Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1411/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhərman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 29 aprel 2025-cü il tаrixli qətnaməsindən Bank tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə X8(borcalan) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 27-xx.xx.2017- SM99 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 29% dərəcəsi ilə 1370 manat məbləğində kredit vermişdir. X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X4 arvadı, hazırki iş üzrə Cavabdeh 23 may 2022-ci il tarixdə ərizə ilə Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək əri X3 miras qalmış torpaq sahəsindən və yaşayış evindən ona çatası paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1225,53 manat əsas borcun, ödənilmiş 32,26 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə X8 arasında xx.xx.2017-ci il tarixli, 27-xx.xx.2017-SM99 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 29%-lə 36 ay müddətinə 1370 manat nağd kredit verilmişdir. X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Tovuz regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 5458 saylı cavab məktubundan görünür ki, X4 vərəsəsi Cavabdehdır. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş 1225 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ağstafa Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(015)-50/2025 nömrəli iş üzrə qəbul etdiyi 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh mirasın aktivini qəbul etmədiyi halda, mirasın passivini qəbul etmiş hesab edilə bilməz. X7 miras əmlak olaraq daşınmaz və daşınar əmlakın qalması, həmin əmlakın cavabdehin borcludan qalmış miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən olunmur. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1151.1, 1153, 1243.2, 1243.3, 1306-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Bank apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmənin qətnamədə istinad etdiyi Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun qeyd olunan norması birbaşa bu iddianın faktiki halları ilə eynidir. Belə ki, cavabdeh də notariat kontoruna ərizə verməklə vərəsə olduğunu bildirmişdir. Məhkəmə bu normaya istinad etməklə əslində iddianın tam əsaslı olduğunu bildirmiş olsa belə, heç bir əsas gətirmədən iddianı təmin etməmişdir. Eyni zamanda məhkəmənin qətnamədə istinad etdiyi Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunun qeyd olunan norması da, işin faktiki halları ilə eynidir. Çünki cavabdeh özü notariat ofisinə yaxınlaşaraq vərəsə olduğunu bildirmiş və bununla bağlı ərizə təqdim etmişdir. Lakin məhkəmə bunu da heç bir əsas gətirmədən iddianın təmin edilməməsi üçün əsas götürmüşdür. Bundan başqa məhkəmənin qətnamədə istinad etdiyi Mülki Məcəllənin 1306-ci maddəsinə əssasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar: əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Qanunun qeyd olunan norması da, işin faktiki halları ilə eynidir. Çünki cavabdeh özü notariat ofisinə yaxınlaşaraq vərəsə olduğunu bildirmiş və ondan başqa heç kəs vərəsə olması ilə bağlı müraciət etməmişdir ki, bu da onun mirası təkbaşına qəbul etdiyini özü tərəfindən bildirilmişdir. Mülki Məcəllənin1307-ci maddəsinin tələbinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə qanunun bu normasını kobud surətdə pozmuşdur. Belə ki, cavabdeh dəfələrlə təyin edilən məhkəmə iclaslarına gəlmədiyi halda qanunun bu norması ilə sübutetmə yükünün onun üzrərində olmasına baxmayaraq heç bir sübut təqdim etmədiyi halda məhkəmə onun əvəzində sorğular verir və sorğuda vərəsəlik şəhadətnəməsinin olmamasını əsas gətirərək iddianın təmin olunmaması barədə qərar qəbul edir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. ... Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, Bank apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bank ilə X8(borcalan) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış xxxx.112017-SM99 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 29% dərəcəsi ilə 1370 manat məbləğində kredit vermişdir. X8 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mərhum ərinin kredit(borc) öhdəliyi onun ölümü ilə xitam olunmayan öhdəlikdır və mirasa miras qoyanın əmlak hüquqları ilə yanaşı əmlak vəzifələri də daxil olduğuna görə cavabdeh mərhum ərinin kredit öhdəliyi üçün Bank qarşısında məsuliyyət daşıyır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Rayon Məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, X7 miras əmlak olaraq daşınmaz və daşınar əmlakın qalması, həmin əmlakın cavabdehin borcludan qalmış miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi müəyyən olunmur. Məhkəmə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razmılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş V-359-2022 nömrəli vərəsəlik işindən görünür ki, X4 arvadı, hazırki iş üzrə Cavabdeh 23 may 2022-ci il tarixdə ərizə ilə Tovuz Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət edərək əri X3 miras qalmış torpaq sahəsindən və yaşayış evindən ona çatası paya dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdeh ərizəsi ilə mərhum ərindən miras olaraq ev və torpaq sahəsinin qalması ilə bağlı müraciət etmiş, notariat orqanına ərizə verməklə həmin mirasın onun tərəfindən qəbul edildiyini faktiki olaraq təsdiqləmişdir. Məhkəmə qeyd edir ki, miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şübhəsiz nümayiş etdirən vərəsinin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən olunur ki, iddia tələbi əsaslıdır və Rayon Məhkəməsi iddia tələbini rədd etməklə haqlı olmamışdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, Bankın şikayəti təmin edilməli, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia təmin edilərək, 1225,53 manat borc, 32,26 manat dövlət rüsmumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Ağstafa Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2025-ci il tarixli qətnamə ləğv edilsin. İddia tələbi təmin edilsin. 1225,53 manat əsas borc, 32,26 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1411/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1411/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver