Məhkəmə qərarları › İş №2(104)-1424/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1424/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1424/2024 20.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2(021)-295/2017 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16531 ABŞ dolları əsas, 4680 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21711 ABŞ dolları borcun və 30 manat dövlət rüsumun alınıb onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(021)-295/2027 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16531 ABŞ dolları əsas, 4680 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21.221 ABŞ dolları kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2(021)-295/2017 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) iddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(021)-295/2017 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan Cavabdeh3 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Beləliklə, çəkişmə və tərəflərin bərabərliyi prinsipi pozulmaqla, hüquqları məhdudlaşdırılmışdır. Qətnaməni rəsmi olaraq almadığı bir halda müddətin bərpa edilməsinə dair ərizə verməsi məntiqsizdir. Bu əsasla da hazırkı qərardaddan şikayət vermiş və hesab edir ki, şikayəti əsaslı olduğundan təmin edilməlidir. Qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2015-ci il tarixli, 4963 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqavilələrindən də məlumatı yoxdur. Nə bankdan kredit götürülməsində iştirak etmiş, nə də ki zaminlik müqaviləsinə imza etmişdir. Xahiş edir ki, zaminlik müqaviləsindəki imzaların onun tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsinə dair qərardad qəbul edilsin. Yalnız bundan sonra, müəyyən etmək olar ki, müştərək qaydada məsuliyyət daşıyır, ya yox. Bərdə Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli 2(021)-295/2017 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Bərdə Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(021)-295/2027 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsi də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinə uyğun olmaması əsası ilə şikayəti geri qaytarmışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir (MPM maddə 363.1.1-1). Hazırkı işdən də müəyyən olunur ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin göstərilən müddəasına istinadən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətini qaytarmışdır. Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Cavabdeh3 işin faktiki hallarına istinad etməklə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni əsaslara söykənir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 2(021)-295/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar