Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1415/2025 04.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Qazax Rayon Məhkəməsinin 01 may 2025-ci il tаrixli, 2(023)-865/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin 01 may 2025-ci il tаrixli, 2(023)-865/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş məzmunda və həmin Məcəlləyə 2 saylı Əlavədə göstərilən formada tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 361.1.3-cü maddəsində qeyd edilir ki, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı apellyasiya şikayətində göstərilməlidir. Şikayətin 12. “apellyasiya şikayəti verən şəxsin tələbi” bəndində iddiaçı Qazax Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli, 8(023)-14/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Halbuki həmin qərardad hazırki iş üzrə qəbul edilməmiş və mülki işin icraatına xitam verilməsi barədə yox, aliment məbləğinin indeksasiyası barədədir. Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1 və 363.1.1-1). MPM-nin 366-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366-cı maddəsinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Qazax Rayon Məhkəməsinin 01 may 2025-ci il tаrixli, 2(023)-865/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1415/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1415/2025
04.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver