Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1418/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3223,94 manat məbləğində əsas borc və 5845,66 manat faiz borcu olmaqla, cəmi 9069,6 (doqquz min altmış doqquz manat (6) manat borcun və 111.10 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Fuad Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 2241,33 manat əsas, 873,22 manat faiz, cəmi 3114,55 (üç min bir yüz on dörd manat əlli beş qəpik) manat kredit borcu və dövlət rüsumunun 55 manat hissəsinin tutularaq iddiaçıya ödənilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun 55 manatının iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatının İddiaçı ASC-dən, 50 manatının isə Cavabdeh tutularaq ekspertiza müəssisəsinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert tərəfindən borcun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizləri nəzərə alınmamışdır. Bu səbəbdən də, ekspert rəyində faiz borcu ilə bərabər əsas borcdan da yanlış hesablama nəticəsində azalmalar olmuşdur. Müştərinin gecikmələrində 30 günü keçən gecikmələr var( Belə ki, ekspert rəyində hesablama aparılmış cədvəldən də görünür ki, cavabdeh 2020-ci ilin aprel ayı- 20 gün gecikmə, 2021-ci ilin fevral ayı-244 gün gecikmə,aprel ayı-16 gün gecikmə,iyun ayı-48 gün gecikmə, 2022-ci ilin dekabr ayı-494 gün kredit ödənişlərini gecikdirmiş, heç bir ödəniş etməmişdir. Lakin ekspert borcu hesablayarkən kredit müqaviləsinin 3.4 və 7.3 bəndinin tələbini nəzərə almayaraq faiz borcunu gecikdirilmiş borc üzrə faizlərin hesablanmasına uyğun aparmamışdır. Halbuki, gecikmə günlərinə görə ödənilən cərimə faizləri nəzərə alınmamışdır.Ona görə də, faiz və əsas borcda əhəmiyyətli dərəcədə fərq yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e- 2(021)-844/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsini mübahisələndirərək, qətnamənin həmin hissədə ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirən şəxsə münasibətdə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-328288/7 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 30 ay müddətinə, illik 26.5% olmaqla 4000.00 manat məbləğində kredit verilmişdir. ödəniş cədvəlindən görünür ki, tərəflər kredit müqaviləsi üzrə 36 ay müddətində aylıq 184,29 manat, sonuncu ay isə 183,55 manat ödəniş edilməsi barədə razılaşmışlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh xx.xx.2019-cu il tarixli, 900804-328288/7 nömrəli kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3223,94 manat məbləğində əsas borc və 5845,66 manat faiz borcu olmaqla, cəmi 9069,6 (doqquz min altmış doqquz manat (6) manat borcu mövcuddur. bildirişin surətindən görünür ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 110,70 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 900804- 328288,7 nömrəli müqavilə şərtləri əsas götürülməklə, Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan borcu 2241,33 manat əsas, 873,22 manat faiz borcu olaraq müəyyən edimişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 900804-328288/7 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı Bank tərəfindən cavabdehə 30 ay müddətinə, illik 26.5% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, kreditin əsas məbləğini və ona hesablanmış faizləri tam və vaxtında ödəməmiş, nəticədə iddiaçı Banka borclu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə və iş üzrə keçirilmiş ekspertiza rəyinə istinad etməklə, Cavabdeh 2241,33 manat əsas, 873,22 manat faiz borcu tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında kredit müqaviləsi 30 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək olan müddət üçün bağlanılmışdır. İşdə olan müvafiq ekspertiza rəyi ilə müəyyən edilir ki, cavabdehin həmin tarixə əsas borc üzrə 2241,33 manat, faiz borcu üzrə 873,22 manat borcu qalmışdır. Həmin rəylə müəyyən olunmuşdur ki, 06 sentyabr 2019-cu il tarixli, 900804-328288/7 saylı müqavilə üzrə banka xx.xx.2022-ci il tarixədək 3337,93 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 1758,67 manatı əsas borca, 1579,26 manatı isə faiz borcuna silinir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, əldə edilmiş ekspert rəyi ilə Cavabdeh əsas borc üzrə 2241,33 manat, faiz borcu üzrə 873,22 manat borcunun olması müəyyən edilmişdir ki, bu da iddiaçının apellyasiya dəlillərinin əsassız olmasına dəlalət edir. Həmin rəyin mötəbərliyi heş bir şübhə doğurmur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e- 2(021)-844/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, e-2(021)-844/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1418/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1418/2024
15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver