Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1390/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(013)-270/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 25 avqust 2017-ci il tarixli 003965 nömrəli bank xidmətləri müqaviləsinə 25 avqust 2017-ci il tarixli KM034T08170063 nömrəli Əlavədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 29 faiz ödəmək şərti ilə 24 ay müddətinə 950 manat kredit açılmışdır.
2. Maliyyə arayışından görünür ki, Cavabdeh 818,33 manat əsas, 1003,63 manat faiz, 757 manat cərimə, gecikdirilmiş vaxt üçün 113,74 manat olmaqla, cəmi 2692,70 manat ödənilməmiş borc var.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 818,33 manat əsas, 1003,63 manat faiz, 757 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 113,74 manat və ödənilmiş 46,93 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2017-ci il tarixli 003965 nömrəli bank xidmətləri müqaviləsinə 25 avqust 2017-ci il tarixli KM034T08170063 nömrəli Əlavəyə əsasən sonuncuya illik 29 faiz ödəmək şərtilə 24 ay müddətinə 950 manat kredit açılmışdır. Kredit müqaviləsinə əsasən borclu müəyyən edilmiş müddətdə krediti və ona hesablanacaq faizləri ödəməmişdir. Nəticədə 818,33 manat əsas, 1003,63 manat faiz, 757 manat cərimə, gecikdirilmiş vaxt üçün 113,74 manat olmaqla, cəmi 2692,70 manat ödənilməmiş borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şihafi xəbərdarlıq və yazılı bildirişlər göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.
5. Ağdam Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(013)-270/2023 nömrəli qətnaməsi (hakim R.Məmmədov) ilə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı cavabdehdən 818,33 manat əsas borcun, 1003,63 manat faiz, 757 manat cərimə borcunun və 113,74 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2692,70 manat və ödənilmiş 46,93 manat dövlət rüsumunun tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi; İş üzrə ödənilmiş 46,93 (qırx altı manat doxsan üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373, 375, 377, 385, 386.1, 739 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 213-214, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, bank tərəfindən Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi ilə 18 avqust 2022-ci il tarixdə məhkəmədə iddia qaldırılmış, lakin Ağdam Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardada əsasən Cavabdeh rəsmi qeydə alındığı ünvan işğaldan azad edilən ərazi olduğundan faktiki yaşayış yeri yoxdur. Ona görə də bank tərəfindən Ağdam rayon İcra Hakimiyyətinə 11 avqust 2022-ci il tarixli sorğu göndərilmiş və cavab 30 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Bank ilkin olaraq məhkəməyə vaxtında müraciət etmişdir. İş materiallarına əlavə olunan kassa-məxaric orderinə əsasən 25 avqust 2017-ci il tarixdə bank tərəfindən Cavabdeh 950 manat verilmiş, sonuncu da kassa məxaric orderini imzalamaqla həmin məbləği almasını təsdiq etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, 30 yanvar 2019-cu il tarixdə edilən ödəniş nəzərə alınmamışdır. Qeyd olunan tarixdəki ödəniş nəzərə alınsa bu halda iddia müddəti keçmir. X1 məhkəmə kollegiyasından qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 372 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
13. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
14. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
15. Maddə 375 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
17. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) ZeynalovSeymur Bunyət oğlu tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.
32. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas yoxdur.
33. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25 avqust 2017-ci il tarixli 003965 nömrəli bank xidmətləri müqaviləsinə 25 avqust 2017-ci il tarixli KM034T08170063 nömrəli əlavəyə əsasən sonuncuya illik 29 faiz ödəmək şərti ilə 24 ay müddətinə 950 manat kredit açılmışdır. Borcalan müqavilə üzrə götürmüş öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia müddətinin tətbiqi barədə Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə ərizəsini nəzərə alaraq iddianı rədd etmişdir.
34. Bu qətnamənin 31-ci bəndində qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir və apellyasiya şikayətinin ilkin olaraq 18 avqust 2022-ci il tarixdə məhkəmədə iddia qaldırılması, Ağdam Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması, həmin qərardadda Cavabdeh rəsmi qeydə alındığı ünvanın işğaldan azad edilən ərazi olduğundan faktiki yaşayış yeri yoxdur qeyd olunması,. Bu səbəbdən bank tərəfindən Ağdam rayon İcra Hakimiyyətinə 11 avqust 2022-ci il tarixli sorğu göndərilməsi və 30 sentyabr 2022-ci il tarixdə cavab daxil olması dəlilərini qətnamənin ləğvi üçün əsas saymır. İşdən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 25 avqust 2017-ci il tarixli 003965 nömrəli bank xidmətləri müqaviləsi üzrə öhdəliyin son icra müddəti 25 avqust 2019-cu il tarix müəyyən olunmuş və son ödəniş 30 yanvar 2019-cu il tarixdə olmuşdur. Kreditor isə hazırk iddia ilə 16 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi üç illik iddia müddəti küçdikdən sonra məhkəməyə müraciət olunmuşdur. Cavabdehin faktiki yaşayış yerinin müəyyən olunması ilə bağlı 11 avqust 2022-ci il tarixdə Ağdam rayon İcra Hakimiyyətinə sorğu verilməsi və 30 sentyabr 2022-ci il tarixdə cavab daxil olmasına münasibətdə kollegiya qeyd edir ki, bundan əvvəldə qeyd olunduğu kimi müqavilə üzrə son ödəniş 30 yanvar 2019-cu il tarixdə olmuşdur. Borcalan tərəfindən öhdəliyin icrası müqavilə şərtlərinə zidd olaraq həyata keçirilməsi kreditora qeyd olunan tarixdən bəlli olsada, lakin kreditor barcalanın faktiki yaşayış yerinin müəyyən olunması barədə vaxtında tədbir görməmişdir. Eləcədə kollegiya hesab edir ki, 30 yanvar 2019-cu il tarixlı son ödəniş nəzərə alınsa belə iddia ərizəsi üç illik müddət ötürülməklə verilmişdir. Apellyasiya şikayətinə əlavə olunmuş və Ağdam Rayon Məhkəməsinə ünvanlanmış poçt göndərişinə dair xəbərnamədə xx.xx.2022-cil qeyd olunsada, lakin həmin sənədin pçta təqdim olunması və qəbulu barədə heç bir qeyd (sənədin hansı tarixdə qəbulu barədə təsdiqləyici ştampın vurulması) mövcud deyil.
35. Kollegiya qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
36. Eləcədə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
37. Beləliklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 2(013)-270/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.