəfindən əlyazma qəbz tərtib edilmişdir. İddiaçı cavabdehin ona olan borcunu qaytarmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
32. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə verdiyini bildirdiyi 4000 manat borcun tutulmasını xahiş etmiş və tələbini bu barədə qəbzlə əsaslandırmışdır. Cavabdeh tələbə etiraz edərək, iddiaçıdan 900 manat borc aldığını, lakin tərəfindən edilən ödənişlərin faizə hesablandığını və iddiaçıya faiz dərəcəsi tətbiq edilməklə cəmi 2000 manat borcu qaldığını bildirmişdir. Cavabdeh daha az məbləğdə borc aldığını bildirsə də, bu halı təsdiqləyən hər hansı dəlil təqdim olunmadığından iddiaçının 4000 manat borc verdiyi müəyyən olunmuşdur. İddiaçı borcdan ödəniş edilmədiyini bildirsə də, sübut qismində tədqiq edilmiş şahid ifadəsinə əsasən, iddiaçı edilmiş ödəniş nəticəsində cavabdehin ona 2000 manat borcu qaldığını təsdiqləmişdir. Bu halı təkzib edən hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, mülki işin tədqiq edilmiş halları əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdeh 4000 manat borc verilmiş, Lakin, mülki qanunvericiliyə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda, borc müqaviləsi yazılı formada bağlanmamışdır. Buna görə borcun verilməsi barədə müqavilə etibarsız əqd hesab olunmaqla, hər bir tərəf aldıqlarını digər tərəfə qaytarmalıdır. Beləliklə, müqavilə əsası aradan qalxdığı üçün 2000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı pulun 2024-cü ildə verildiyini və qəbzin həmin tarixdə tərtib edildiyini bildirsə də, cavabdeh borcun daha əvvəl verildiyini və həmin borc tam ödənilmədiyi üçün iddiaçının tələbiylə qəbzi 2024-cü ildə tərtib etdiyini bildirmişdir. Borcun verilməsi və qəbzin tərtibi tarixinə dair cavabdehin bildirdiklərinin əsaslı olması bir neçə halla təsdiqlənir. Belə ki, şahid ifadəsiylə 2 il əvvəl cavabdehin iddiaçıya 2000 manat borcunun qalması təsdiqlənir. İddiaçı tərəfindən 2024-cü ildən əvvəl cavabdehə digər borcun verilməsi bildirilməmiş və ya araşdırma zamanı müəyyən olunmamışdır. Bundan başqa, iddiaçı ərizəsində tələbinin faktiki əsası kimi cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini özündə saxladığını bildirmişdir. Nəqliyyat vasitəsinə dair şəhadətnaməni iddiaçının saxlaması şahidin 2 il əvvəlki hala dair verdiyi ifadə ilə təsdiqlənir. Həmin hərəkətin habelə daha əvvəl verilmiş digər borcun təminatı qismində edildiyi müəyyən olunmur. Digər tərəfdən, daha əvvəl verilmiş və 2000 manat borcun qaldığı halda, iddiaçı tərəfindən yenidən cavabdehə 4000 manat məbləğində borcun verilməsi ağlabatan deyil. Belə olan halda, sözügedən borcun azı iki ilə əvvəl verildiyi və qəbzin hazırda tələb edilən borcun verildiyi tarixdə deyil, 2024-cü ildə tərtib edilməsi dolayı sübutlarla təsdiqlənir.
33. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərini və sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə, bununla həm də qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmamasına yol açmışdır. Kollegiyanın bu qənaətə gəlməsinə cavabdeh tərəfindən sübut olaraq təqdim edilən şahid ifadəsinin işin faktiki halları ilə uyğun olmaması əsas verir.
34. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
35. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının ona 4000 manat pul verdiyini həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı etiraf etmişdir. bu isə o deməkdir ki, iddiaçı iddia tələbi üzrə sübutetmə vəzifəsindən azad olmaqla göstərilən məbləğdə pulu geri qaytarmış olduğunu sübut etmək bilavasitə cavabdehin üzərinə düşməkdədir.
36. Cavabdeh tərəfin dəlili ondan ibarət olmuşdur ki, əslində iddiaçı ona 900 manat borc vermiş, lakin borcun qaytarılmasını təminat altına almaq məqsədilə ona 4000 manat borc verməsinə dair sonradan əlyazma qəbz yazmış və həmin məbləğdən 2000 manat pul vəsaitini iş yoldaşının şahidliyi ilə iddiaçıya qaytarmışdır.
37. Kollegiya hesab edir ki, Cavabdeh İddiaçı 900 manat aldığı halda ona 2000 manat qaytarması barədə izahatı tərəflər arasındakı borc məbləğinin həqiqətən də 4000 manat məbləğində olması qənaətinə gəlməyə əsas verir.
38. Bununla belə kollegiya, cavabdehin 2000 manat pul vəsaitini iddiaçıya geri qaytarmış olduğunun sübutu kimi təqdim etdiyi şahid ifadəsinidə də “əsaslı şübhədən kənar” sübutlar kimi qəbul edilməsini mümkün hesab etmir. Belə ki, birincisi, qanunvericiliyin tələblərinə görə sözügedən arqument yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda qəbzlər, müqavilə və s.) sübut olunmalıdır və Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, cavabdeh tərəfindən təqdim edilmiş şahid bir halda iddiaçıya yaxın şəxs olduğu (iş yoldaşı) üçün mötəbər hesab edilə bilməz.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
41. Lakin, cavabdeh bu sübut etmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və irəli sürdüyü dəlili sübuta yetirə bilməmişdir.
42. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olmayan nəticəyə gələrək iddianı həmin hissədə təmin etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir.
43. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli 2(125)-1872/2025 nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınaraq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.