Məhkəmə qərarları › İş №2(104)-1407/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1407/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1407/2023 02.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2248.34 manat faiz, cəmi 12252.56 manat məbləğində borcun, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borcun və ödənilmiş 128.74 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Ələkbərov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021- ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2248.34 manat faiz, cəmi 12252.56 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borc və ödənilmiş 128.74 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən borc düzgün hesablanmamışdır. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. İddiaçı ASC-nə və Cavabdeh işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nə nümayəndəsi və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqavilədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixədək, illik 25 %-lə 500 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqavilədən görünür ki, bank borcalana 48 ay müddətinə, illik 24.71 %-lə 10600 manat məbləğində kredit vermişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə, xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2248.34 manat faiz, cəmi 12252.56 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borc vardır. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, 10600 manat vəsait Cavabdeh tərəfindən qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, bir ədəd plastik kart Cavabdeh tərəfindən qəbul edilmişdir. Hökumət ödəniş portalının ********* nömrəli, xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı ASC 128.74 manat məbləğində məhkəməyə dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə, illik 24.71 %-lə, 10600 manat və xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən xx.xx.2022-ci il tarixədək, illik 25 %-lə 500 manat məbləğində kredit vermişdir. Cavabdeh kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmişdir. İddiaçı tərəf işdə olan maliyyə arayışına uyğun olaraq, cavabdehin xx.xx.2022-ci il tarixə banka xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2248.34 manat faiz, cəmi 12252.56 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borcu yaranmasını göstərərək, həmin məbləği tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı tam təmin etmişdir. Cavabdeh apellyasiya şikayətində Bankın krediti artıq hesablamasını və məhkəmənin mühasibatlıq ekspertizası təyin etməməsini göstərməklə, iş üzrə ekspertiza təyin olunması və ekspert rəyinə uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-9/6584/2023 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə, xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2121.12 manat faiz, cəmi 12125.34 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2121.12 manat faiz, cəmi 12125.34 manat məbləğində borcu, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borcu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2121.12 manat faiz, cəmi 12125.34 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borc və ödənilmiş 128.74 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 150 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza xərci iş üzrə tərəflərə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 150 manatdan 100 manat məbləğində xərc Cavabdeh, 50 manat məbləğində xərc isə İddiaçı ASC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-107/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR4044936A150 saylı kredit müqaviləsinə əsasən 10004.22 manat əsas, 2121.12 manat faiz, cəmi 12125.34 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli, BRED1401467A150 saylı kredit kartına dair müqaviləyə əsasən 504.88 manat əsas, 154.92 manat faiz, cəmi 659.8 manat borc və ödənilmiş 128.74 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza xərci iş üzrə tərəflərə aid edilsin və ekspertiza tədqiqatının dəyəri olan 150 manaddan 100 manat məbləğində xərc Cavabdeh, 50 manat məbləğində xərc isə İddiaçı ASC-dən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar