Məhkəmə qərarları › İş №2(104)-1428/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1428/2023

07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1428/2023 07.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(066)-370/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli, 2(066)-1011/2022 nömrəli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 11 avqust 2011-ci il tarixlə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi, X3 doğum akt qeydində soyadı Əliyev ata qrafasında Cavabdeh qeyd edilməsi, Cavabdeh hər ay sabit məbləğdə 50 (əlli) manat aliment tutularaq 2012-ci ilin oktyabr ayının 29-dan başlayaraq verilməsi, 11 avqust 2012-ci ildə anadan olmuş Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə qət edilmişdir.

2. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 993261 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 avqust 2012-ci ildə anadan olmuş oğlu X5 atası Cavabdeh, anası isə İddiaçıdır.

3. Göygöl Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(066)-677/2015 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh yetkilnik yaşına çatana kimi saxlanması üçün X2 xeyrinə tutulan alimentin miqdarının xx.xx.2015-ci il tarixdən artırılaraq hər ay sabit məbləğdə 80 (səksən) manat həddində müəyyən edilməsi, Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilməsi və qətnamənin qanuni qüvvəyə mindikdən sonra Göygöl Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir.

4. Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 nömrəli qətnaməsindən görünür ki, 11 avqust 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 125 manata artırılması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh tərəfindən ödənilən 125 (bir yüz iyirimi beş) manat alimentin artırılaraq hər ay 220 (iki yüz iyirimi) manat sabit pul miqdarında olması və mediasiyaya ödədiyi 50 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Göygöl rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 saylı qətnaməsi ilə 24 noyabr 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 125 manat məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdeh uşağının saxlanılmasına heç bir maddi dəstək göstərmir. Özü işləmir uşağını maddi çətinliklə saxlayır.

7. Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(066)-370/2023 nömrəli qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddianın qismən təmin edilməsi, Göygöl rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 saylı qətnaməsi ilə 24 noyabr 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 125 (bir yüz iyirmi beş) manat alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh iddiaçının X4 ödədiyi 50 manat xərc alınıb İddiaçı və 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra 17 oktyabr 2017-ci il tarixli, 2(066)- 2235/2017 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatina xitam verilməsi, iddanın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 16 mart 2023cü il tarixli 2(066)-370/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün araşdırmamışdır. Belə ki, müəyyən edilmiş aliment məbləği uşağın tələbatının ödənilməsi üçün kifayət etmir. Uşağın tələbatı günü-gündən artır, məhkəmə bu halı nəzərə almamışdır. Cavabdehin isə yüksək gəliri var.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı onun avtomobil təmiri xidməti göstərərk yüksək qazanc əldə etdiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, onun öhdəsində - xx.xx.2014-cü ildə doğulmuş Hüseyn adlı və xx.xx.2015-ci ildə doğulmuş Səkinə adlı daha iki azyaşlı uşaqlar və əmək qabiliyyəti olmayan yaşlı valideyni vardır. Hətta onun yaratdığı problemlər səbəbindən indiki ailəmlə də münasibətlərimiz korlanmış və mən indiki həyat yoldaşıma nikahın ləğvi barədə “mediasiya prosesinin tətbiqi barədə təklif” göndərmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə qeyri-rəsmi olaraq el adəti ilə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Belə ki, 160 manat müəyyən edilmiş aliment məbləği uşağın tələbatının ödənilməsi üçün kifayət etmir. Uşağın tələbatı günü-gündən artır, məhkəmə bu halı nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyin üzürlü səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

18. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Uşaq hüquqları haqqında” Konvensiya

21. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

23. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır

24. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasında Yaşayış minimimu haqqında Qanunu

25. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 112.1.3. Aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddiaçı tərəfindən qətnamənin yalnız alimentin məbləği ilə bağlı hissəsi mübahisələndirilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı alimentin məbləği hissəsində yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(066)- 370/2023 nömrəli qətnaməsi “Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 saylı qətnaməsi ilə 11 avqust 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 125 (bir yüz iyirmi beş) manat alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməli, Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə 11 avqust 2012-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək 190 manat məbləğdə müəyyən edilməsi qət edilməlidir.

41. İşin halları ondan ibarətdir ki, tərəflər 21 aprel 2011-ci il tarixdə qeyri-rəsmi olaraq el adəti ilə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrılmışlar və Göygöl Rayon Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli, 2(066)-1011/2022 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 11 avqust 2011-ci il tarixlə anadan olmuş X3 atası olması faktının müəyyən edilməsi, X3 doğum akt qeydində soyadı Əliyev ata qrafasında Cavabdeh qeyd edilməsi, Cavabdeh hər ay sabit məbləğdə 50 (əlli) manat aliment tutularaq 2012-ci ilin oktyabr ayının 29-dan başlayaraq verilməsi, 11 avqust 2012-ci ildə anadan olmuş Yusifin yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə qət edilmişdir. Bundan sonra iddiaçı yenidən alimentin qaldırılması üçün məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin 27 may 2015-ci il tarixli, 2(066)-677/2015 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh yetkilnik yaşına çatana kimi saxlanması üçün X2 xeyrinə tutulan alimentin miqdarının xx.xx.2015-ci il tarixdən artırılaraq hər ay sabit məbləğdə 80 (səksən) manat həddində müəyyən edilməsi, Cavabdeh dövlət rüsumu hesabına 20 (iyirmi) manat alınaraq dövlət büdcəsinə keçirilməsi və qətnamənin qanuni qüvvəyə mindikdən sonra Göygöl Rayon Məhkəməsinin 20 iyun 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icraatına xitam verilməsi qət edilmişdir. Lakin, cavabdeh uşağın saxlanması üçün yetərli köməklik etmədiyin iddiaçı alimentin qaldırılması barədə birinci instansiya məhkəməsinə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)-2235/2017 nömrəli qətnaməsi ilə, 11 avqust 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı 125 manata artırılması qət edilmişdir. Hazırda həmin məbləğdə aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmir.

42. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda Yusif adlı uşaq üçün ödənilən 125 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Yusif adlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.

43. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.

45. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 190 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Eyni zamanda iddiaçı tərəf bu məbləğ ilə razıdır.

46. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).

47. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.

48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 780 manat təşkil edir.

49. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli 2(066)-370/2023 nömrəli qətnaməsi - Göygöl Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(066)- 2235/2017 saylı qətnaməsi ilə 11 avqust 2012-ci ildə anadan olmuş oğlu X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan 125 (bir yüz iyirmi beş) manat alimentin məbləği artırılaraq hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat məbləğində müəyyən edilməsi - hissəsində dəyişdirilsin və bir uşağa görə hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar