Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-139/2023 01.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank”ın nümayəndəsi X1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(066)-443/2020 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankı Cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2014-cü il tarixli, **********40414 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "Xalq" Bankı qarşısında 15.804,91 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixədək hesablanmış və ödənilməmiş adi faizlər üzrə borcun, xx.xx.2017ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 17% faiz dərəcəsi ilə hesablanmış 10.457,98 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, xx.xx.2020-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 15.292,19 ABŞ dolları təşkil edən penyanın, cəmi 41.555,08 ABŞ dolları məbləğində pul vəsaitinin, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin Cavabdeh iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********40414 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC "Xalq" Bankı qarşısında 15.804,92 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş) faiz dərəcəsi ilə hesablanmış 3.075,88 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, xx.xx.2018-ci il tarixinə qədər kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 14.998,19 ABŞ dolları təşkil edən penyanın, cəmi 33.878,99 ABŞ dolları məbləğində pul vəsaitinin, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 (on) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəni qəbul edərək, tələbə həmin həcmdə baxmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-443/2020 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən iddiaçı ASC "Xalq" Bankı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-443/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)1075/2021 saylı qətnaməsi ilə (hakim L.Süleymanov) iddiaçı ASC “Xalq” Bankının apellyasiya şikayətinin təmin edilməməsi, Göygöy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(066)-443/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı ASC “Xalq” Bankı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1075/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6907/2021 saylı qərardadı ilə iddiaçı ASC “Xalq” X3 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)1075/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və işin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması qayarılması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)1075/2021 saylı qərardadı ilə iddiaçı ASC “Xalq” X3 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1075/2021 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı ASC “Xalq” Bankı yenidən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1075/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti, eyni zamanda həmin kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə verərək, qətnamədən kasssasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilib, bərpa edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-1075/2021 saylı qərardadı ilə iddiaçı ASC “Xalq” Bankının ərizəsinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-1075/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün iddiaçı ASC “Xalq” Bankı tərəfindən buraxılmış müddətin bərpa edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1644/2022 saylı qərarı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bank”ı tərəfindən verilm iş kassasiya şikayətinin təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 1075/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddiadan imtina edillməsi haqqında ərizə göndərərək tərəflər arasında qarşılıqlı razılaşma əldə edilməsini bildirərək, mülki işə dair Göygöl Rayon Məhməkəsinin 16 sentyabr 2020-ci il tarixli, 2(066)-443/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və həmin qətnamədən Bank tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar başlanılmış 2(104)-139/2023 nömrəli mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 tərəflər arasında qarşılıqlı razılaşma əldə edildiyini bildirərək, iddia tələbindən imtina edildiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri qaydada lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbyacan Respublikası 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib apelyasiya şikayətinin dəlillərini və iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsini mülki iş materialları ilə əlaqəli araşdırıb, işin hallarına mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina etməsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 47-ci və 52.1-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiadan imtina etmə, bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsində deyilir ki, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinin tələbinə görə iddiaçının iddiadan imtina etməsi o halda qəbul edilmir ki, iddiadan imtina etmə qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsində göstərilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Göygöl Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(066)-443/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq» Bankının Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbindən imtina etməsi qəbul edilsin və bu əsasa görə iş üzrə icraata xitam verilsin. Bu qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-139/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-139/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver