Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-140/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-365/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 23.05.2023-cü il tarixli cinayət işinin rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
2. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh izahatı almaq mümkün olmamaş, sonuncu ilə ona məxsus ********** saylı mobil telefon ilə əlaqə saxlayan zaman qarşı tərəfə olan borcunu sözlə ifadə etsə də, lakin qarşı tərəfə olan borcunun ödəməsi barədə əlində heç bir dəlil və sübut olmadığını bildirmişdir. Cavabdeh ilə olan mobil telefon danışıqları arayış tərtib edilərək, toplanmış materiala əlavə edilmişdir.
3. İddiaçı Şəmkir rayon Polis şöbəsinə Cavabdeh barəsində şikayət etmiş və araşdırma zamanı cavabdehin izahatı alınmışdır. Həmin izahatda cavabdeh bildirmişdir ki, o, Xaliqi 17-18 ildir ki, tanıyır və onu işçisinə görə tanımışdır. Onun Xaliqə 1500 manat borcu olmuşdur. O Xaliqə bu günə qədər 800 manat bir, 200 manat bir vermişdir. Onun Xaliqə 500 manat borcu qalmışdır. Onu da pulu olanda verəcəkdir.
4. xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, cavabdehin köhnə qalıq borcundan 9517 manat və 800 manat borcu vardır.
5. 01 ədəd “CD” diskdə olan səs yazısından görünür ki, iddiaçı tərəfindən verilən suallara cavab olaraq onun iddiaçıya 10000 (on min)-ə yaxın köhnə borcunun olmasını həmçinin 800 manat borcunun olmasını cavabdehin qəbul etdiyi öz əksini tapmışdır.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-cü il tarixli, 4/1802- 4/1929 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd "BİNGO" markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusuz ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10317 manat pulun, həmçinin məhkəməyə verilmiş iddiaya görə ödənilmiş 121 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçıya olan 10.317 manat borcunu ödəmədiyindən və müxtəlif bəhanələrlə ödəməkdən yayındığından iddiaçı məcbur qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, iddiaçı, İddiaçı “Sədərək TM”-də ticarətlə (tül, pərdə satışı) məşğuldur. Cavabdeh Şəmkir şəhər sakini Cavabdeh ilə 2015- 2016-cı illərdən 2021-ci ilə qədər alver etmişdir. Aybəniz bu münasibətlərdən istifadə etdi və iddiaçını aldadaraq əmlakını ələ keçirdi. Belə ki, 2017-ci ildən etibarən Cavabdeh iddiaçıya maddi durumunun ağır olduğunu bildirmiş və aralarında aldığı malların dəyərini ödəyəcəyinə söz versə də vədinə əməl etməmiş və iddiaçının 10.317 manat dəyərində pulunu ələ keçirmişdir. Dəfələrlə ondan pulunu tələb etməyinə baxmayaraq onu hər də müxtəlif bəhanələrlə aldatmaqla yola vermişdir, hələ də pulunu ödəmir və telefonlarına cavab vermir. 24 sentyabr 2022-ci ildə onunla baş tutmuş axırıncı telefon danışığında o iddiaçıya yenə tutarsız bəhanələr gətirmiş, ondan pulumu israrla tələb etdiyinə görə o, heç bir borcu olmadığını bildirməklə borcunu inkar edəcəyini, yaşlı arvad olmaqla heç bir polisin və ya orqanın onu tutmayacağını bildirdi. Cavabdeh müxtəlif vaxtlarda ondan aldığı malların siyahısını aşağıdakı qaydada təqdim edir: -22 dekabr 2017-ci ildə 8.140 manatlıq mal vermişdir. 12 yanvar 2018-ci ildə malın pulundan qalan həmin borcdan 2.000 manat qaytarmışdır. Daha sonra dəyəri 6.518 manat olan yeni mal götürərək qalıq bocla (6.140 manat) birlikdə 12.658 manat borcu yaranmışdır. -12 fevral 2018-ci ildə cavabdeh ümumi borcdan 2.600 manat qaytarmışdır. Daha sonra dəyəri 1.585 manat olan yeni mal götürərək qalıq borcla (10.058 manat) birlikdə 11.643 manat borcu qalmışdır. -27 fevral 2018-ci ildə cavabdeh iddiaçıdan dəyəri 263 manat dəyərində yeni mal götürmüş yekun borcu 11.906 manat təşkil etmişdir. -23 mart 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat qaytardı. Daha sonra dəyəri 1991 manat olan yeni mal götürərək qalıq borcla (9.906 manat) birlikdə ümumi borcu 11.897 manat təşkil etmişdir. - 30 mart 2018-ci ildə cavabdeh dəyəri 220 manat olan yeni mal götürmüş və ümumi borc 12.117 manat olmuşdur. -4 aprel 2018-ci ildə cavabdeh 60 manat məbləğində yeni mal götürmüş və ümumi borc 12.177 manat olmuşdur. -01 may 2018-ci ildə cavabdeh ümumi borcdan 2500 manat qaytarmış, dəyəri 2627 manat olan yeni mal götürmüş və qalıq borcla (9677 manat) birlikdə ümumi borc 12304 manat olmuşdur. -04 may 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır. Nəticədə ümumi borcu 10.804 manat olmuşdur. -28 may 2018-ci ildə cavabdeh dəyəri 117 manat olan yeni mal götürmüşdür. Nəticədə borcu artaraq 10.921 manat olmuşdur. -29 may 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat ödəmiş, dəyəri 1.874 manat olan yeni mal götürmüşdür. Nəticədə cavabdehin qalıq borcla (8.295 manat) birlikdə ümumi borcu 10.795 manat olmuşdur. -06 iyul 2018-ci ildə cavabdeh ümumi borcdan 2.500 manat geri ödəyərək dəyəri 7.860 manat olan yeni mal götürdü. Nəticədə qalıq borcla (8.295 manat) birlikdə ümumi borcu 16.154 manat olmuşdur. -20 iyul 2018-ci ildə cavabdeh mənə ümumi borcdan 2.000 manat qaytardı və nəticədə ümumi borc 14.154 manat təşkil etdi. -03 avqust 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytararaq dəyəri 264 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla (12.654 manat) birlikdə ümumi borcu 12.918 manat təşkil etmişdir. -28 avqust 2018-ci ildə cavabdeh 4.500 manat ümumi borcdan ödəyərək dəyəri 3924.80 manat olan yeni mal götürmüş və nəticədə qalıq borcla (8.418) birlikdə ümumi borcu 12342.80 manat təşkil etmişdir. -08 oktyabr 2018-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat ödəmişdir. -26 oktyabr 2018-ci ildə cavabdeh ümumi borcdan 1.000 manat ödəmişdir. -25 dekabr 2018-ci ildə cavabdeh ümumi borcdan 2.000 manat ödəmiş və dəyəri 1049.20 manat olan yeni mal götürmüşdür. Bununlada qalıq borcla (7.842 manat) birlikdə cavabdehin ümumi borcu 8.892 manat təşkil etmişdir. - 4 yanvar 2019-cu ildə cavabdeh mənə ümumi borcdan 1.000 manat ödəyərək dəyəri 1.004 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla (7.892 manat) birlikdə ümumi borcu 8.896 manat təşkil etmişdir. -12 aprel 2019-cu ildə cavabdeh ümumi borcsan 1.300 manat ödəyərək dəyəri 934 manat olan yeni mal götürmüşdür.Bununla da qalıq borcla ( 7.596 manat) birlikdə ümumi borcu 8.5.30 manat təşkil etmişdir. -25 may 2019-ci ildə cavabdeh ümumi borcdan 194 manat ödəmişdir.Ümumilikdə borcu 8.336 manat təşkil etmişdir. -26 iyul 2019-cu ildə cavabdeh dəyəri 1.203 manat olan yeni mal götürmüş və ümumi borcu 9.539 manat olmuşdur. Həmin gün cavabdeh 1.500 manat ödəmişdir. Bununla da ümumi borcu 8.039 manat təşkil etmişdir. -01 sentyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 800 manat qaytarmışdır. -27 sentyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.560 manat qaytarmış, dəyəri 4.732 manat olan yeni mal götürmüşdür. Nəticədə qalıq borcla ( 5.679 manat) birlikdə ümumi borcu 10.411 manat təşkil etmişdir. -15 oktyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.000 manat qaytarmışdır. -29 oktyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 2.200 manat qaytarmışdır. Dəyəri 2.861 manat olan yeni mal götürərək qalıq borcla (7.211 manat) birlikdə ümumi borcu 10.072 manat təşkil etmişdir. -25 noyabr 2019-cu ildə cavabdeh ümumi borcdan 1.000 manat qaytarmışdır. -6 dekabr 2019-cu ildə cavabdeh ümumi borcdan 2.072 manat qaytararaq dəyəri 4.918 manat olan yeni mal götürmüşdür. Nəticədə cavabdehin qalıq borcla (7.000 manat) birlikdə ümumi borcu 11.918 manat təşkil etmişdir. -23 yanvar 2020-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır - 16 mart 2020-ci ildə cavabdeh ümumi borcdan 1.500 manat qaytarmışdır. -28 may 2020-c ildə cavabdeh ümumi borcdan 45 manat qaytarmışdır. -05 oktyabr 2020-ci ildə cavabdeh ümumi borcdan 333 manat qaytararaq dəyəri 2.577 manat olan yeni mal götürmüşdür. Bununla da cavabdehin qalıq borcla( 8.540 manat) birlikdə ümumi borcu 11.117 manat təşkil etmişdir. -24 noyabr 2.020-ci ildə cavabdeh ümumi borcdan 160 manat qaytarmışdır. Nəticədə ümumi borcu 10.957 manat təşkil etmişdir. Bundan sonra iddiaçı Cavabdeh ilə razılaşdı ki, borcun qalan məbləğinin ödənilməsini necə daha tezləşdirə bilərik? Və qərara gəldilər ki, Aybəniz hər dəfə iddiaçıdan mal aldıqca malın qiymətindən daha artıq məbləğ ödəsin və bununla da borc daha qısa müddətdə qapanmış olsun. Bu razılaşmadan sonra Aybəniz ümumi borcdan 1.440 manat ödədi. Nəticədə Aybəniz ümumi borcu 9.517 manata endirdi. 12 iyul 2021- 23 yanvar 2021-ci il aralığında cavabdeh dəyəri 13.045 manat olan yeni mal götürmüş, lakin aralarındakı razılaşmaya uyğun hərəkət etməyərək götürdüyü malın məbləğindən daha az məbləği, yəni 12.245 manat ödəmişdir. Nəticədə, bu hesabdan da 800 manat qalığı qalmışdır. Ümumilikdə, köhnə ümumi borcla (9.517 manat) yeni hesablaşmadan qalan qalıq borc (800 manat) cəmi 10.317 manat təşkil etmişdir.
9. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-365/2024 nömrəli qətnaməsi (hakim Tahir Qubadov) ilə, iddianın təmin edilməsi, 10317 (on min üç yüz on yeddi) manat məbləğində pul vəsaiti və 121 (yüz iyimi bir) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.2, 442, 567, 600.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-365/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o Şəmkir RPŞ-də araşdırma zamanı və məhkəmə iclasında da iddiaçının tələbinin qismən əsaslı olduğunu, onun yalnız 500 manat borcunun olduğunu qeyd etmişdir. Lakin, məhkəmə tərəfindən qətnamə çıxarılarkən iddiaçının təqdim etdiyi əsassız sübutlara istinad edilməklə onun iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsində iddiaçı guya onun ondan aldığı və borcunu qaytardığı malların siyahısı kimi məhkəməyə siyahı təqdim edərək, ona 10317 manat borcunun qaldığını iddia etmişdir. Halbuki, həmin siyahının nə olduğu, kimin tərəfindən tərtib edildiyi, hansı borc üçün tərtib edildiyi heç bir şəkildə müəyyən edilməmişdir. İddiaçı məhkəməyə siyahı təqdim etsə də, o siyahıda onun iddiaçıya borcu olması barədə onun heç bir imzası və ya yazılı qeydi yoxdur. İddiaçı Şəmkir RPŞ-nə onun barəsində şikayət etdikdə də, o eyni izahatı verərək, ona 500 manat borcunu qaldığını bildirmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarda da onun iddiaçıya 500 manat borcunun olduğu müəyyən edilmişdir. Lakin, məhkəmə yalnız iddiaçının təqdim etdiyi həmin siyahıya və mənbəyi bəlli olmayan CD diskdə olan səs yazısına istinad etməklə əsassız olaraq onun 500 manat borcu qaldığı halda ondan iddiaçının xeyrinə 10317 manat pul tutulması qənaətinə gəlmişdir. Halbuki, iddiaçının təqdim etdiyi CD diskdə olan səs yazısının kimə məxsus olması, hansı şəraitdə və kim tərəfindən yazılması bəlli deyil. Onun iddiaçıya 500 manat borcum qaldığı halda o necə olar ki, ona 10000-ə yaxın köhnə, həmçinin 800 manat borcunun olmasını bildirərdi. Lakin, məhkəmə tərəfindən qeyd edilən halların heç biri araşdırılmadan, ümumiyyətlə onların ətraflı izahatları alınmadan, səthi araşdırma aparılmaqla qətnamə qəbul edilmişdir. Hesab edir ki, hazırki iş üzrə müvafiq ekspertiza təyin edilməli və səs yazısının kimə məxsus olması müəyyənləşdirilməli idi. O iddiaçı ilə nə vaxtsa telefonla danışmış olsa belə, ona heç vaxt 10.000-ə yaxın köhnə, həmçinin 800 manat borcunun olmasını bildirməmişdir. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən yalnız iddiaçının təqdim etdiyi mötəbər olmayan, heç bir dəlilə əsaslanmayan sübutlara istinad edilməklə qətnamə çıxarılmışdır. Məhkəmə tərəfindən ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (əri) X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, İddiaçı ilə ticarət etmişlər. Malları nisyə almışlar və satışlar olduqca borclarını vemişlər. İddiaçıya bir o qədər borcları yoxdur. Aralarında 4500 manatlıq ticarət olmuşdur. İddiaçıya 1500 manat borcları olmuş, həmin borcdan da 800 manat və 200 manat qaytarmışlar. Hazırda isə cəmi 4500 manat dəyərində borcu iddiaçıya qaytara bilər. CD diskdə olan səs yazısı arvadı Cavabdeh məxsusdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
15. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
21. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
39. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-365/2024 nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı Sədərək Ticarət Mərkəzində pərdə-tül satışı ilə məşğul olmuş, iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.
42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
43. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
44. Mülki Məcəllənin 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
45. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
46. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
47. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
49. Məhkəmə araşdırması zamanı və polis orqanlarında araşdırma olan zaman cavabdeh iddiaçı ilə aralarında alğı-satqı olduğunu etiraf etmiş, hazırkı borcunun isə 500 manat olduğunu bildirmişdir.
50. İddiaçı tərəf nisyə satılmış malların qarşılığında pulun verilməməsinə dair sübutlarını, yəni Cavabdeh malları alaraq əmlakların dəyərini ödəməməsinə dair səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Həmin sübutlarla müəyyən olunur ki, iddiaçı tərəfindən verilən suallara cavab olaraq onun iddiaçıya 10.000 (on min)-ə yaxın köhnə borcunun olmasını həmçinin 800 manat borcunun olmasını cavabdehin qəbul etdiyi öz əksini tapmışdır.
51. Belə ki, məhkəmə kollegiyasına xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında iddiaçının və cavabdehin nümayəndəsinin (ərinin) razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazıları və tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazıları”ndan ümumilikdə müəyyən olunur ki, iddiaçı köhnə borcdan əlavə 800 manat borcun verilməsini istəyir, cavabdeh isə toy məclisinin olacağına görə hazırda verə bilməyəcəyini bildirir, iddiaçı isə cavabdehin dediklərinə etiraz edir. Daha sonra iddiaçı köhnədən 10.000 manat borcun qaldığını bildirir, cavabdeh isə iddiaçının dediklərinə etiraz etmiyərək “yaxşı” deyərək dialoqu sonlandırır.
52. Göründüyü kimi, həmin səs yazısında iddiaçı tərəfindən verilən suallara cavab olaraq onun iddiaçıya 10.000 (on min)-ə yaxın köhnə borcunun olmasını həmçinin 800 manat borcunun olmasını cavabdehin qəbul etdiyi öz əksini tapmışdır. Hansı ki, cavabdeh telefon danışığında iddiaçının bildirdiklərinə etiraz etməmiş və toydan sonra borcunu qaytaracağını bildirmişdir.
53. Həmçinin, tərəflərin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazıları”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
54. Azərbaycan Respublikasının MPM-in 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
55. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).
56. Azərbaycan Respublikasının MPM-in 76, 80, 81, 88 və 95-ci maddələrinin tələbləri baxımından əgər məhkəmə hər hansı sübutu qəbul edərək, iş materiallarına əlavə edibsə işdə olan sübutlara həmin sübutların qanuniliyi (qanunvericilik baxımından sübut kimi qəbul olunmasının yolverilənliyi), aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Əgər təqdim olunan sübut elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılara aiddirsə məhkəmə MPM-in 175-ci maddəsinə əsasən işə baxarkən həmin sübutu bilavasitə tədqiq etməyə borcludur və bu zaman, həmçinin MPM-in 95, 200 və 203-cü maddələrində müəyyən edilmiş qaydaları nəzərə almalıdır.
57. Sadalanan hüquq normaları və işin müəyyən olunmuş halları iddianın təmin edilməsini şərtləndirir. Belə ki, cavabdeh həm birinci instansiya məhkəməsinin iclasında, həm də apellyasiya instansiyası məhkəməsində iddianı etiraf etməsə belə kollegiya onun bu izahatını inandırıcı qəbul etmir. Çünki, cavabdeh dəlillərində cəmi 500 manat borcunun qaldığını bildirsə də, səs yazılarında isə 10.000 və 800 manat borcunun olması müəyyən edilmişdir.
58. Bundan sonra məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh nümayəndəsi qeyd edilən səs yazılarının cavabdehə məxsus olmadığını bildirmiş və buna görə də məhkəmə kollegiyası tərəfindən də iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilmiş, keçirilmiş ekspertin xx.xx.2025-ci il tarixli, 4/1802-4/1929 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 01 ədəd “BİNGO” markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi X2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 01 ədəd "BİNGO" markalı CD-R diskdə olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusuz ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
59. Nəzərə almaq lazımdır ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərilmişdir ki, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir.
60. Məhkəmə ekspertizası fəaliyyəti insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin və texnikanın müasir nailiyyətlərindən istifadə edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi, hərtərəfliliyi və tamlığı prinsiplərinə əsaslanır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4 və 7-ci maddələri)
61. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
62. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
63. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, rəy verərkən xüsusi texniki vasitələrdən istifadə edilmişdir.
64. Qeyd olunan hallardan göründüyü kimi, cavabdeh təqdim edilmiş “CD” diskdə olan audio-səs yazılarında 10.000 və 800 manat borcunun olmasını etiraf etmiş və həmin səs yazılarının cavabdeh tərəfindən səsləndirilməsi bir daha öz təsdiqini tapmışdır.
65. Həmçinin, məhkəmə kollegiyası bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak edən zaman iddiaçıya cəmi 500 manat borcunun olmasını bildirmiş, lakin məhkəmə kollegiyasının iclasında 4000 manat borcunun olmasını və 500 manat əlavə etməklə verə biləcəyini bildirmişdir. Beləliklə, cavabdehin tərəfin-nümayəndəsinin hər dəfə fərqli izahatlar verərək səmimi olmadığı müəyyən edilmişdir.
66. Eyni zamanda, mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaimə fakturadan görünür ki, cavabdehin köhnə qalıq borcundan 9517 manat və 800 manat borcu vardır. İşdə olan digər qaimələrdə olan ödənişləri tarixləri ilə üst-üstə topladıqda isə xx.xx.2021-ci il tarixli, ******* nömrəli qaimə-fakturadakı borc yaranır.
67. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən məhkəmələrə təqdim edilmiş qaimə fakturaları audio səs yazıları ilə paralel qiymətləndirildikdə sonuncunun verdiyi izahatlarda səmimi olması və sübutların mötəbər olması öz təsdqini tapır.
68. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
69. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.
70. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında nisyə alqı-satqının olması işin mübahisə edilməyən halıdır. Bundan başqa, cavabdeh tərəf iddiaçı tərəfindən borcun şişirdildiyini və əvvəlki məhkəmə iclasında 500 manat, daha sonra isə cəmi 4500 manat borcunun olmasını bildirmiş, həmin borcun bir hissəsinin qaytarılmasını qeyd etsədə, lakin, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də, Məhkəmə Kollegiyası cavabdeh tərəfin borcun qaytarılması barədə olan izahatına şübhə ilə yanaşır və inandırıcı hesab etmir.
71. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
72. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
73. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
78. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
79. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
82. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 250 manat cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-365/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməklə, 250 (iki yüz əlli) manat Cavabdeh tululub SAP (XİİS), X6, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.