Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1393/2024 03.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1na, Cavabdeh2 və “X3 Kompleksi” MMC-nin hüquqi varisi Cavabdeh3 MMC-yə qarşı hərəkətin qanunsuz hesab edilməsi və pulun tutulması tələbi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin, “X3 Kompleksi” şirkəti tərəfindən, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 23A/5, mənzil 22-də yaşayan Cavabdeh2 tərəfindən, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorunun məsuliyyətsizliyi sayəsində özgəninkiləşdirilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsinə, «Opel Omega» markalı, 2*-CL-328 dövlət qeydiyyat nişanlı avtomobilin razılaşdırılmış satış qiyməti olan pulun, 8*** ABŞ dollarının müştərək olaraq “X3 Kompleksi” şirkətinin hüquqi varisi Cavabdeh3ndən, Cavabdeh2, Gəncə Şəhər 2 saylı Dövlət Notariat Kontorundan onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin *7.*3.2*24-cü il tarixli, 2(1*4)-88*/2*24 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 29.*3.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı yenidən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Gəncə Şəhər Məhkəməsinin 15.*4.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, müddətin buraxılmamış hesab edilməsi və apellyasiya şikayətinə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 29.*4.2*24-cü il tarixli, 2(1*4)-1191/2*24 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin 1*.*5.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsi İddiaçı “Elektron Kabinetinə” 26.*1.2*24-cü il tarixdə yerləşdirilmiş, (iş materialları səhifə 192), *8.*2.2*24-cü ildə məhkəmə bildirişinə imza edilməklə, ona təqdim edilmiş, 14.*2.2*24-cü ildə isə şəxsən məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Apellyasiya şikayəti isə, (sonuncu) *2.*5.2*24-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin:- 36*-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1-ci və 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Göründüyü kimi, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsi İddiaçı “Elektron Kabinetinə” 26.*1.2*24-cü il tarixdə yerləşdirilmiş, (iş materialları səhifə 192), *8.*2.2*24-cü ildə məhkəmə bildirişinə imza edilməklə, ona təqdim edilmiş, 14.*2.2*24-cü ildə isə şəxsən məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətini *2.*5.2*24-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə imzalanmışdır ki, bununla qanunla nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüş və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi isə, verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğununu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 36*, 363- 366 və 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-224/2*24 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 1* gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1* gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1393/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1393/2024
03.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver