Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1432/2023 10.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-37/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 10 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 24 ay müddətində illik 22 faiz (6 ay güzəşt) olmaqla 19000 ABŞ dolları kredit verilmişdir.
2. 25 iyun 2015-ci il tarixli 103/15 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 36 ay müddətində illik 6 faiz (9 ay güzəşt) olmaqla 15000 manat kredit verilmişdir.
3. 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli ipoteka müqaviləsi və 25 iyun 2015-cxi il tarixli 1 nömrəli əlavədən görünür ki, X1 mülkiyyətində olan ev və 0,0825 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətində olan 0,0225 ha torpaq sahəsi, Cavabdeh2 mülkiyyətində olan 0,0150 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınıb, seriya RX 0530170, 31 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində **********15-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsilə dövlət nömrəsilə 19 avqust 2014-ci il tarixli Çıxarışa əsasən ünvan 1da mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əsas göstəriciləri, 1 mərtəbəli, 139,5 kv.m ümumi, 68,7 kv.m yaşayış, 70,8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 3 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibində (Liter B) Hamam, 1 mərtəbəli 29,0 kv.m, (Liter C) Tövlə, 1 mərtəbəli 175,7 kv.m, (Liter İ) Çardaq, 210,0 kv.m, (Liter İİ) Çardaq, 24,0 kv.m, (Liter İİİ) Çardaq, 38,4 kv.m, (Liter İV) Hasar, 12,9 kv.m, cəmi 490,0 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 dekabr 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və 02 iyul 2015ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışlardan görünür ki, Cavabdeh1, X3 və Cavabdeh2 mülkiyyətində olan Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi ilə birlikdə 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli və 25 iyun 2015-ci il tarixli 103/15 nömrəli kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
5. Ölüm haqqında AZ-İ seriyalı 996117 nömrəli şəhadətnamənin surətindən görünür ki, X3 23 aprel 2019-cu il tarixdə ölmüşdür.
6. Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 9/5413 nömrəli rəyindən görünür ki, 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə həmin kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 "xxxx" BOKT ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 05 dekabr 2016-cı il tarixə (müqavilə müddətinin sonuna) 6798,04 ABŞ dolları: əsas borc üzrə 5411,62 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları; 09 dekabr 2019-ci il tarixə (maliyyə arayışının tarixinə (c.i.v- 69)) 6504,14 ABŞ dolları: əsas borc üzrə 4337,29 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları, faiz borcu (illik 5 faiz) 780,43 ABŞ dolları. 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 "xxxx" BOKT ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 01 iyul 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) 7826,89 manat: əsas borc üzrə 7748,12 manat, faiz borcu üzrə 78,77 manat, 17 dekabr 2019-cu il tarixə maliyyə arayışının tarixinə (c.i.v - 70)) 6618,29 manat: əsas borc üzrə 6030,26 manat, faiz borcu üzrə 78,77 manat, faiz borcu (illik faiz) 509,26 manat təşkil edir.
7. "xxxx" MMC-nin 25 dekabr 2020-ci il tarixli rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən ev X1 adına tam, 0,0825 ha torpaq sahəsi, Cavabdeh1 0,0225 ha torpaq sahəsi, Cavabdeh2 0,0150 ha torpaq sahəsi, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 139,5 kv.m ümumi, 68,7 kv.m yaşayış, 70,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 3 nömrəli fərdi yaşayış evi və tərkibində cəmi 490.0 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğular 26000 manat qiymətləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə 4337,29 ABŞ dolları əsas, 8724,38 ABŞ dolları faiz, 12721,06 ABŞ dolları dəbbə, cəmi 25782,73 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə 6935,32 manat əsas, 9500,75 manat faiz, 22987,67 manat dəbbə, cəmi 39423,74 manat, ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" BOKT ASCnin xeyrinə tutulması; 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə tələbin X1 tam mülkiyyətində olan evə 1 mərtəbəli, 139,5 kv.m ümumi, 68,7 kv.m yaşayış, 70,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 3 nömrəli fərdi yaşayış evi və tərkibindəki cəmi 490 kv.m olan həyatyanı tikili və qurğulara və evin yerləşdiyi paylı mülkiyyətdə olan 0,12 ha torpaq sahəsinə yönəldilməsi (X1 payı 0,0825 ha, Cavabdeh1 payı 0,0225 ha, Cavabdeh2 payı 0,0150 ha) torpaq sahəsinə yönəldilməsi; Girov əmlakların dəyərinin 21000 manat qiymətlə açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; Fərdi yaşayış evində yaşayanların- Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılaması və BOKT-a təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətində illik 22 faiz (6 ay güzəşt) olmaqla 19000 ABŞ dolları kredit verilmişdir. Həmçinin tərəflər arasında 25 iyun 2015-ci il tarixli 103/15 nömrəli kredit müqaviləsi bağlanmış və bank tərəfindən Cavabdeh1 36 ay müddətində illik 6 faiz (9 ay güzəşt) olmaqla 15000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqəsədi ilə Cavabdeh1, X3 və Cavabdeh2 mülkiyyətində olan Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi ilə birlikdə 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli ipoteka müqaviləsi və 25 iyun 2015-cxi il tarixli 1 nömrəli əlavəyə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0,2 faiz həcmində dəbbə pulu tələb olunur. Eləcədə müqavilələrin 5.5-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 BOKT-a 4337,29 ABŞ dolları əsas, 8724,38 ABŞ dolları faiz, 12721,06 ABŞ dolları dəbbə, cəmi 25782.73 ABŞ dolları borcu, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə isə 6935,32 manat əsas, 9500,75 manat faiz, 22987,67 manat dəbbə, cəmi 39423,74 manat borcu yaranmışdır. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Ona görədə qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmiş və reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmış və müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Cavabdehlər kredit müqavilələrindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun və xərclərin əvəzinin ödənilməsinə yönəldilməlidir. 23 sentyabr 2015-ci il tarixli sonrakı İpoteka müqaviləsinə əsasən əmlak 20 000 manat dəyərində qiymətləndirilmişdir. İpoteka qoyan X3 23 aprel 2019-cu il tarixdə ölmüşdür. Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İƏD üzrə nümayəndəliynin verdiyi 27 noyabr 2019-cu il tarixli, 4123 nömrəli arayışdan görünür ki, X1 oğlu Cavabdeh2 və arvadı Cavabdeh1 hazırda ünvan 1 ev 3-də yaşayırlar. Faktiki olaraq mərhum Süleyman Məmmədovun miras əmlakını onun ailə üzvləri qəbul etsələr də hüquqi baxımdan bu əmlakları əldə etməmişlər. Bu baxımdan göstərilən şəxslərin mərhumun hüquqi varisləri kimi tanınmasına zərurət vardır.
10. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-37/2022 nömrəli (hakim Ş.Məmmədova) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4337,29 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 780,43 ABŞ dolları, cəmi 6504,14 (altı min beş yüz dörd dollar on dörd qəpik) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6030,26 manat, faiz borcu üzrə 78,77 manat, faiz borcu (illik 5%-lə) 509,26 manat, cəmi 6618,29 manat (altı min altı yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə verilməsi və 50 (əlli) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə keçirilməsi; Tutma ipateka predmeti olan ünvan 1 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi əsas göstəriciləri, 1 mərtəbəli, 139,5 kv.m ümumi, 68,7 kv.m yaşayış, 70,8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 3 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibində (Liter B) Hamam, 1 mərtəbəli 29,0 kv.m, (Liter C) Tövlə, 1 mərtəbəli 175,7 kv.m, (Liter İ) Çardaq, 210,0 kv.m, (Liter İİ) Çardaq, 24,0 kv.m, (Liter İİİ) Çardaq, 38,4 kv.m, (Liter İV) Hasar, 12,9 kv.m, cəmi 490,0 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulardan ibarət sahəyə yönəldilməsi; İpoteka ilə yüklü edilmiş DƏDRX-in Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş RX Seriya RX ******* nömrəli Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1da mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin əsas göstəriciləri, 1 mərtəbəli, 139,5 kv.m ümumi, 68,7 kv.m yaşayış, 70,8 kv.m yardımçı sahədən ibarət, 3 otaqlı 3 nömrəli fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibində (Liter B) Hamam, 1 mərtəbəli 29,0 kv.m, (Liter C) Tövlə, 1 mərtəbəli 175,7 kv.m, (Liter İ) Çardaq, 210,0 kv.m, (Liter İİ) Çardaq, 24,0 kv.m, (Liter İİİ) Çardaq, 38,4 kv.m, (Liter İV) Hasar, 12,9 kv.m, cəmi 490,0 kv.m tikintialtı sahədən ibarət həyətyanı tikili və qurğulardan ibarət sahə açıq hərracdan satılması; Həmin əmlakların satışından əldə olunmuş vəsait hesabına 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4337,29 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 780,43 ABŞ dolları, cəmi 6504,14 (altı min beş yüz dörd dollar on dörd qəpik) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6030,26 manat, faiz borcu üzrə 77,78 manat, faiz borcu (illik 5%-lə) 509,26 manat, cəmi 6618,29 (altı min altı yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə verilməsi və 50 (əlli) manat ekspertiza xərci dövlət büdcəsinə keçirilməsi; İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 26000 (iyirmi bir min) manat müəyyənləşdirilməsi; İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 443.1, 448.2, 467, 739.1, 739.2 maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 39.1, 39.3.3, 59.3 maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 191.3, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, "xxxx" MMC-nin 25 dekabr 2020-ci il tarixli rəyi və mühasibatlıq ekspertizasının rəyi ilə razı deyil. İpoteka ilə yüklü edilmiş əmlakın 2022-ci il üçün bazar dəyəri müəyyən olunmalı və borc düzgün hesablanmalıdır.
14. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, "xxxx" MMC-nin 25 dekabr 2020-ci il tarixli rəyi və mühasibatlıq ekspertizasının rəyi ilə razı deyil. İpoteka ilə yüklü edilmiş əmlakın 2022-ci il üçün bazar dəyəri müəyyən olunmalı və borc düzgün hesablanmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
17. Cavabdeh1 05 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, hər iki kredit müqaviləsi üzrə əsas borcu ödəmək istəyir və məhkəmədən xahişi hesablanmış faiz borcunun silinməsidir.
18. Cavabdeh2 da 05 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında anası Cavabdeh1 ilə eyni məzmunlu izahat vermişdir.
19. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
21. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
22. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
23. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
24. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
25. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
30. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
31. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
32. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
33. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
34. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
35. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1. maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Maddə 464.1. Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.
37. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
38. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
“İpoteka haqqında” Qanun
39. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
40. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
41. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
42. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
43. Maddə 37 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
44. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
50. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
52. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
53. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
54. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
55. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
56. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
57. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda nəzərdə göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. İşdən müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmışdır. Belə ki, kreditor iddia ərizəsində Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə 4337,29 ABŞ dolları əsas, 8724,38 ABŞ dolları faiz, 12721,06 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 25782,73 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə isə 6935,32 manat əsas, 9500,75 manat faiz, 22987,67 manat dəbbə borcu olmaqla, cəmi 39423,74 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi də Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 4337,29 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları, faiz borcu (illik 5%-lə) 780,43 ABŞ dolları, cəmi 6504,14 (altı min beş yüz dörd dollar on dörd qəpik) ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 6030,26 manat, faiz borcu üzrə 78,77 manat, faiz borcu (illik 5%-lə) 509,26 manat, cəmi 6618,29 manat (altı min altı yüz on səkkiz manat iyirmi doqquz qəpik) manat borc tutulmasına dair qətnamə çıxarttmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tələbdən kənara çıxmış və cavabdehdən illik 5 faiz borcu tələb olunmadığı halda hər iki kredit müqaviləsi üzrə həmin hissədə səhv nəticəyə gəlmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi kreditor borcalandan hər iki kredit müqaviləsi üzrə dəbbə tələb etmişdir.
59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsində göstərilmişdir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.
60. Ona görə də kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və irəli sürülən iddia qismən təmin edilməlidir.
61. İddia tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
62. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
63. İşin halları ondan ibarətdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2014-cü il tarixli 1908/14 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 24 ay müddətində illik 22 faiz (6 ay güzəşt) olmaqla 19000 ABŞ dolları kredit verilmişdir. Həmçinin tərəflər arasında bağlanmış 25 iyun 2015-ci il tarixli 103/15 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətində illik 6 faiz (9 ay güzəşt) olmaqla 15000 manat kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə X1 tam mülkiyyətində olan Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evi və X3, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0,12 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqavilələri üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan Cavabdeh1 götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
64. Kollegiya hesab edir ki, kreditorun iddiası qismən təmin olunmalıdır. Belə ki, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Naziriliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2022-ci il tarixli 9/5413 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 05 dekabr 2016-cı il tarixə, yəni müqavilə müddətinin sonuna 5411,62 ABŞ dolları əsas, 1386,42 ABŞ dolları faiz borcu, 09 dekabr 2019-ci il tarixə (maliyyə arayışının tarixinə) 6504,14 ABŞ dolları: əsas borc üzrə 4337,29 ABŞ dolları, faiz borcu üzrə 1386,42 ABŞ dolları, faiz borcu (illik 5 faiz) 780,43 ABŞ dolları; 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə 01 iyul 2018-ci il tarixə, yəni müqavilə müddətinin sonuna 7748,12 manat əsas, 78,77 manat faiz borcu, 17 dekabr 2019-cu il tarixə (maliyyə arayışının tarixinə) 6618,29 manat: əsas borc üzrə 6030,26 manat, faiz borcu üzrə 78,77 manat, faiz borcu (illik faiz) 509,26 manat təşkil edir.
65. Kreditor isə borcalandan 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə 4337,29 ABŞ dolları əsas, 8724,38 ABŞ dolları faiz, 12721,06 ABŞ dolları dəbbə, cəmi 25782,73 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə isə 6935,32 manat əsas, 9500,75 manat faiz, 22987,67 manat dəbbə, cəmi 39423,74 manat tələb etmişdir. Göründüyü kimi 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə ekspert tərəfindən əsas borc kreditorun tələb etdiyindən çox, faiz borcu az, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə də əsas borc çox, faiz borcu az hesablanmışdır.
66. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 4337,29 ABŞ dolları əsas, 1386,42 ABŞ dolları faiz, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə 6030,26 manat əsas, 78,77 manat faiz borcu alınıb İddiaçı BOKT ASC-yə verilməli və tələb ipoteka predmetinə yönəldilməlidir.
67. Hər iki kredit müqaviləsi üzrə dəbbə borcuna münasibtədə məhkəmə kollegiyası kreditorun həm əmlak, həm də əsaslı mənafelərini nəzərə alır və hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 300 ABŞ dolları, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə isə 500 manat alınaraq İddiaçı BOKT ASC-yə verilməlidir.
68. İpoteka predmetinin ilkin satış qiymətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-dən alınmış 25 dekabr 2020-ci il tarixli rəy nəzərə alınmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsində isə ilkin satış qiymətinin anlayışı verilmişdir: ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
69. “Likvid qiymət” dedikdə isə elə bir qiymət nəzərdə tutulur ki, girov əmlakın qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez realizə edilə (satıla) bilməsi mümkün olsun. Likvidlik sadəcə maddi dəyərləri (hazırki işdə girov əmlakı) pula çevirmək baxımından nəzəri imkan deyil, o həm də bunu cəld, rahat və maksimal dərəcədə faydalı şəkildə həyata keçirməkdir.
70. "xxxx" MMC-dən alınmış 25 dekabr 2020-ci il tarixli rəyə əsasən X1 mülkiyyətində olan Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evi, eləcədə X3, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi 26000 manat qiymətləndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin likvid satış qiyməti 26000 manat müəyyən olunmalıdır.
71. İddia tələbinin ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, istifadə hüquqlarına xitam verilməsi və evin boşaldılması, eləcə də banka təhvil verilməsi hissəsinə münasibətdə kollegiya iddianı əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin hissələrdə iddia təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
72. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilməlidir.
73. Həmçinin işdən müəyyən olunur ki, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manatdir. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh1 300 manat alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Mingəçevir filialı, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, kodu 200297, SWİFT Bik: AİİBAZ2X, H\h: AZ19AİİB******************** nömrəli hesaba ödənilməlidir.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(076)-37/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə 4337,29 ABŞ dolları əsas, 1386,42 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə isə 6030,26 manat əsas, 78,77 manat faiz, 500 manat dəbbə pulu alınıb İddiaçı BOKT ASC-yə verilsin. İddiaçı BOKT ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 alınaraq İddiaçı BOKT ASC-yə verilsin. Tutma hər iki kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evinə, eləcə də X3, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinə yönəldilsin. Hər iki kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evi, eləcə də X3, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait 04 dekabr 2014-cü il tarixli, 1908/14 nömrəli kredit müqaviləsi üzrə 4337,29 ABŞ dolları əsas, 1386,42 ABŞ dolları faiz, 300 ABŞ dolları dəbbə pulu, 25 iyun 2015-ci il tarixli, 103/15 nömrəli kredit müqaviləsi üzrə 6030,26 manat əsas, 78,77 manat faiz, 500 manat dəbbə pulunun ödənilməsinə yönəldilsin. İpoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ödənişlər həyata keçirildikdən sonra artıq qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Şəmkir şəhəri Bakıxanov küçəsi 1-ci dalanda yerləşən 3 nömrəli fərdi yaşayış evinin, eləcə də X3, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsinin birlikdə likvid satış dəyəri 26000 manat müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN 140155071, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ013601**********3944 SFİFT BİK: CTREAZ22 nömrəli hesabına ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 300 manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Mingəçevir filialı, VÖEN **********, m/h AZ37NABZ013501**********1944, kodu 200297, SWİFT Bik: AİİBAZ2X, H\h: AZ19AİİB******************** nömrəli hesaba ödənilməlidir. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.