Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1416/2025 07.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “qızılzinət əşyaları və ya onların dəyərinin tutulması” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 14 may 2025-ci il tаrixli, 2(023)-676/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 ədəd sırğa 2,7 qram qiyməti 324 manat, 1 tros sep çəkisi 14,23 qram qiyməti 1749 manat, 1 ədəd bilərzik çəkisi 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd sep klon çəkisi 8,1 qram qiyməti 972 manat, 1 ədəd sep-klon 4 qram qiyməti 480 manat, 1 ədəd klon çəkisi 3 qram qiyməti 360 manat, 1 ədəd qadın saatı çəkisi 15,1 qram qiyməti 1812 manat, 1 ədəd bilərzik çəkisi 13 qram qiyməti 1560 manat, 1 ədəd briliyant komplekt çəkisi 7,9 qram qiyməti 1213 manat, 1 ədəd sep çəkisi 14,7 qram qiyməti 1768 manat, 1 ədəd sep çəkisi 13,89 qram qiyməti 1666 manat, 1 ədəd bilərzik çəkisi 5,64 qram qiyməti 676 manat, 1 ədəd sırğa çəkisi 2,5 qram qiyməti 300 manat, 1 ədəd salxant sırğa çəkisi 1,17 qram qiyməti 170 manat, 1 ədəd sırğa çəkisi 1 qram qiyməti 120 manat və 1 ədəd gümüş açar 39 manat, 1 ədəd sep çəkisi 23 qram qiyməti 2772 manat, 1 ədəd bilərzik çəkisi 3,91 qram qiyməti 469 manat, 1 ədəd Ayətəl kürsü seplə birlikdə bilərzik çəkisi 2,32 qram qiyməti 278 manat, 1 ədəd bilərzik 2 qram qiyməti 240 manat və 1 nazik sep 2,7 qram qiyməti 324 manat dəyərində qızıl-zinət əşayalarının özlərini, özləri yoxdursa onların 14.884 manat dəyərinin və 135,40 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-676/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim N.Musayev) ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra- Məhkəmə) apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddianın qismən təmin edilərək 2813 manat pulun ondan tutulub iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi tam ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı cavabdehdən müxtəlif adda, çəkidə və dəyərdə qızıl zinət əşyaları tələb edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, qeyd olunan ərizələrdə qızıl əşyalarının əyarı göstərilməmişdir. Bundan başqa qızıl əşyalarının hər birinin dəyəri ilə onların cəmi dəyəri arasında uyğunsuzluq var. Apellyasiya baxışının iclasında iddiaçıya iddia tələbində olan qeyri-müəyyənliyin və uyğunsuzluqların aradan qaldırılması təklif edilsə də, iddiaçı bununla razılaşmayaraq yenidən məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə yönəlmiş və qeyrimüəyyənlik yaradan tələblərə baxaraq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu yol verilməzdir. Qeyd olunduğu kimi iddia ərizəsinin forma və məzmununa riayət olunmamışdır. Belə olan halda Qazax Rayon Məhkəməsi həmin qeyri-müəyyən tələb əsasında icraatı başlanılmış mülki iş üzrə qətnamə qəbul etmək səlahiyyətində deyildi. MPM-nin 387.1-ci maddəsinin tələbinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyinə görə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qətnamə qəbul edilə bilməzdi, qəbul edilmiş qətnamə isə düzgün sayıla bilməz və bu qətnamənin apellyasiya icraatı qaydasında yoxlanılmasının nəticələrinə dair qətnamə qəbul edilə bilməz. MPM-nin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqla birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməni ləğv edə bilər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Qazax Rayon Məhkəməsi tərəfindən 14 may 2025-ci il tarixdə qəbul edilmiş qətnamə ləğv edilsin və iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1416/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1416/2025
07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver