Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1420/2024 15.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 08 may 2019-cu il tarixli **********30-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.7158 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən cavabdehin istifadə etməsinə qadağa qoyulması və həmin torpaq sahəsini hasarlamasına cavabdehin yaratdığı maneələtə son qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən Fizuli Mirzəquliyev) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.7158 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 0.0039 ha hissəsindən Cavabdeh istifadə etməsinə və həmin hissənin hasarlanmasına maneələr törətməsinə qadağa qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun və 95 manat məhkəmə xərcinin əvəzinin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia qaldırılan ərəfədə, eləcə də ondan sonra Rusiya Federasiyasında olmuşdur. Belə olan halda iddiaçının torpaq sahəsini istifadə etməyi mümkün deyildir. Həmçinin mütəxəssis qarşısında qoyulmuş sual maneələrin mövcud olub olmamasını müəyyən etmək olduğu halda mütəxəssis həmin suala cavab verməmişdir. Lakin məhkəmə qeyri-mötəbər olan mütəxəssis rəyiə istinad edərək heç bir əsas olmadan iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməyinə onun qadağa yaratdığı və torpaq sahəsinin hasarlanmasına imkan vermədiyi qənaətinə gəlmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinin kim tərəfindən tutulmasını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərini işə cəlb etməmiş və iş üzrə məhkəmə yerquruluşu eksertizası təyin etməmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə, məhkəmə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Sədrlik edənin sualına isə cavab olaraq göstərdi ki, cavabdeh Rusiyaya gedib gəlir, mübahisə edilən torpaq sahəsini tutmamış və iddiaçıya heç bir maneçiliyi olmamışdır. Cavabdehin mübahisəli əraziyə dair hər hansı sənədi yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı cə Cavabdeh arasında mübahisələndirlən 0.0325 ha torpaq sahəsinin 0.0039 ha hissəsi reyestr nömrəsi **********30-10301 saylı Çıxarışa əsasən İddiaçı məxsus Gədəbəy rayonunun Ariqıran kəndində yerləşən 0.7158 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı və Cavabdeh arasında mübahisələndirlən 0.0325 ha torpaq sahəsinin 0.0039 ha hissəsi reyestr nömrəsi **********30-10301 saylı Çıxarışa əsasən İddiaçı məxsus Gədəbəy rayonunun Ariqıran kəndində yerləşən 0.7158 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Birinci instansiya məhkəməsi həmin rəyə əsaslanmaqla iddiaçının istifadəsində olan torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən tutulması qənaətinə gələrək, iddia tələbini təmin etmiş və İddiaçı mülkiyyətində olan Gədəbəy rayonu, Arıqıran kəndində yerləşən 0.7158 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin 0.0039 ha hissəsindən Cavabdeh istifadə etməsinə və həmin hissənin hasarlanmasına maneələr törətməsinə qadağa qoyulmasını qət edilmişdir. Cavabdeh həmin nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətində göstərmişdir ki, o, iddia qaldırılan ərəfədə, eləcə də ondan sonra Rusiya Federasiyasında olmuşdur. Belə olan halda iddiaçının torpaq sahəsini istifadə etməyi mümkün deyildir.Həmçinin mütəxəssis qarşısında qoyulmuş sual maneələrin mövcud olub olmamasını müəyyən etmək olduğu halda mütəxəssis həmin suala cavab verməmişdir. Lakin məhkəmə qeyrimötəbər olan mütəxəssis rəyinə istinad edərək heç bir əsas olmadan iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməyinə onun qadağa yaratdığı və torpaq sahəsinin hasarlanmasına imkan vermədiyi qənaətinə gəlmişdir.Məhkəmə mübahisəli torpaq sahəsinin kim tərəfindən tutulmasını aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərini işə cəlb etməmiş və iş üzrə məhkəmə yerquruluşu eksertizası təyin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı saymayaraq, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, əldə edilmiş mütəxəssis rəyi ilə İddiaçı və Cavabdeh arasında mübahisələndirlən 0.0325 ha torpaq sahəsinin 0.0039 ha hissəsinin reyestr nömrəsi **********30-10301 saylı Çıxarışa əsasən İddiaçı məxsus Gədəbəy rayonunun Ariqıran kəndində yerləşən 0.7158 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin rəyə əlavə edilmiş mübahisələndirilən torpaq sahəsinin yerqurluşu planından da göründüyü kimi, həmin ərazinin dəqiq koordinatları müəyyən edilməklə, tərtib edilmiş sxemdə cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin cizgisi əks olunmuşdur.( iş vərəqə 71-73). Digər tərəfdən, cavabdeh Rusiyaya gedib-gəldiyini, cavabdehə torpaqdan istifadə ilə heç bir müdaxiləsi olmadığını və həmin sahəyə dair heç bir sənədinin olmadığını bildirir. Belə olan halda, yenidən ekspertiza təyin edilməsinə zərurət yoxdur və əldə edilmiş mütəxəssis rəyinin mötəbərliyi heç bir şübhə doğurmur. Əldə edilmiş mütəxəssis rəyi, həm də cavabdehin özünün izahatı ilə mübahisəli torpaq sahəsi cavabdehin deyil, iddiaçının mülkiyyətindədir. Ona görə də, iddiaçı cavabdeh tərfindən həmin torpaq sahəsindən cavabdehin istifadə etməsinə qadağa qoyulması və həmin torpaq sahəsini hasarlamasına cavabdehin yaratdığı maneələrə son qoyulmasına dair iddiasında haqlı olmuşdiur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1420/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1420/2024
15.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver