Məhkəmə qərarları › İş №2(104)-1377/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1377/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1377/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 vərəsəsi Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə nəğd kredit üzrə 1645.88 (bir min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla, ümumilikdə 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcun, və ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixli 1008-xx.xx.2018-002948 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 27 %-lə, 60 ay müddətinə 2000 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 1645.88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu qalmışdır. Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Mustafa Mustafayev) iddia qismən təmin edilmiş, X3 vərəsəsi Cavabdeh 600 manat əsas borc, 13,3 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakından tam hissədə pay almışdır. Miras əmlakı tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən göndərilən məktuba əsasən, X3 yeganə vərəsəsi Cavabdeh olduğu, ondan savayı heç bir vərəsə müəyyən edilmədiyi qeyd edilmişdir. Cavabdeh miras əmlakını yəni miras qoyanın aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Nəticədə iddia ərizəsində göstərilən borc tələbi cavabdehdən tam tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh X3 hüquq vərəsəsi Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2018-ci il tarixli 1008-xx.xx.2018-002948 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 27 %-lə, 60 ay müddətinə 2000 manat nəğd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3 Banka ödənilməmiş nəğd kredit üzrə 1645.88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu qalmışdır. Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 554/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq isə bildirdi ki, miras qoyanın əmlakları barədə onların məlumatı yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh X3 vərəsəsi Cavabdeh 1645.88 (bir min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla, ümumilikdə 1649.93 (bir min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borc, ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: iddiaçı Bankla cavabdeh X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1008xx.xx.2018-002948 nömrəli kredit müqaviləsindən görünür ki, Bank cavabdehə illik 27 %lə, 60 ay müddətinə 2000 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. 21 may 2018-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, X5 iddiaçı Bankdan götürdüyü krediti və ona hesablanmış faizləri xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixə kimi hər ay 61.10 manat ödəməyi öhdəsinə götürmüşdür. maliyyə arayışından görünür ki, cavabdeh X3 iddiaçı Banka ödənilməmiş 1645,88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu, cəmi 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcu, 0.4 qəpik ödənilməmiş komissiya borcu qalmışdır. ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 202 nömrəli məktubundan görünür ki, X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak 600 manat pul məbləğidir. iddiaçı Bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35,94 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixli 1008xx.xx.2018-002948 nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC tərəfindən cavabdeh X4 illik 27 %-lə, 60 ay müddətinə 2000 manat nəğd kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən X3 öldüyü tarixə banka ödənilməmiş 1645,88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu, cəmi 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcu, 0.4 qəpik ödənilməmiş komissiya borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh X3 iddiaçı Banka ödənilməmiş 1645,88 manat əsas borcu, vəfat etdiyi tarixə 4.05 manat faiz borcu, cəmi 1649.93 (min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borcu, 0.4 qəpik ödənilməmiş komissiya borcunun qalması təsdiq edilir və həmin məbləğin həqiqiliyi heç bir şübhə doğurmur. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 202 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, X1 miras qalmış 600 manat pul məbləğinə dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, cavabdeh X3 vərəsəsi Cavabdeh 600 manat əsas borc pul alınaraq iddiaçıya verilməsi qət edilmişdir Birinci instansiya məhkəməsində icraat zamanı vərəsə Cavabdeh öz izahatında anası X3 xx.xx.2019-cu il tarixdə vəfat etməsi, onun ölümündən sonra 600 dəfn pulunu almaq üçün miras əmlakı qəbul edilməsi barədə şəhadətnamə aldığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, dəfn pulu miras əmlak deyildir və bu pul mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən ödənilən müavinətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycana Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölümü halında, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı isə qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Hazırki iddia tələbində isə iddiaçı bank tərəfindən X2 qalmış mirası Cavabdeh qəbul etməsi müəyyən edildikdən sonra, cavabdeh X3 vərəsəsi olan qızı Cavabdeh qarşı iddia qaldırsa da, vərəsə Cavabdeh tərəfindən miras əmlakın hansı həcmdə qəbul edilməsi iş materialları ilə öz təsdiqini tapmır. X1 miras qalmış miras əmlakın Cavabdeh tərəfindən qəbul edildiyi müəyyən edilsə də, miras əmlakın vərəsə tərəfindən hansı həcmdə qəbul edilməsi, miras qoyanın öldüyü məqamadək mövcud olan əmlak hüquqlarının (miras aktivi) həcmi iş materialları ilə öz təsdiqini tapmadığından, həmin miras əmlakın vərəsə Cavabdeh tərəfindən hansı həcmdə qəbul edilməsinin müəyyən edilməsi isə yalnız qətnamənin icra mərhələsində mümkündür. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh X3 vərəsəsi Cavabdeh 1645.88 (bir min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla, ümumilikdə 1649.93 (bir min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borc, ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-554/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh X3 vərəsəsi Cavabdeh 1645.88 (bir min altı yüz qırx beş manat, səksən səkkiz qəpik) manat əsas, 4.05 (dörd manat, beş qəpik) faiz olmaqla, ümumilikdə 1649.93 (bir min altı yüz qırx doqquz manat, doxsan üç qəpik) borc, ödənilmiş 36.50 (otuz altı manat, əlli qəpik) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh mirası qəbul etdiyi həcmdə tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar