Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1433/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-790/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin 07 sentyabr 2023-cü il tarixli, 3-13-57-2-2-P-258xx/xx/2023 və 3-13- 57-2/2-P-239xx/xx/2023 nömrəli məktublarında İddiaçı bildirilmişdir ki, araşdırma zamanı etdiyi müraciətində qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edilmişdir. Odur ki, qanuna müvafiq qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunur.
2. Azərbaycan Respublikası Əmlakın X2 Cəmiyyətinin 06 fevral 2024-cü il tarixli, ƏQ- 297/2024 nömrəli qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı ilə bağlanmış 02 fevral 2024-cü il tarixli “Qiymətləndirmə xidmətinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq İddiaçı təqdim etdiyi foto şəkillərə və digər sənədlərə əsasən 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC-nin qiymətləndiricimütəxəssisləri tərəfindən araşdırmalar aparılmışdır. Qiymətləndirmə işi X1 (BQS) və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılan araşdırmalar və təhlillərə əsasən İddiaçı təqdim etdiyi foto şəkillərə və digər sənədlərə əsasən 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixinə real bazar dəyəri 6248 (altı min iki yüz qırx səkkiz) manat təşkil etmişdir.
3. İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatından görünür ki, o, bacısı olan Cavabdeh 5150 (beş min yüz əlli) manat dəyərində olan qızıl zinət əşyalarını satması üçün həvalə etdiyini, ancaq bacısı Nailənin bu günə kimi nə qızılları, nədəki pulunu vermədiyini qeyd etmişdir.
4. Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, ...“qeyd edirəm ki, İddiaçı mənim bacımdır. Qeyd edirəm ki, mənim bacım mənə Bakı şəhərində ev almaqdan ötrü mənə 5150 manat dəyərində qızılzinət əşyaları vermişdir ki, mən onu satım, pulunu ona verim. Mən də həmin qızıl-zinət əşyalarını Ruqsarə adlı qadına hissə-hissə vermişəm ki, pulunu mənə verəcək. Ancaq, həmin qızıl-zinət əşyalarını Ruqsarə bu günə kimi verməyib. Mən dəfələrlə onla əlaqə saxlasam da, mənə bildirir ki, mənim qızıllar hamısı məndədir, qaytaracam, ancaq o, vermir. Mənə bildirir ki, qısa müddətdə qaytaracam. İzahat mənə ucadan oxundu, mənim sözlərimlə yazılıb, doğrudur, ona görə də imzamla təsdiq edirəm”.
5. İddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzdən görünür ki, 9 (doqquz) sayda qızıl-zinət əşyalarının cəmi dəyəri 5150 manat qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən mənilsənilmiş, hazırda dəyəri 455 manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağının özlərinin, bu əşyalar özləri olmadıqda isə dəyərlərinin və dövlət rüsumu qismində ödədiyi 83 manatın cavabdehdən alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Nailə onun bacısıdır. Onun üç qız övladı vardır. Kiçik qızı X3 Dillər İnstitutunu bitirib və Bakı şəhərində işləyir. Uzun illərdir ki, qızının işi ilə əlaqədar olaraq, onlar Bakı şəhərində kirayə mənzildə qalırlar. Kiçik qızı Tutu ilə bu qərara gəlmişlər ki, ilkin ödəniş üçün pul toplayıb ipoteka krediti ilə qızı Tutunun adına ev alsınlar. Pul toplamaq xeyli vaxt aparacağı üçün o, qızıllarını bu iş üçün satmaq qərarına gəlmişdir. Bu məqsədlə etibar etdiyi bacısı Nailəyə müraciət etmişdir ki, ona kömək etsin. Cavabdeh Gəncə şəhəri 4 saylı orta məktəbdə müəllimə işləyir, ətrafı genişdir. Belə ki, qızıllarını dəyərindən ucuz satmaq istəməmişdir. İstəmişdir ki, özləri tapsınlar ki, çox uduzmasınlar. Bacısına müraciət etdikdə o, kömək edəcəyini demişdir. 25 mart 2023-cü il tarixində 11 sayda qızıl-zinət əşyalarını bacısı Nailəyə vermişdir ki, qızıllarını tanışlarına satsın. Cavabdeh verdiyi qızıllardan ikisini sataraq pullarını gətirib ona vermişdir. Lakin, qalan 9 sayda qızıllarını mənimsəmişdir. Bu müddət ərzində o, dəfələrlə qızıllarını tələb etsə də, cavabdeh qızıllarını müxtəlif bəhanələrlə ona qaytarmır. Bu barədə o polisə şikayət etmişdir. Polis şöbəsində təhqiqat aparılmış, cavabdehin izahatı alınmışdır. O, öz izahatında qızılları aldığını etiraf etmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-790/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın təmin edilməsi, Cavabdeh dəyəri 455 (dörd yüz əlli beş) manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 (bir min yüz səksən dörd) manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 (bir min yüz yetmiş beş) manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 (dörd yüz otuz) manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 (beş yüz iyirmi beş) manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 (altı yüz qırx) manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 (bir yüz yetmiş) manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 (iki yüz) manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 (bir min dörd yüz altmış doqquz) manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağının özlərinin, bu əşyalar özləri olmadıqda isə ümumi dəyəri olan 6248 (altı min iki yüz qırx səkkiz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumu və qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün ödənilmiş 150 (bir yüz əlli) manat Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, onlar arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, cavabdeh iddiaçıdan tapşırıq əsasında götürdüyü 9 (doqquz) sayda iddia ərizəsində göstərilən qızılzinət əşyasını satmaq məqsədilə götürüb onu satsa da pulunu hal-hazıra kimi iddiaçıya qaytarmamışdır. Nəticədə iddiaçı həm qızıl-zinət əşyalarından və həm də onların dəyərindən məhrum olmuşdur. Ona görə də iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Eləcə də, İddiaçı qızıl-zinət əşyalarının özünün, özü olmadıqda isə dəyərinin alınmasını Cavabdeh tələb etməkdə haqlıdır.
10. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlakın X2 Cəmiyyətinin 06 fevral 2024-cü il tarixli, ƏQ297/2024 nömrəli qızıl-zinət əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyində İddiaçı məxsus 9 (doqquz) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2024-cü il tarixinə real bazar dəyəri 6248 (altı min iki yüz qırx səkkiz) manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyini də sübut kimi qəbul edərək orada qeyd edilən qızıl-zinət əşyalarının real-bazar dəyəri ilə razılaşır.
11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2 385.1 386.1 448.2 406.1 777.1 777.2 778.1 779.1 və 782.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-790/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı əlyazması ilə yazılmış qızılların 5150 manata qiymət razılaşması sənədini məhkəməyə təqdim edilmişdir. Sənəddən göründüyü kimi, qızıl-zinət əşyalarının qiyməti tərəflər arasında razılaşması olduğu halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə əsasən qətnamə qəbul etmişdir. Qeyd olunan faktların mövcudluğu qətnamənin qeyri-obyektiv və birtərəfli olmasını təsdiq edir. Belə ki, İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatında o, bacısı olan Cavabdeh 5150 (beş min yüz əlli) manat dəyərində olan qızıl zinət əşyalarını satması üçün həvalə etdiyini qeyd etmişdir. Eyni zamanda ədalətli qərar qəbul edilməsi üçün Rüxsarə Abbasova ilə onun arasında olan mülki iş üzrə yekun qərar qəbul edilməsi üçün hazırkı işin icraatı dayandırılması barədə vəsatətləri təmin edilməyərək qətnamə qəbul edilmişdir. Göründüyü kimi, qızıl-zinət əşyaları iddiaçının razılığı ilə Rüxsarə Abbasova satılması və əşyaların dəyəri ona ödənilmədiyi aydınlaşdırlmadan qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, 2023-cü ilin aprel ayında doğma bacım olan İddiaçı ona satması üçün əvvəlcə iki ədəd qızıl-zinət əşyası verərək, həmin əşyaları satıb pulunu ona qaytarmağımı xahiş etmişdir. O da həmin əşyaları iddiaçıdan satmaq məqsədilə almışdır. Bundan sonra həmin əşyaları başqa bir şəxsə sataraq pulunu iddiaçıya dərhal qaytarmışdır. Bundan sonra İddiaçı ona yenə 9 sayda, yəni iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını verərək ondan satmağını və pulunu ona qaytarmağını xahiş etmişdir. O da bacısı ilə şifahi qaydada razılaşmışdır. Daha sonra o, həmin qızıl-zinət əşyalarını iş yoldaşı olan Ruxsarə Abbasovaya nisyə qaydada satmışdır. Ruxsarə Abbasova ondan aldığı, yəni iddiaçıya məxsus qızıl-zinət əşyalarının dəyərindən əvvəlcə ona 1000 manat ödəniş etmiş, lakin o həmin pulu iddiaçıya verməmişdir. Qalan əşyalar isə Ruxsarə Abbasovada olmaqla sonuncu nə əşyaların özlərini, nə də pulunu bu günə kimi qaytarmamışdır. Bacısı İddiaçı ona qarşı hazırkı iddia qaldırandan sonra o da məcbur olub Ruxsarə Abbasovaya qarşı eyni iddianı qaldırmışdır. Ruxsarə Abbasova nə vaxt qızılları, yaxud onun dəyərini ona verərsə, o zaman o da öz növbəmdə İddiaçı qızılını, yaxud onun dəyərini qaytaracaqdır. Bu gün isə Lalənin yalnız onda 1000 manat pulu var. Həmçinin, İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatında o, bacısı olan Cavabdeh Naizm qızına 5150 (beş min yüz əlli) manat dəyərində olan qızıl zinət əşyalarını satması üçün həvalə etdiyini qeyd etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, Cavabdeh onun doğma bacısıdır. Cavabdeh ilə aralarında olan şifahi tapşırığa (razılaşmaya) əsasən ona məxsus olan 9 adda qızıl-zinət əşyalarını cavabdeh qısa vaxtda 5150 manata satmalı və pulunu ona verməli idi. Həmin tapşırığa əsasən cavabdeh əvvəlcə ona məxsus olan 2 ədəd qızıl zinət əşyalarını satmış və pulunu da tez bir zamanda ona qaytarmışdır. Bundan sonra o, yenidən özünə məxsus olan doqquz sayda qızıl-zinət əşyalarını cavabdehə satmağı üçün vermişdir. Şifahi tapşırığa əsasən cavabdeh həmin qızıl-zinət əşyalarını da satıb pulunu ona verməli idi. Həmin qızıl-zinət əşyalar isə - dəyəri 455 manat olan 1 ədəd 3,5 qramlıq oval formalı 750 əyarlı qızıl qolbağın, dəyəri 1184 manat olan 1 ədəd 9,11 qramlıq qaşlı 750 əyarlı qızıl qolbağın, dəyəri 1175 manat olan 1 cüt 11,75 qramlıq sallanan 585 əyarlı qızıl sırğanın, dəyəri 430 manat olan 4,3 qramlıq 1 cüt toxunma bəzəkli 585 əyarlı qızıl sırğanın, dəyəri 525 manat olan 1 cüt 5,25 qramlıq kürə formalı 585 əyarlı qızıl sırğanın, dəyəri 640 manat 1 ədəd 6,4 qramlıq zəncir toxunuşlu 585 əyarlı qızıl boyunbağının, dəyəri 170 manat olan 1 ədəd 1,7 qramlıq 585 əyarlı qızıl üzüyün, dəyəri 200 manat olan 1 ədəd 750 əyarlı italyan qızılından üzüyün, dəyəri 1469 manat olan 1 ədəd 11,3 qramlıq hörük toxunuşlu 750 əyarlı qızıl boyunbağıdan ibarət idi. Lakin Cavabdeh xeyli vaxt keçməsinə baxmayaraq nə qızılları satmış, nə də qızılların dəyərini ona ödəməmişdir. Bu barədə ona dəfələrlə bildirsə də cavabdeh onun qızıllarını qaytarmamış, yaxud pulunu ödəməmişdir. Bundan sonra o, məcbur olub cavabdehin hərəkətlərindən əvvəlcə polisə şikayət etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
20. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
21. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
22. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.
23. Maddə 772.2. Materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür.
24. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
25. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
26. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
43. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
44. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh iddia ərizəsində göstərilən 9 sayda 5150 manat olan qızıl-zinət əşyalarını satması üçün vermişdir. Tərəflər arasında şifahi qaydada bağlanan tapşırıq müqaviləsinə əsasən cavabdeh iddiaçıdan almış olduğu iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarını satmalı, satışdan əldə olunan pul vəsaitini isə ona qaytarmasına dair öhdəlik götürmüşdür. Cavabdeh iddiaçıdan almış olduğu 9 sayda olan qızıl-zinət əşyalarını Ruxsarə adında qadına nisyə qaydada satmış, satışdan əldə etdiyi pul vəsaitindən 1000 manatı sonuncudan alsa da həmin məbləği iddiaçıya qaytarmamışdır. Qalan əşyaları və yaxud onun pulunu Ruxsarədən ala bilməmiş, ona görə də o da öz növbəsində Ruxsarəyə qarşı iddia qaldırmışdır.
45. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (MPM-nin 217.2 və 218.1-ci maddələri).
46. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, tərəflər arasında yaranmış münasibətlər tapşırıq münasibətləridir.
47. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus qızıl-zinət əşyaları sataraq dəyərini verəcəyinə dair öhdəlik götürmüşdür.
48. Nəzərə alınmalıdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
49. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
50. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb müqavilə öhdəliyinə əsaslanır.
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir.
52. Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə uyğun olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
53. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
54. Müqavilənin əsas qurucu ünsürü iradə ifadəsidir. Bu iradə, müqavilə tərəfləri arasında münasibətlərin məzmununu müəyyən edir. İradənin sadəcə mövcud olması, özlüyündə müqavilənin yaranması üçün kifayət etmir. Bu baxımdan iradə, şəxsin müəyyən nəticənin əldə edilməsinə yönələn fikirlər kimi təşəkkül tapır, daha sonra həmin düşüncə niyyətə çevrilir və əks tərəfə çatdırılır. Bəyan olunan niyyət əsasında qarşılıqlı razılıq əldə olunduqda, müqavilədən bəhs oluna bilər.
55. Müqavilələr yazılı və şifahi bağlana bilər. İddiaçı tələbini əsaslandırmaq üçün cavabdehlə arasında şifahi formada tapşırıq müqaviləsinin bağlandığını bildirmişdir. Cavabdeh isə həmin halı qəbul etmiş və mübahisələndirməmişdir.
56. Göründüyü kimi, tərəflər arasında öhdəliyin yaranması üçün müqavilənin (razılaşmanın) olması müəyyən edilmişdir.
57. Hazırki, mübahisə isə qızıl-zinət əşyalarının satışından əldə olunan 5150 manat məbləğin qaytarılması ilə bağlıdır.
58. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın tam həcmdə təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.
59. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
60. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
61. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
62. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
63. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.
64. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
65. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
66. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından qızılların verilməsi, verilən əmlakların dəyəri iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.
67. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, polis orqanının qərarını, hesablamalar apardığı qəbzi birinci instansiya mhəkəməsinə təqdim etmişdir.
68. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.
69. İş materiallarına İddiaçı Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin rəisinə verdiyi izahatından görünür ki, o, bacısı olan Cavabdeh Naizm qızına 5150 (beş min yüz əlli) manat dəyərində olan qızıl zinət əşyalarını satması üçün həvalə etdiyini, ancaq bacısı Nailənin bu günə kimi nə qızılları, nədəki pulunu vermədiyini qeyd etmişdir.
70. Cavabdeh Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində verdiyi izahatında bildirmişdir ki, ...“qeyd edirəm ki, İddiaçı mənim bacımdır. Qeyd edirəm ki, mənim bacım mənə Bakı şəhərində ev almaqdan ötrü mənə 5150 manat dəyərində qızılzinət əşyaları vermişdir ki, mən onu satım, pulunu ona verim. Mən də həmin qızıl-zinət əşyalarını Ruqsarə adlı qadına hissə-hissə vermişəm ki, pulunu mənə verəcək. Ancaq, həmin qızıl-zinət əşyalarını Ruqsarə bu günə kimi verməyib. Mən dəfələrlə onla əlaqə saxlasam da, mənə bildirir ki, mənim qızıllar hamısı məndədir, qaytaracam, ancaq o, vermir. Mənə bildirir ki, qısa müddətdə qaytaracam. İzahat mənə ucadan oxundu, mənim sözlərimlə yazılıb, doğrudur, ona görə də imzamla təsdiq edirəm”.
71. Göründüyü kimi, polis orqanlarında aparılmış araşdırma materialları zamanı iddiaçı cavabdehə ümumilikdə 5150 manat dəyərində qızılların verildiyini bildirmişdir. Eyni zamanda, cavabdehdə verdiyi izahatda 5150 manat dəyərində olan qızılları qəbul etdiyini bildirmişdir.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının sübut qismində iddia ərizəsində qeyd etdiyi 09 (doqquz) sayda olan qızıl-zinət əşyalarının cavabdehə verilməsi barədə qeyd etdiyi qəbzdən müəyyən olununur ki, iddiaçı cavabdeh 5150 manat dəyərində qızıllar vermiş və bu barədə qəbzdə qeydiyyatlar aparmışdır.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
74. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
75. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
76. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
77. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
81. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
82. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli və iddia qalan hissədə təmin edilməməlidir.
83. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 71,5 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-790/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 5150 (beş min yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 71,5 (yetmiş bir manat əlli qəpik) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.