Məhkəmə qərarları › İş №2(104)-1435/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1435/2024

21.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1435/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman оğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibаrət tərkibdə, İddiaçı cavabdeh X2 qarşı tikilinin sökülməsi və evə gediş-gəliş yolunun açılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(061)-650/2023 nömrəli qərardadından cavabdeh X3 tərəfindən vеrilmiş şikаyətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında bахаrаq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N Е T D İ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsin dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Tərtər şəhəri Nizami küçəsi ev 105-ə gedən yeganə gediş-gəliş yolunun üzərində aparılmış tikintini sökülməsi, yola tokülmüş tikinti materiallarının götürülməsi və evə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2(061)-650/2023 nömrəli qətnaməsi ilə iddia qismən edilərək, cavabdeh X3 tərəfindən İddiaçı məxsus Tərtər şəhəri, Nizami küçəsi ev 105-ə (Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) əsasən ünvan 1 ünvandır) gedən gediş-gəliş yolunun açılması, həmin yolun üzərinə tökülmüş tikinti materiallarının cavabdeh tərəfindən götürülməsi; Cavabdeh X1 100 manat ekspertiza xərcinin müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE**********000208850, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X3 apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Sonradan cavabdeh X3 təkrarən həmin qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Birinci instansiya məhkəməsində apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə baxılarkən məhkəmə iclasında cavabdeh X3 məhkəməyə ərizə verərək apellyasiya şikayətinin və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(061)-650/2023 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 2(061)-650/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh X3 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mülki iş üzrə vermiş olduğu apelyasiya şikkayətinin verilməsi müddətinin mümkünlüyünü yoxlamaq üçün təyin edilən 03 may 2024-cü il tarixli məhkəmə iclasında yanlışlıqla ərizə verərək, apellyasiya şikkayətinin və müddətin bərpasına dair ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizədə bu məsələni digər orqanlarla həll edəcəyini qeyd etmişdir. Hüquq təhsili olmayan sıravi bir vətəndaş olduğu üçün bu məsələlərin məhkəmədən başqa digər orqanlarda həll edəcəyini düşünmüş və ərizənin geri qaytarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli 2(061)-650/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyasının araşdırması zamanı isə müəyyən olunur ki, Tərtər Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli 2(061)-650/2023 nömrəli qətnaməsindən cavabdeh X3 apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə məhkəməyə ərizə vermişdir. Birinci instansiya məhkəməsində apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə baxılarkən məhkəmə iclasında cavabdeh X3 ərizə verərək, apellyasiya şikayətinin və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizənin geri qaytarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də apellyasiya şikayətini və şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəni geri qaytarmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mülki prosessual qanunvericilik apellyasiya şikayətinin qaytarılmasının hüquqi əsaslarını müəyyən etmişdir ki, həmin əsaslardan biri də apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsinin daxil olmasıdır (MPM maddə 363.1.4). Hazırkı işdən də müəyyən olunur ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin göstərilən müddəasına istinadən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini və müddətin bərpası barədə ərizəni geri qaytarmışdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qaytarıldığından birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni də geri qaytarmışdır. Çünki, apellyasiya şikayəti apellyatorun ərizəsinə əsasən geri qaytarıldığı halda artıq apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası məsələsinin araşdırılıb müvafiq hüquqi qiymət verilməsi zərurəti də aradan qalxmış olur. İşin sadalanan hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni əsaslara söykənir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız hesab edilmişdir. MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 357, 363, 398.0.1 və 402.2-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Q Ə R А R А А L D İ: Cavabdeh X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli 2(061)-650/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qanuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar