Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1404/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlaka çəkilmiş xərcin bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X3, nümayəndəsi (vəkili) Nümayəndə1 Fərhad oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı birgə nikah dövründə qazanılmış əmlakın və tikilmiş evə xərclənilən xərcin bölünməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur.
2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-1303/2021 saylı qətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş uşaqların X3 yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat alimentin alınıb X4 verilməsi qət edilmişdir.
3. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında bağlanmış rəsmi nikah qeydi xx.xx.2021-ci il tarixdə pozulmuşdur.
4. Bayramlı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi elektron xəritəyə əsasən Bayramlı Bələdiyyəsinin mülkiyyətinə perspektiv ehtiyat inkişaf fondu kimi ayrılmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2383 nömrəli ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilmişdir. Həmin tikinti işlərinin hansı illərdə aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat aparılmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsinə iki nəfər uşaqları ilə birgə paylarının tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə evlənmiş, gəlin kimi cavabdehin ata evinə köçmüşdür. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdehlə məhkəmə qaydasında ayrılmış və uşaqlar onun yanında qalmışdır. Cavabdehlə birgə nikahda olduqları zaman Şəmkir rayon Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan 0.25 ha torpaq sahəsində 3 yataq otağı, 1 zal, sanitar qovşağı və 11 metr uzunluğunda tövlə, əlavə olaraq ayrıca 2 otaqdan ibarət yarımtikili inşa etmişlər. Həmin evi 2007-ci ildə, yəni birgə nikahda olduqları vaxt inşa etməyə başlamış, birgə təsərrüfatı idarə etdiklərindən bir neçə ilə evin inşası başa çatmışdır. Həmin evin tikilməsinə 70.000 manat pul xərcləmişlər. Buna baxmayaraq, cavabdeh onun evə köçüb yaşamasına imkan vermir. Bu səbəbdən evin inşasına çəkilmiş vəsaitdən onun payına düşən hissənin cavabdehdən alınmasını istəyir. Hesab edir ki, iki nəfər uşaqları onunla birlikdə yaşadıqlarından evə çəkilmiş xərcin 2/3 hissəsi ona verilməlidir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsinə iki nəfər uşaqları ilə birgə paylarının tanınması, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların onunla qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 Fərhad oğlu Azərbaycan Respublikasının MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə çəkilmiş 70.000 manat xərcin birgə nikahdan doğulmuş uşaqların iddiaçı ilə qalması nəzərə alınaraq 2/3 hissəsinin, yəni 46.660 manat pulun, 50 manat mediasiya xərcinin və 179 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
9. Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə etiraz verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən X5 ilə xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Lakin 2020-ci ilin sentyabr ayında iddiaçının təqsiri ucbatından ailə münasibətləri pozulmuş və məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Qeyd edir ki, onun rəsmi olaraq iş yeri olmadığından həmkəndlilərinin evlərində və təsərrüfatlarında iş olduğu halda günəmuzd işləməklə əldə etdə etdiyi cüzi əmək haqqı ilə 4 nəfərdən ibarət ailəsinin hər gün artan maddi təminatlarını ödəməyə çalışmışdır. İddiaçının qeyd etdiyi fərdi yaşayış evinin inşası üçün ailəsinin maddi ehtiyatı olmadığına görə həmin kənddə yaşayan, ondan böyük qardaşı Qafur Məmmədovdan hissə ilə borc pul götürərək tikinti materialları alıb özü ilə birgə işləyən fəhlə və usta yoldaşlarının köməklikləri ilə bir neçə ilə əsasən tikinti işlərini inşa etdirmiş, ancaq hələ də təmir işləri yarımçıq qalmaqdadır. Həmin fəhlə və usta yoldaşları işlədikləri işlərin əmək haqqını ondan almamışlar. O da onların ayrı-ayrılıqda evlərində müəyyən işlərini icra etməklə payına düşən əmək haqqısını almamağa çalışır. Ancaq, iddiaçının iddia etdiyi evin inşası tam başa çatmamış, onunla ailə münasibətləri kənarda ünsiyyətdə olduğu başqa şəxslərin təhriki ilə pozaraq nikahlarının pozulmasına və ondan aliment almağa nail olmuşdur. Halbuki, iddiaçı ondan ayrıldığı ilk vaxtlar onunla boşanmaqdan başqa niyyətinin olmamasını, ondan heç nə tələb etməyəcəyini, ona maddi dəstək olacaq şəxslərin köməkliyi ilə özünə normal təminatlı iş qurmaqla sərbəst yaşayacağını bildirirdi. Hazırda isə heç bir hüquqi əsası olmadan ona qarşı məlum iddianı qaldırmış, ancaq tələbini sübut edəcək heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının etiraf etdiyi kimi Şəmkir rayonu Bayramlı Bələdiyəsinin balansında olan və tərəfindən zəbt edilərək fərdi yaşayış evini uzun müddətə inşa etdirdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətində olmasına dair heç bir hüquqi əsası olmamasına baxmayaraq, həmin torpaq sahəsinin də 2\3 hissəsinin bölünüb ona verilməsini hansı əsasla tələb etmişdir?. Digər tərəfdən, fərdi yaşayış evinə güya 70000 (yetmiş min) manat pul xərcləmələrini iddia etməklə 46660 (qırx altı min altı yüz altmış) manat pulun da ondan alınıb ona verilməsini tələb etməsi də tam əsassızdır. O qədər pulu o həyatında indiyə qədər əldə etməmişdir. Halbuki həmin tikililərin inşası üçün ümumilikdə kəndlərinin yaxınlığında yerləşən Zəyəm Daş karxanasından 12 avtomaşın yükü kubik qırığı adlanan ağ daş istifadə etmişlər ki, 2007-ci ildə həmin daşın bir maşının qiyməti 100 (bir yüz) manat idi ki, nəticədə 12 maşın daş üçün cəmisi 1200 (bir min iki yüz) manat pul vermişdir. Bundan başqa evin tikintisi üçün cəmisi 3 yük maşını həcmində qum istifadə olunub ki, hər maşın üçün 120 (bir yüz iyirmi) manat olmaqla 360 manat pul vermişdir. Tövlənin tikitisinə əlavə olaraq 1 maşın sarı torpaq istifadə olub ki, ona da 80 (səksən) manat pul vermişdir. Həmçinin, istifadə olunan 3 yük maşını çay daşına cəmisi 270 (iki yüz yetmiş) manat, 70 kisə sementə 350 manat, taxta əvəzinə 11 kub qələmə materialına 440 manat, 10 ədəd şamdan döşəmə taxtalarına 100 manat, 30 ədəd, hər biri 28 manatdan dəmir şiferə 840 manat, 70 ədəd pambıq şiferə 2 manatdan 140 manat, 1 cüt darvazaya 300 manat, dəmirdən ev qapısına 300 manat, 7 ədəd pəncərə üçün 600 manat, hamamın mantajına və su çəni üçün 400 manat, dülgər ustasına ayrıca 600 manat əmək haqqı olaraq verməklə iddiaçının mübahisələndirdiyi evlərinin inşasına, ustaların yeməklərini də nəzərə alınmaqla cəmisi 6500 manat pul xərcləmişdir. İddiaçı isə evi 2020-ci ildə tərk etmişdir. Hazırda qardaşından aldığı borcu hissə-hissə ödəyir.
11. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsi (hakim Taleh Musayev) ilə, iddia qismən təmin edilməsi, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş tikililərə birgə nikah dövründə sərf olunan 56.351 manat pulun ½ hissəsi olan 28.175,5 (iyirmi səkkiz min yüz yetmiş beş manat əlli qəpik) manat məbəğində pul Cavabdeh alınıb iddiaçı X4 verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, Cavabdeh 50 (əlli) manat mediasiya xərci və 179 (bir yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, iddiaçı X2 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1 və 223.3-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1 və 36.3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 119.1, 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onların birgə nikah dövründə heç bir yerdə işləmədiyini, onun yalnız fəhləliklə məşğul olduğunu, həmin evin tikintisi üçün qardaşından borc pul alaraq inşa etdirdiyini, həmçinin evin tikinitisinə o qədər çox məbləğin xərclənməsinin mümkünsüz olduğunu nəzərə almamış, yalnız mübahisəli evi onların ümumi mülkiyyətləri saymaqla aralarında payların bərabər bölünməli olduğunu qeyd etmişdir. Mübahisəli əmlak necə onların ümumi mülkiyyətləri sayıla bilər ki, həmin evin və onun yerləşdiyi torpaq sahəsinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. O özü də ekspert ölçmə işləri apararkən iştirak etmişdir. Ekspert tərəfindən yalnız evin və otaqların kənardan şəkli çəkilməklə ölçmə işləri aparılmışdır. Heç bir araşdırma, tikintiyə sərf edilmiş materiallar dəqiqliyi ilə müəyyən edilməmişdir. Ona görə də məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. Məhkəmə iclasında bununla bağlı qeyd etsə də heç bir nəticəsi olmamışdır. Məhkəmənin qeyd olunan qətnaməsi işin faktiki halları araşdırılmadan çıxarılmışdır. Belə ki, məhkəmə mülki mübahisə ilə bağlı düzgün araşdırma aparmamışdır. O mübahisəli evin və tövlənin iddiaçı ilə birgə nikah dövründə inşa edilmiş hissələrinə qoyulmuş qiymətlə razı deyildir. İşin halları bölməsində qeyd etdiyi halların heç biri nəzərə alınmamışdır. İş üzrə məhkəmənin gəldiyi nəticə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmaqla, işdə olan sübutlara (şahid ifadələri) və işin hallarına uyğun düzgün tətbiq edilməməklə işin hallarına uyğun deyildir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, X5 ilə xx.xx.2007-ci ildə faktiki evlənməklə, xx.xx.2010-cu ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından Əsmər və İnsaf adlı iki uşaqları doğulmuşdur. Lakin, iddiaçı ilə aralarında baş vermiş narazılıqlara görə 2020-ci ilin sentyabr ayından ayrılmışlar. İddiaçının ona qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Belə ki, mübahisəli evi onlar iddiaçı ilə birgə vəsaitləri hesabına tikməmişlər. O daim fəhləlik etmiş və həmin qazancla ailəsini güclə dolandırmışdır. O evi inşa etmək üçün qardaşı Qafurdan 7000 manat borc almış evi inşa etdirdiyi və evin inşasında isə yaxın dostları iştirak etmişdir. Birgə nikah dövründə olan zaman evin divarları hörülmüş, şiferi qoyulmuş, damın altı yığılmış, giriş qapısı yığılmışdır. Lakin, evin döşəməsi və tavanı vurulmamış, daxili qapı-pəncərələr qoyulmamış, elektrik xətləri çəkilməmişdir. İddiaçı ilə birgə nikah dövründə mübahisəli evin inşasına heç bir vəsait xərclənməmişdir. İddiaçı iddia tələbində mübahisəli evin inşasına 70.000 manat pul xərcləndiyini iddia etmiş, lakin məhkəmə qətnaməsi ilə evin hörgüsünün hörülməsi, şifer vurulması, evin giriş qapısının qoyulması, hasar çəkilməsi və tövlə inşa edilməsinə sərf edilən məbləğin 56.351 manat olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən həmin məbləğ müəyyən edilərkən ekspert rəyinə istinad edilmişdir. Lakin, o həmin məbləğlə razı deyildir. Belə ki, mübahisəli ev yerdən olmaqla hündürlüyü 2.80 metrdir. Ev 3 otaq, 1 mətbəx və sanitar qovşaqdan ibarətdir. Evin hörgüsü qırıq Zəyəm kubiki ilə hörülmüşdür. Həmin qırıq kubikin bir kamazının qiyməti 130 manat olmuşdur. Tövləilə birlikdə evin hörgüsünə 10 maşın həmin kubikdən istifadə edilmişdir. Hörgü iki qat olmaqla çöl tərəfi sement, içəri tərəfi sarı torpaqla hörülmüşdür. Ekseprt tərəfindən ölçmə aparılarkən qeyd olunan halların heçbiri araşdırılma aparılmamış, yalnız otaqların hazır vəziyyətdə şəkili çəkilməklə rəy verilmişdir. Hansı materialların evin hörgüsünə sərf edildiyi araşdırılmamışdır. Halbuki evin və tövlənin hörgüsünə alınmış kubikə 1300 manat, 3 maşın sarı torpağa 300 manat, 70 kisə sementə isə 420 manat pul xərclənmişdir. Evin inşa edən ustalara əmək haqqı verilməmişdir. Onlar dostum olduğundan məndən pulalmamışlar. Evin dam örtüyü 6 metrəlik dəmir şiferdən vurulmuşdur. Evin dam örtüyünə 31 ədəd şifer vurulmuşdur. Həmin şiferə biri 30 manatdan olmaqla 930 manat pul verilmişdir. Dam örtüyünün döşəməsi ilə şiferin vurulmasına 10 kub qələmə ağacından taxta almışlar. Həmin taxtanın kubunu 100 manata olmaqla 1000 manat pul vermişdir. Şiferin vurulmasında şurup və mismardan istifadə edilmişdir. Onların alınmasına isə ümumilikdə 100 manat pul verilmişdir. Şiferin vurulmasına isə ustaya əmək haqqı olaraq 600 manat pul verilmişdir. Evin giriş qapısına isə 400 manat pul verilmişdir. Məhkəmə tərəfindən hasarın iddiaçı ilə birgə nikah dövründə inşa edildiyi müəyyən edilmiş olsa da, hasar iddiaçı ilə ayrıldıqdan sonra mənim özüm tərəfindən inşa edilmişdir. Həmin vaxt o hətta iddiaçıya aliment ödəyirdi. Tövlənin hörgüsünə çəkilən xərci yuxarıda qeyd etmişdir. Tövlənin dam örtüyü isə pambıq şiferdən vurulmuşdur. Həmin tövlənin uzunluğu 15x5 metrdir. Dam ötüyünə 70 ədəd işlənilmiş pambıq şifer vurulmuşdur. Həmin şiferin 1 ədədinin qiyməti 5 manat olmuşdur. Ümumilikdə şiferə 350 manat, bir ədəd trubaya 100 manat pul verilmişdirOna görə də hesab edir ki, mübahisəli evin və tövlənin inşasına çəkilmiş xərclər ekspert və məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə faktiki olaraq evlənməklə, xx.xx.2010-cu il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Toy günü cavabdehin atasına məxsus olan və Şəmkir rayonu, Bayramlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2008-ci il tarixdə Əsmər və xx.xx.2011-ci il tarixdə İnsaf adlı uşaqları doğulmuşdur. Gəlin köçdüyü ev köhnə ev olmuş, bu səbəbdən birgə nikah dövründə qazanılmış vəsait hesabına həyətdə ikinci yeni ev inşa etmişlər, hasar çəkmişlər və tövlə tikmişlər. Həmin evin inşasına onlar yeni evləndikdən sonra başlamışlar və ev bir neçə ilə tam hazır vəziyyətə gətirilmişdir. O evin inşası zamanı ustalara qulluq etmişdir. Əri isə müəyyən vaxtlarda Rusiya Federasiyasında və Türkiyə Respublikasında olmuş, evin inşasına pul göndərmiş, o isə burada lazımi ləvazimatlar almış, eləcə də anası bəzi vaxtlarda onlara maddi yardım etmişdir. Həmçinin, həyətdə yeni evdən başqa mal tövləsi inşa etmişlər. Lakin, ailə münasibətlərinin pozulması səbəbindən azyaşlı uşaqları ilə birlikdə həmin evdən çıxmışlar. Ev hazırda cavabdehin istifadəsindədir. O, cavabdehdən ayrılıb evdən çıxan zaman mübahisəli fərdi yaşayış evi tam hazır vəziyyətdə olmuşdur. Cavabdeh isə könüllü olaraq onun payına düşən məbləği verməkdən yayınır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 Fərhad oğlu apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
21. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
22. Maddə 225.4 ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
23. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
24. Maddə 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;
25. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
26. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.
27. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
28. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
29. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
30. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;
31. Maddə 37. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
39. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
43. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarı
46. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
47. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarı
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Həmçinin, iddianın təmin edilməmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
55. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı X5 Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə ailə münasibətlərindən iki uşaqları doğulmuşdur. Daha sonra ailədaxili münaqişələrə görə tərəflər faktiki ayrılmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)- 1303/2021 saylı qətnaməsi ilə, Cavabdeh ilə X5 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış rəsmi nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş uşaqların X3 yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat alimentin alınıb X4 verilməsi qət edilmişdir. Tərəflər birgə nikahda olduqları müddətdə, yəni Şəmkir rayonu, Bayramlı kəndində fərdi yaşayış evinin inşa edilməsinə vəsait sərf etmişlər və iddiaçı hazırda çəkilmiş xərcin ona düşən hissəsini cavabdehdən tələb edir.
56. Eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli evin tərəflərin birgə vəsaiti hesabına tam şəkildə deyil, ancaq – evin hörgüsünün hörülməsi, şiferin qoyulması, evin giriş qapısının qoyulması, hasarın çəkilməsi və tövlənin inşa edilməsi müəyyən edilmişdir.
57. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, əmlakın birgə nikah müddətində əldə olunmuş əmlak kimi bölünməsi üçün, qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən dispozisiya şərtlərinin olub-olmadığı araşdırılmalıdır.
58. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
59. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.
60. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
62. Digər tərəfdən, Ailə Məcəlləsinin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
63. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, mübahisəli Şəmkir rayonu, Bayramlı kəndində 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəfilərin birgə nikah dövründə tikilib, təmir edilmişdir. Eyni zamanda, tərəflər də həmin xüsusatı mübahisələndirməmişlər.
64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisəli fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə tikilməsi işin mübahisə olunmayan halıdır və cavabdeh özü də bu halı mübahisələndirmir. Tərəflər arasındakı hazırkı mübahisə isə əslində sözügedən fərdi yaşayış evinin tikinti və təmirinə sərf edilmiş vəsaitin məbləği ilə bağlı yaranmışdır.
65. Həmin halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2023-cü il tarixli 10/2383 nömrəli ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilmişdir. Həmin tikinti işlərinin hansı illərdə aparılmasının müəyyən edilməsinə dair metodika olmadığından tədqiqat aparılmamışdır.
66. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən, həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
67. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
68. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, rəy verərkən mövcud bazar qiymətlərinə uyğun qiymət normalarından alınan məlumatlara istinad olunmuşdur.
69. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
70. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərini rəhbər tutmaqla, mübahisəli fərdi yaşayış evinə çəkilmiş xərcin ekspert rəyi əsasında müəyyən edilməsi qənaətinə gəlir.
71. Kollegiya həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixli 10/2383 saylı ekspert rəyi ilə Şəmkir rayonu, Bayramlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində, sanitar qovşağında, tövlədə və əlavə yarımçıq tikilidə yerinə yetirilmiş tikinti işlərinin ümumilikdə dəyəri 64.116 manat müəyyən edilsə də, məhkəmə araşdırması zamanı tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına yalnız yuxarıda qeyd edilən tikinti işlərini aparması (evin hörgüsünü hörülməsi, şifer vurulması, evin giriş qapısının qoyulması, hasar çəkilməsi və tövlə inşa edilməsi) müəyyən edilmişdir ki, həmin tikinti işlərinə sərf edilən məbləğ cəmi 56.351 manat təşkil etmişdir. Belə olan halda, həmin məbləğin yarısı, yəni 28.175,5 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
72. Apellyator apellyasiya şikayətinin dəlillərində ekspert rəyinin düzgün verilmədiyini bildirsə də, ekspert rəyini təkzib edəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
76. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
77. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
79. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-451/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.