Məhkəmə qərarları › İş №2(104)-1377/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1377/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1377/2024 28.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və X1 ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 2(125)-1845/2022 saylı mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddianın həcminin azaldılması barədə əlavə ərizə ilə məhkəmə müraciət edərək, cavabdehdən kredit müqavilələri üzrə ümumilikdə 29143,64 manat borcunun və 184 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1845/2022 saylı mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: X.Səfərli) İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 184 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1845/2022 saylı mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-719/2023 nömrəli iş üzrə 5 aprel 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1845/2022 saylı mülki iş üzrə 18 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi qismən təmin edilərək Cavabdeh 12061 (on iki min altmış bir) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 68 (altmış səkkiz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək ləğv edilməsini və mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-766/2024 saylı qərarı ilə (hakimlər Əhməd Nurməmmədov (məruzəçi), Abiddin Hüseynov və Zəki Babayev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-719/2023 nömrəli, 5 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilələrə əsasən, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli 10638 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 9600 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 2994 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10750 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 11900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhviltəslim aktına əsasən 3588 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1818 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4320 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1053 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4750 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1200 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4350 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 991 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3250 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 909 manat qızılzinət əşyalarının girovu əsasında verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə tələb edilən məbləğdə borcu yaranmışdır. İş üzrə yixarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, qətnamənin nəticəsi işin hallarına uyğun deyildir. Belə ki, o, fərdi sahibkar olan fiziki şəxs qismində “YK Kredo” adı altında ünvan 1 ünvanında lombard fəaliyyəti ilə məşğul olur. Lombard olaraq əsas işi təminatlı kredit verməkdən ibarətdir. Cavabdeh ona müraciət edərək bir sıra qızılzinət əşyaları girov qoymaqla 5-6 ay müddətində bir neçə kredit müqaviləsi bağlamaqla müəyyən məbləğdə kreditlər götürmüşdür. Krediti ödəməmiş və borc girov qoyduğu qızıllara yönəldilmişdir. Lakin həmin qızılların dəyəri kredit borcunu ödəməyə kifayət etmədiyindən hazırki iddianı qaldırmış, məhkəmə tərəfindən iddiası rədd edilmişdir. Halbuki, cavabdeh məhkəmənin hazırlıq iclasında iddianı etiraf etməklə borcu olmasını və həmin borcu qaytarması barədə öz ifadəsini vermişdir. Buna görə də o, iddianın həcmini azaldaraq cavabdehdən ümumilikdə 29143,64 manat borcun və ödədiyi 184 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qətnamədə iddia ərizəsinin azaldılması barədə hər hansı qeyd etməmiş, eyni zamanda protokolla tanış olmaq üçün məhkəməyə ərizə versə də, bu günkü günə qədər ona protokolla tanış olması üçün şərait yaradılmamışdır. Beləliklə, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddianı etiraf etməsini protokola yazmamaqla, sonra iddianın rədd olunması barədə qətnamə qəbul etməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, iddiaçının özü və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçıya lombard fəaliyyəti ilə məşğul olmasına icazə verilmiş, “X6” adı altında lombard fəaliyyəti ilə məşğul olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının vəkilini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, eləcə də kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanılmış müqavilələrdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2021- ci il tarixli 10638 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 9600 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 2994 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10750 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 11900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 3588 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 5900 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1818 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4320 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1053 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4750 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 1200 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 4350 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 991 manat qızıl-zinət əşyalarının girovu əsasında; xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 48 faiz dərəcəsi ilə 3250 manat kredit eyni tarixli lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktına əsasən 909 manat qızıl-zinət əşyalarının girovu əsasında verilmiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" Lombard MMC-də girov qoyulmuş qiymətlilərin və dəyərlilərin yenidən qiymətləndirilərək satılması haqqında akta əsasən, Cavabdeh tərəfindən girov qoyulmuş qızıl-zinət əşyaları müştərinin iştirakı ilə xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 3200 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1800 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 5320 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1860 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 2120 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 1630 manata; xx.xx.2021-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 7130 manata satılmışdır. İş materiallarından görünür ki, cavabdehin xx.xx.2021- ci il tarixli 10638 nömrəli kredit müqaviləsi üzrə 500 (beş yüz) manat məbləğində,xx.xx.2021- ci il tarixli 10750 nömrəli kredit müqaviləsi üzrə 2427 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10770 nömrəli kredit müqaviləsi üzrə 1471 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10774 nömrəli kredit müqaviləsi üzrə1976 manat məbləğində,xx.xx.2021-ci il tarixli 10783 nömrəli kredit müqaviləsi üzrə 2003 manat məbləğində, xx.xx.2021-ci il tarixli 10793 nömrəli kredit müqaviləsi üzrə 2264 manat məbləğində və xx.xx.2021-ci il tarixli 10803 nömrəli kredit müqaviləsi üzrə 1420 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə lombard fəaliyyəti ilə məşğul olan iddiaçı ilə cavabdeh arasında lombard girovu müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən cavabdeh özünə məxsus olan qızıl-zinət əşyalarını lombardda girova qoymaqla iddiaçıdan kreditlər almış, cavabdeh kredit borclarının qaytarılması üzrə öz öhdəliyini icra etmədiyindən girov əşyalara tutma yönəldilmiş və əşyaların satılmasından əldə edilmiş vəsaitlər hesabına kredit borclarının bir qismi ödənilmiş, müqavilələr üzrə əsas və faiz borcu, cəmi 29143,64 manat borcu qalıq qalmışdır. İddiaçı hazırda həmin borcu tələb edir. Buna baxmayaraq qanunvericilikdə lombard girovu ilə təmin edilmiş öhdəliklərlə bağlı xüsusi qaydalar müəyyən edilir. Belə ki, lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Ona görə də, iddia tələbi əsassız hesab olunmalı və rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən saxlanca qoyulan əşyalar lombarda verilir. Həmin Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi lombard girovu ilə təmin edilmiş öhdəlikdə kreditorun tələb hüququ girov qoyulmuş əşyaların satılmasından əldə edilmiş vəsaitlə məhdudlaşır və bu vəsait borcun ödənilməsinə kifayət etmədikdə belə kreditorun tələbləri ləğv olunur. Göründüyü kimi qanunvericilik qısamüddətli kredit verən subyektin verdiyi krediti təmin edilməsi məqsədi ilə daşınar əşyaları girov götürmək hüququnu müəyyən etmişdir. Götürülmüş girov isə verilmiş krediti və həmin kreditin verilməsi ilə güddüyü qazancı təmin etməlidir. Ona görə də qanunverici xüsusi olaraq müəyyən etmişdir ki, lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin bu iş üzrə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(125)-1845/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-610/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar