Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-14/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(021)-765/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin (hakim C.Tağıyev) 06 aprel 2018-ci il tarixli, 2(021)- 765/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 22 aprel 2014cü il tarixli, 014 nömrəli kredit müqaviləsi üzrə 15000 manat əsas, 1040 manat faiz borcu, cəmi 16040 (on altı min qırx manat) manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə verilməsi, tutmanın 22 aprel 2014-cü il tarixli, 014İ nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən 0,08 ha torpaq səhəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin 0,08 ha torpaq səhəsi ilə birlikdə açıq hərracdan satılması, həmin fərdi yaşayış evinin 0,08 ha torpaq səhəsi ilə birlikdə ilkin satış qiymətinin 23500 (iyirmi üç min beş yüz) manat olmaqla, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsi üzrə ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsaitin ipoteka qoyan Cavabdeh qaytarılması, həmin fərdi yaşayış evinə tutma yönəldikdə və açıq hərracda satıldıqda ən geci bir ay ərzində fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(021)-765/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. işin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15000 manat əsas, 1478.60 manat faiz borcu, cəmi 16478.60 (on altı min dörd yüz yetmiş səkkiz manat 60 qəpik) manat kredit borcunun, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində müəyyən edilməsi və həmin fərdi yaşayış evi satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra evdə qeydiyyatda olan və qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddianı müdafiə edib izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 6 faiz olmaqla 18 ay güzəştlə, 36 ay müdətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliyinin icrasının təmin etmək məqsədi ilə 22 aprel 2014-cü ildə iddiaçı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, Cavabdeh məxsus Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh iddiaçıya 15.000 manat əsas, 1478.60 manat faiz borcu, cəmi 16478.60 (on altı min dörd yüz yetmiş səkkiz manat altmış qəpik) manat kredit borcu qalmışdır. Cavabdehə dəfələrlə kreditin ödənilməsi üçün xəbərdarlıqlar edilməsinə baxmayaraq, kredit müqaviləsindən irəli gələn öhdəliklərini könüllü olaraq icra etməmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətiilə 22 aprel 2014-cü il tarixli kredit müqaviləsi bağlayaraq ilik faiz dərəcəsi 6 faiz olmaqla 18 ay güzəştlə, 36 ay müddətinə 15.000 (on beş min) manat kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka iə yüklü edilmişdir. Kredit borcundan çox hissəsini ödəmiş, banka borclu qaldığı kredit borcunu hissə-hissə ödəyəcəkdir. Kredit borcunun ipoteka predmetinə yönəldilməməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən əsassız və qanunsuzdur. Belə ki, banka borclu olduğu pulu maddi imkanı olmadığı üçün tam ödəyə bilməmişdir. Hazırda ürək xəstəliyindən əziyyət çəkir, müalicə olunmaq üçün xeyli məbləğdə pul xərcləmişdir. Qətnamədə göstərilən məbləği hissə-hissə ödəyəcəkdir. Tələbin faiz hissəsinə və borcun ipoteka predmetinə yönəldilməsinə etiraz etdiyini bildirmişdir. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(021)-765/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-cı mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun müəyyən edildiyi və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlayır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 014 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 18 ay güzəştlə, 36 ay müddətinə illik faiz dərəcəsi 6 faiz olmaqla 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir; İş materiallarına əlavə edilmiş 22 aprel 2014-cü il tarixli, 014İ saylı ipoteka müqaviləsindən ğörünür ki, Cavabdeh məxsus Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi aşayış evi 22 aprel 2014-cü il tarixli, 014 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir; İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya HX № ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində yerlşən fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə 24 aprel 2014-cü il tarixli, 014 saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-cı il tarixə kimi 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, 1261 nömrəli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında cavabdeh bildirişi tarixdə almışdır; İş materiallarına əlavə edilmiş tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında xx.xx.2016-cı il tarixli, 1477 nömrəli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2016-cı il tarixdə DƏDRX-nin 7 saylı ərazi idarəsində Qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 3480 saylı rəyi ilə müəyyən edilir ki, iş materiallarında olan kassa mədaxil qəbzləri, hesabdan çıxarış məlumatları, 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2016-cı il tarixədək ümumilikdə əsas kredit borcu üzrə 15.000 manat, faiz borcu üzrə 1040 manat borcu vardır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, G-12/276 saylı rəydən görünür ki, Bərdə rayonu, Şirvanlı kəndində Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 50.000 manat, likvid qiyməti 40.000 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikаyətinin dəlillərini iş üzrə toplаnmış sübutlаrlа əlаqəli şəkildə tədqiq edib, аşаğıdа qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmələr tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli, 014 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 6 faiz olmaqla 18 ay güzəştlə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdehin öhdəliyinin icrasının təmin etmək məqsədi ilə 22 aprel 2014-cü ildə iddiaçı ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, cavabdehə məxsus Bərdə rayonu, Şirvanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya kredit borcu qalmışdır. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdıraraq hesab edir ki, cavabdeh kredit müqaviləsinə əsasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onun banka borcu yaranmış, cavabdehə borcunu ödəməsi üçün məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 429.1.3-cü maddəsinə əsasən, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, qeyd edilən ünvandakı daşınmaz əmlak ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka predmetinə yönəldilməsini, həmin əmlakın açıq hərracda satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin kredit müqaviləsi üzrə borc məbləğinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, yəni kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcunun məbləğinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mülki işin materiallarında olan kredit müqaviləsi, şəxsi hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, faiz borcunun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 6 faiz olmaqla 18 ay güzəştlə, 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımi qaydada icra etməmiş, ödənişlərin ödənilməsi qaydasını pozmuş və qrafikə uyğun ödənişləri aparmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən ödənilməmiş borcu müəyyən etmək üçün ekspertiza tədqiqatı keçirilmiş və təqdim edilmiş ekspert rəyi ilə Cavabdeh xx.xx.2016-cı il tarixədək ümumilikdə əsas kredit borcu üzrə 15.000 manat, faiz borcu üzrə 1040 manat borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Belə ki, məhkəmə tərəfindən ekspertiza qarşısında qoyulmuş suallara əsaslandırılmış cavablar verilmiş, ekspert rəyi kifayət qədər tam və aydındır. Odur ki, cavabdehin banka olan ödənilməmiş faiz borcu tələb edilən miqdardadır. Borcun hissə-hissə ödənilməsi barədə cavabdehin apelyasiya şikayətin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətin qeyd olunan dəlili işin hazırkı mərhələsində təmin oluna bilməz. Hazırkı işin predmeti kreditorla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc tələbidir. Qətnamənin hissə-hissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi borcun hissə-hissə ödənilməsi, yalnız qətnamənin icrası qaydasında mümkündür. “İpoteka haqqında” Qanunun 4-cü maddəsinə əsasən, ipoteka saxlayanın tələbi əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Həmin Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2.4-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası barədə məlumatlar əks olunmalıdır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasынı tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 014i saylı ipoteka müqaviləsi, müqavilə tərəflərinin iradə ifadəsinə uyğun bağlanmış və həmin müqavilə rəsmiləşdirilən zaman tərəflər, müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər. “İpoteka haqqında” Qanunun 39.3-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Şirvanlı kəndində yerləşən fərdi yaşayış evinin 0.08 ha torpaq sahəsi ilə birlikdə ilkin satiş qiymətinin (likvid qiymətinin) müəyyən edilməsi məqsədi ilə fərdi yaşayış evinin müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməsi qənaətinə gəlmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, G-12/276 saylı rəydən görünür ki, Bərdə rayonu, Şirvanlı kəndində Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiyməti 50.000 manat, likvid qiyməti 40.000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş rəy əsaslıdır. Belə ki, mövcud likvid dəyəri fərdi yaşayış evinin sahəsi, otaqların sayı, yerləşdiyi yer və təmir vəziyyəti əsas götürülməklə müvafiq tədiqiqat aparılmış və qiymətləndirmə zamanı mütəxəssis düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənləri və işin faktiki hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müstəqil qiymətləndirici tərəfindən göstərilmiş məbləğdə, yəni 40.000 (qırx min) manat dəyərində müəyyən edilməlidir. Beləliklə, apelyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib, birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli, 2(021)-765/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilsin. İpoteka predmeti olan Bərdə rayonu, Şirvanlı kəndində Cavabdeh mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh müştərək qaydada alınaraq, "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2(104)-14/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-14/2023
17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver