Məhkəmə qərarları › İş №2(104)-138/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-138/2025

05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-138/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı X4 və Cavabdeh iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı aliment məbləğinin artırılması, uşağın müalicəsi üçün müəyyən edilmiş vəsait məbləğinin artırılması və uşağın müalicəsinə çəkilmiş xərc tələbinə dair iddia tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-736/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 23 yanvar 2013-cü il təvəllüdlü X12 və 15 mart 2015-ci il təvəllüdlü X13 adlı iki uşaqları doğulmuşdur. 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X7 atası Cavabdeh, anası İddiaçıdır.

2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X10 arasında 18 fevral 2012-ci il tarixdə Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində bağlanmış və 04 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqlar cavbabdeh İddiaçı himayəsində saxlanılması və 27 dekabr 2021-ci il tarixdə başlayaraq 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir.

3. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1002/2022 saylı qətnaməsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X12 adlı uşağın müalicəsi üçün 40 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir.

4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1018/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zahid Kazımovun “Gənclik (yuvenil) artriti. Digər nekrozlaşan vaskulopatiyalar. Digər interstisial ağciyər xəstəlikləri. Trikuspid qapaq çatışmazlığı-İ dərəcə. Mitral çatışmazlıq-İ dərəcə. Hiperimmunoqlobulin E sindromu D joba. Digər rubrikada təsnif olunmayan boy geriliyi. İnkişaf etaplarının ləngiməsi. Sidik qaçırma” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. 2.3. İcbari tibbi sığorta paketinə hansı müayinə metodlarının və analizlərin daxil olmasının və müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X11 Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 23 yanvar 2013-cü il təvəllüdlü Zahid və 15 mart 2015-ci il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tariixli, 2(076)-222/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 250 sabit pul məbləğində alimentin, xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(076)-1002/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 40 manat vəsaitin məbləği artırılaraq hər ay 200 manat məbləğində vəsaitin və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün ödənilmiş 1200 manat pulun yarısı olan 600 manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 fevral 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2013-cü ildə Zahid və 15 mart 2015-ci ildə Nihad adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Azyaşlı uşaqları onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmçinin Şəmkir Rayon Məhkəməsinin 2(076)- 1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 uşağın müalicəsi üçün 40 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Lakin 23 yanvar 2013-cü il təvəllüdlü Zahid adlı uşağı ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin vaxt uşağın başqa xəstəliyə görə müalicələr alırdı. Sonradan uzun müddətli müayinələrdən sonra övladı Zahiddə genetik xəstəlik olduğu müəyyən edilmişdir. Artıq 1 ildən çox müddətdir ki, azyaşlı övladı Hipperimmuoqlbbulin E sindromu, həmçinin boy geriliyi, inkişaf etapların ləngiməsi sindromu xəstəliyindən əziyyət çəkir. Bununla bağlı daim müalicələrdə alır. Həmin “Ekzom Sekanslama” analiziambulator müalicələr alır. Bununla bağlı daim müalicələrdə olmuşdur. Hətta 2023-cü ilin iyun ayında uşaqdan “Ekzom Sekanslama” analizi götürülrək Türkiyə Respublikasına göndərilmişdir. Həmin analizin cavabı olaraq azyaşlı övladında dəyişik böyrək və ürək çatışmamazlığı xəstəliyinin dərinləşməsi müəyyən edilmişdir. Qeyd olunan analiz üçün onun tərəfindən 1200 manat pul ödənilmişdir. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicəsini davam etdirə bilməmişdir. Hətta azyaşlı uşağın gerilməsinin qarşısını almaq üçün ona həkim tərəfindən “Panda Baby” uşaq qidası verilməsi məsləhət görülmüşdür ki, həmin uşaq yeməyinin 1 ədədinin qiyməti 50 manat təşkil edir. Hər ay həmin qidalar uşaq üçün alınmalıdır. Lakin o, hər dəfə həmin qidanı ala bilmir. Əvvəlki məhkəmə qətnaməsi ilə azyaşlı uşağının müalicəsi xərcləri üçün hər ay 40 manat vəsaitin cavabdehdən tutulması müəyyən edilmişdir. O, həmin vəsaitlə, həm də valdeyinlərinin köməkliyi ilə uşağının müalicə xərclərini çatdıra bilmir. Uşağın səhhəti getdikcə pisləşir. Elə vaxtlar olur ki, heç yerimək imkanı olmur. Azyaşlı uşağının ömürlük və davamlı müalicəyə ehtiyacı vardır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vəsait müalicə xərclərini heç bir şəkildə ödəmir. Hətta o, uşaqda olan xəstəliklə bağlı “Ekzom Sekanslama” analizi üçün öz 1200 manat ödəniş etmişdir. Həmin məbləğin yarısını da cavabdehdən tələb edir. Bundan başqa yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləi hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşaqların maddi cəhətdən saxlanılmasında kifayət etmir. Özü hazırda heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq qazanca malikdir. Yetkinlik yaşına çatmamış uşaqları böyüyürlər, orta məktəbdə təhsil alırlarvə xərcləri olduqca çoxalmışdır. Yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə valdeynlərinin himayəsində yaşayırlar.

7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-736/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova), iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün təyin edilmiş müalicə xərcininin miqdarının artırılması, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment pulu və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün 80 manat məbləğində pul tutularaq X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2 və 112-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2 və 216-220ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(076)-736/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsi heç bir sübuta istinad edilmədən yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin dəyişməsinə istinad edilməklə çıxarılmışdır. Məhkəmədə işə baxılarkən və hazırki vaxtda o rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti və müalicə xərcini güclə ödəyir. Qeyd etdiklərilə bağlı məhkəmədə işə baxılarkən verdiyi izahatında da ətraflı qeyd etmişdir. Onun adına heç bir əmlak yoxdur. Əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra onun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Məhkəmə tərəfindən yaşayış minimumunun dəyişilməsinə istinad edilməklə yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 190 manat alimentin müəyyən edilməsini ədalətli nəticə hesab etmir. Belə ki, onlar iddiaçı ilə valideyn olaraq eyni hüquq və vəzifələrə malik olmaqla azyaşlı uşaqlarının saxlanması üçün xərclər də aralarında bərabər bölünməlidir. Hazırki vəziyyətdə alimentin məbləğinin artırılaraq 190 manat və bir uşaq üçün müalicə xərcinin artırılaraq 80 manat məbləğində müəyyən edilməsi onun həqiqi vəziyyətinə uyğun deyildir. Həmçinin, iddiaçı uşağın müalicəsi üçün məhkəmə qətnaməsi ilə vəsait müəyyən edildikdən sonra uşağın müalicəsinə əlavə xərclər çəkilməsi, uşağın səhhətinin vəziyyətinin ağırlaşması barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdırmadan yalnız minimum yaşayış tələbatları və ehtiyaclarının artmasını qeyd etməklə qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən məhkəməyə onun maddi vəziyyətinin yaxşılaşması, yetkinlik yaşına çatmamış uşaqlarının saxlanması üçün daha yüksək məbləğdə aliment və Zahid adlı uşaqlarının müalicəsi üçün yüksək məbləğdə müalicə xərci ödəmək iqtidarında olmağı barədə heç bir sübut təqdim edilməmişdir. İddiaçı hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment, uşağın müalicəsi üçün 200 manat vəsait tələb etsə də, onun həmin məbləğdə aliment və müalicə xərci ödəmək iqtidarında olmağı ilə bağlı, həmçinin Zahid adlı uşağının əvvəlki məhkəmə qətnaməsi ilə müalicə xərci müəyyən edildikdən sonra əlavə xərc tələb edən müalicəyə ehtiyacı olması barədə mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X11 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü Zahid və xx.xx.2015-ci il təvəllüdlü Nihad adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Azyaşlı uşaqları onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqlaqrının saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 uşağın müalicəsi üçün 40 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Lakin, 23 yanvar 2013-cü il təvəllüdlü Zahid adlı uşağı ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin vaxt uşağın başqa xəstəliyə görə də müalicələr almışdır. Sonradan uzun müddətli müayinələrdən sonra övladı Zahiddə genetik xəstəlik olduğu müəyyən edilmişdir. Artıq 1 ildən çox müddətdir ki, azyaşlı övladı Hipperimmuoqlbbulin E sindromu, həmçinin boy geriliyi, inkişaf etapların ləngiməsi sindromu xəstəliyindən əziyyət çəkir. Bununla bağlı daim müalicələrdə alır. Həmin “Ekzom Sekanslama” analiziambulator müalicələr alır. Bununla bağlı daim müalicələrdə olmuşdur. Hətta 2023-cü ilin iyun ayında uşaqdan “Ekzom Sekanslama” analizi götürülrək Türkiyə Respublikasına göndərilmişdir. Həmin analizin cavabı olaraq azyaşlı övladında dəyişik böyrək və ürək çatışmamazlığı xəstəliyinin dərinləşməsi müəyyən edilmişdir. Qeyd olunan analiz üçün onun tərəfindən 1200 manat pul ödənilmişdir. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicəsini davam etdirə bilməmişdir. Hətta azyaşlı uşağın gerilməsinin qarşısını almaq üçün ona həkim tərəfindən “Panda Baby” uşaq qidası verilməsi məsləhət görülmüşdür ki, həmin uşaq yeməyinin 1 ədədinin qiyməti 50 manat təşkil edir. Hər ay həmin qidalar uşaq üçün alınmalıdır. Lakin o, hər dəfə həmin qidanı ala bilmir. Odur ki, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

16. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

21. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

22. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

23. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

26. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır

27. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı

28. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı

29. “Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

30. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir.”

Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu

31. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

32. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

33. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

38. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)- 736/2024 nömrəli qətnaməsi – Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün təyin edilmiş müalicə xərcininin miqdarının artırılması, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment pulu və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün 80 manat məbləğində pul tutularaq X8 ödənilməsi hissəsində dəyişdirilməli, iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X4 xeyrinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

49. Belə ki, işin halları ondan ibarətdir ki, iddiaçı X11 ilə Cavabdeh birgə yaşadıqları dövrdə 23 yanvar 2013-cü il təvəllüdlü X12 və 15 mart 2015-ci il təvəllüdlü X14 doğulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə X10 arasında 18 fevral 2012-ci il tarixdə Şəmkir rayon, Dəllər- Cırdaxan kəndində bağlanmış və 04 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqlar cavbabdeh İddiaçı himayəsində saxlanılması və 27 dekabr 2021-ci il tarixdə başlayaraq 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamanda, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1002/2022 saylı qətnaməsi ilə, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X12 adlı uşağın müalicəsi üçün 40 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı X5 verilməsi qət edilmişdir.

50. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

51. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

52. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-222/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarını artırmaqda haqlı olsa da, onun miqdarını müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən etməməklə səhvə yol vermişdir.

54. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

55. Həmçinin, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.

56. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

57. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilir: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”;

58. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, sabit pul məbləğində aliment təyin edilərkən, onun miqdarı ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

59. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə alimentin artırılmış məbləğini hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində müəyyən etmişdir. Ölkə üzrə 2024-cü il üçün minimum əmək haqqının 345 manat olması və hazırkı iş üzrə artırılmış alimentin məbləğinin hər ay 190 manat sabit pul məbləğində təyin edilməsi nəzərə alınmaqla, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,55 misli həddində (345 x 0, 55 = 193,2 manat) sabit pul məbləğində aliment tutulmalıdır.

60. Məhkəmə kollegiyası cavabdehdən Zahid adlı uşağın xəstəliyinə görə müalicə xərcinin tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

61. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

62. Bununla yanaşı, qeyd edilməlidir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin, məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar uşaqlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.

63. Həmçinin qeyd edilməlidir ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır.

64. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin tam və obyektiv araşdırılması üçün tibbi ekspertiza keçirilmiş və apellyasiya baxışı zamanı keçirilmiş xx.xx.2024-cü il tarixli, 1018/KEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1018/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2013-cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zahid Kazımovun “Gənclik (yuvenil) artriti. Digər nekrozlaşan vaskulopatiyalar. Digər interstisial ağciyər xəstəlikləri. Trikuspid qapaq çatışmazlığı-İ dərəcə. Mitral çatışmazlıq-İ dərəcə. Hiperimmunoqlobulin E sindromu D joba. Digər rubrikada təsnif olunmayan boy geriliyi. İnkişaf etaplarının ləngiməsi. Sidik qaçırma” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. 2.3. İcbari tibbi sığorta paketinə hansı müayinə metodlarının və analizlərin daxil olmasının və müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir.

65. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

66. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

67. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, X16 komisyon Ekspertizalar şöbəsində məhkəmə-tibbi müayinə keçirilmiş və tibbi sənədlərə əsasən rəy verilmişdir.

68. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq Zahid adlı uşağın xəstəliyi və müalicələri nəzərə alınmaqla cavabdehdən müalicə xərcləri qismində iddiaçının xeyrinə pul tutulmuşdur.

69. Apellyatorun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini kollegiya əsassız sayır. Çünki, cavabdehin uşağı saxlaması qanunla onun üzərinə düşən vəzifədən başqa həm də ata kimi mənəvi borcudur.

70. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

75. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-736/2024 nömrəli qətnaməsi – Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün təyin edilmiş müalicə xərcininin miqdarının artırılması, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment pulu və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün 80 manat məbləğində pul tutularaq X8 ödənilməsi - hissəsində dəyişdirilməli, iddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X4 xeyrinə ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

76. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 384.0.3, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-736/2024 nömrəli qətnaməsi - Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün təyin edilmiş müalicə xərcininin miqdarının artırılması, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X4 xeyrinə 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment pulu və xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağın müalicəsi üçün 80 manat məbləğində pul tutularaq X8 ödənilməsi - hissəsində dəyişdirilsin. İddiaçının məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, sonrakı artımları nəzərə almaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment 23 yanvar 2013-cü il təvəllüdlü X6 və 15 mart 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulub iddiaçı X4 xeyrinə ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar