Məhkəmə qərarları › İş №2(104)-1437/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1437/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1437/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul tələbinə dаir” mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-369/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-369/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı “pul tələbinə dаir” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsini, həmçinin apellyasiya şikayətinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 63 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək ünvan 1 ünvanında yerləşən 0,05 ha (500 kv.metr) torpaq sahəsinin hazırkı real likvid dəyəri olan 12000 manat pulun və iddia ərizəsinə baxılması üçün ödədiyi 126 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X1 Bərdə rayon X23 İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il tarixli 4 №-li qərarına əsasən ünvan 3 №-li (keçmiş 26 ünvan 2 ünvanda 500 kv.m torpaq sahəsi yaşayış evi tikdirməsi üçün ayrılaraq verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon XDSİ İcraiyyə Komitəsinin sədr müavini, mənzil-məişət komissiyasının sədri Vahid Məmmədov və Komissiyanın 11 nəfər üzvünün iştirakı ilə 04 mart 1989-cu ildə yerində tanıdılmaqla Cavabdeh1 təhkim olunmuş və bu barədə həmin komissiyanın üzvləri tərəfindən 04 mart 1989-cu il tarixli Təhkim Aktı tərtib edilmiş, sözügedən Aktın Bərdə Rayon XDS İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş əsli Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2002-ci ildə qeyri-rəsmi qaydada qohumu X12 800 ABŞ dollarına satmışdır, bu zaman torpağın onun olmasını təsdiq edən 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X22 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2003-cü ildə bacısı X11 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X20 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2005-ci ildə ona və rəsmi nikah münasibətində olduğu həyat yoldaşı Cavabdeh2 bacısı olan X4 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də onlara vermişdir. Təhkim Aktının əsli indiyədək də ondadır, onu heç vaxt Cavabdeh1, Cavabdeh2 və ya başqa şəxsə verməmişdir. Bundan başqa həmin torpaq sahəsini 2005-ci ildə bacısı Südabə Rüstəmovadan alarkən onun üzərində hər hansı bir tikili olmamış, kənarları hasarlanmamış vəziyyətdə olmaqla torpaq tamamilə boş olmuşdur. 2005-ci ildə bu torpağı aldıqdan sonra əvvəlcə onun kənarlarına hasar çəkmiş, daha sonra isə bir neçə ay ərzində həmin torpaq sahəsində iki otaqdan, dəhliz və mətbəxdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi tikdirərək 2006-cı ildən etibarən həyat yoldaşı və yeganə övladı ilə birlikdə həmin evdə daimi yaşamışlar, lakin torpağın və onun üzərində tikdirdiyi evin onun yaxud həyat yoldaşının adına rəsmiləşdirilməsinə heç vaxt tələsməmiş, fikirləşmişdir ki, torpağı bacısından almışdır və torpağın yeganə sənədi olan Təhkim Aktının əsli də onlardadır. Torpağın və onun üzərindəki evin onlara məxsus olmasını heç kim mübahisələndirmir, evdə yaşayırlar, nə vaxt olsa sənədləşdirər, yəni sənədləşdirməsinə etinasız yanaşmışlar. 2015-ci ildən isə həyat yoldaşı Gültəkin Şirinova sağalmaz xəstəliyə tutulmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Odur ki, onun xəstəliyi, daha sonra isə vəfatı ilə əlaqədar başlarının qarışıq olması, həmçinin maddi çətinliklər səbəbindən torpağın və evin adlarına sənədləşdirilməsini etməmişlər. 26 may 2021-ci (2017-ci) il tarixdə həyat yoldaşı X9 xərçəng xəstəliyindən vəfat etdikdən sonra onun başının qarışıq olmasından istifadə edən qaynı Cavabdeh2 digər Cavabdeh1 həmçinin Bərdə Regional ”ASAN” Xidmət Mərkəzində Notariat ofisinin böyük mütəxəssisi X13, həmin ofisin xüsusi notariusu X3, Bərdə RİH Başçısının Bərdə şəhəri üzrə nümayəndəsinin müavini Əli Başxəliyev və DƏDR-nin 7 saylı Bərdə Ərazi idarəsinin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək saxta sənədlər tərtib etməklə gizlin surətdə öz adına rəsmiləşdirmişdir. O cümlədən əvvəlcə həmin torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazisi İdarəsində xx.xx.2017-ci il tarixdə **********21 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti olmasına dair reyestr çıxarışı əldə etmişlər. Bundan sonra Cavabdeh2 Cavabdeh1 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,047 ha olan torpaq sahəsini onun tam hüquqlu mülkiyyətçisi Cavabdeh1 xx.xx.2017-ci il tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə 10000 (on min) manata almasına dair notariat təsdiqli alqı-satqı müqaviləsi bağlamışlar. Daha sonra isə Cavabdeh2 Bərdə şəhəri M.Hüseynzadə küçəsi ünvanında yerləşən 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququna dair öz adına olan xx.xx.2017-ci il tarixli ******* nömrə ilə qeydə alınmış Reyestrdən Çıxarışı və həmin evə dair adına olan **********21- 10301 nömrə ilə qeydə alınmış texniki pasportu əldə etmişdir. Cavabdeh1 həyat yoldaşı X2 Regional “ASAN Xidmət” Mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyevaya verdiyi xx.xx.2017-ci il tarixli ərizəsində bildirmişdir ki, “Əri Cavabdeh1 məxsus olan və ünvan 4 ünvanında yerləşən 0,047 ha torpaq sahəsinin özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və həmçinin sair qaydada üzərində sərəncam verməsinə etiraz etmir.” Bu ərizə sübut edir ki, Cavabdeh1 torpağı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmasından güya xəbərsiz olması və 1000 manat pulu almaması barədə bildirdikləri yalandır və o həyat yoldaşının notariusa getməyindən və notariusa getməsindən və notariusa həmin ərizəni verməsindən xəbərsiz ola bilməzdi. Sözügedən fərdi yaşayış evinin onun tərəfindən tikilməsi səbəbindən onun dəyəri olan 28000 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi üçün onlara qarşı Bərdə rayon məhkəməsində “pul tələbinə dair” iddia qaldırsa da Bərdə rayon məhkəməsi (hakim Qamət Əbilov) 18 mart 2021-ci il tarixli, 2(021)- 117/2021 nömrəli qətnaməsi ilə onun iddia tələbini təmin etməmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayətini Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası qismən təmin edərək Bərdə rayon məhkəməsinin 2(021)-117/2021 saylı mülki iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, ləğv edilmiş həmin hissədə yeni qətnamə qəbul edilməsi və həmin iddianın təmin olunması, Cavabdeh2 28000 (iyirmi səkkiz min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən Cavabdeh2 verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(102)- 2562/2022 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-2753/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də hazırda ünvan 3 ünvanında yerləşən 0,5 ha (500 kv.m) torpaq sahəsinin dəyəri olan 12000 məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsinə dair məhkəmə qətnaməsinə zərurət vardır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının ciddi pozuntuları, həmçinin iş üçün əhəmiyyətli olan hallann araşdırılmaması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Belə ki, işin həqiqi halları ondan ibarətdir ki, Cavabdeh1 keçmiş Bərdə rayon X23 İcraiyyə Komitəsinin 27 fevral 1989-cu il, tarixli 4 №-li qərarına əsasən ünvan 3 №-li (keçmiş 26 ünvan 2 ünvanda 500 kv.m torpaq sahəsi yaşayış evi tikdirməsi üçün ayrılaraq verilmişdir. Həmin torpaq sahəsi Bərdə rayon XDSİ İcraiyyə Komitəsinin sədr müavini, mənzil-məişət komissiyasının sədri Vahid Məmmədov və Komissiyanın 11 nəfər üzvünün iştirakı ilə 04 mart 1989-cy ildə yerində tanıdılmaqla Cavabdeh1 təhkim olunmuş və bu barədə həmin komissiyanın üzvləri tərəfindən 04 mart 1989-cu il tarixli Təhkim Aktı tərtib edilmiş, sözugedən Aktın Bərdə Rayon XDS İcraiyyə Komitəsinin möhürü ilə təsdiq edilmiş əsli Cavabdeh1 verilmişdir. Cavabdeh1 həmin torpaq sahəsini xx.xx.2002-ci ildə qeyrirəsmi qaydada qohumu X14 800 ABŞ dollarına satmışdır, bu zaman torpağın onunku olmasını təsdiq edən xx.xx.1989-cu il tarixli Təhkim Aktının əslini də ona vermişdir. X20 isə həmin torpaq sahəsini qeyri-rəsmi qaydada 2005-ci ildə ona və rəsmi nikah münasibətində olduğum həyat yoldaşı, Cavabdeh2 bacısı olan X4 800 ABŞ dollarına satmış, bu zaman 04 mart 1989-cu il tarixli Təhkim Aktının əslini də onlara vermişdir. Odur ki, Təhkim Aktının əsli indiyədək də ondadır, onu heç vaxt Cavabdeh1, Cavabdeh2 və ya başqa şəxsə verməmişdir. Bundan başqa həmin torpaq sahəsini 2005-ci ildə bacısı Südabə Rüstəmovadan alarkən onun üzərində hər hansı bir tikili olmamış, kənarları hasarlanmamış vəziyyətdə olmaqla torpaq tamamilə boş olmuşdur. 2005-ci ildə bu torpağı aldıqdan sonra əvvəlcə onun kənarlarına hasar çəkmiş, daha sonra isə bir neçə ay ərzində həmin torpaq sahəsində iki otaqdan, dəhliz və mətbəxdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi tikdirərək 2006-cı ildən etibarən həyat yoldaşım və yeganə övladı qızı ilə birlikdə həmin evdə daimi yaşamışlar. Lakin torpağın və onun üzərində tikdirdiyi evin onun, yaxud həyat yoldaşının adına rəsmiləşdirilməsinə heç vaxt tələsməmişlər. 2015-ci ildən isə həyət yoldaşı Gültəkin Şirinova sağalmaz xəstəliyə tutulmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Odur ki, onun xəstəliyi, daha sonra isə vəfatı ilə əlaqədar, həmçinin maddi çətinliklər səbəbindən torpağın və evi adına sənədləşdirilməsini etməmişlər. Qaynı- Cavabdeh2 digər Cavabdeh1, həmçinin Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofısinin böyük mütəxəssisi X13, həmin ofisin xüsusi notariusu X3, Bərdə RİH Başçısının Bərdə şəhəri üzrə nümayəndəsinin müavini Əli Baxşəliyev və DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin vəzifəli şəxsləri ilə cinayət əlaqəsinə girərək saxta sənədlər tərtib etməklə gizlin surətdə öz adına rəsmiləşdirmişdir. Həmin torpaq sahəsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazisi İdarəsində xx.xx.2017-ci il tarixdə **********21 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən çıxarışla Cavabdeh1 xüsusi mülkiyyəti olmasına dair reyestr çıxarışı əldə etmişlər. Bundan sonra Cavabdeh2 Cavabdeh1 ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,047 ha olan torpaq sahəsini onun tam hüquqlu mülkiyyətçisi Cavabdeh1 xx.xx.2017-ci il tarixli, AN-1 ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə 10000 (on min) manata almasına dair notariat təsdiqli alqı-satqı müqaviləsi bağlamışlar. Daha sonra isə Cavabdeh2 Bərdə şəhəri M.Hüseynzadə küçəşı ünvanında yerləşən 2 otaq və mətbəxdən ibarət olan fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququna dair öz adına olan xx.xx.2017-ci il tarixli ******* nömrə ilə qeydə alınmış reyestr Çıxarışı və həmin evə dair adına olan **********21-10301 nömrə ilə qeydə alınmış texniki pasportu əldə etmişdir. Cavabdeh1 həyat yoldaşı X2 Regional "ASAN Xidmət" Mərkəzinin xüsusi notariusu Tamaşa Atakişiyeva verdiyi xx.xx.2017-ci il tarixli ərizəsində bildirmişdir ki, "Ərim Cavabdeh1 məxsus olan və ünvan 4 ünvanında yerləşən 0,047 ha torpaq sahəsinin özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, ipoteka qoyulmasına və həmçinin sair qaydada üzərində sərəncam verməsinə etiraz etmirəm." Bu ərizə sübut edir ki, Cavabdeh1 torpağı xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmasından guya xəbərsiz olması və 10000 manat pulu almaması barədə bildirdikləri yalandır, o həyat yoldaşının notariusa getməyindən və notariusa getməsindən və notariusa həmin ərizəni verməsindən xəbərsiz ola bilməzdi. Lakin məhkəmə öz qətnaməsində müəyyən olunmuş bu həqiqəti təmin və təsdiq etməməklə, qanunsuz olaraq iddia tələbini də təmin etməmiş, bununla da konstitusion hüququnu pozmuşdur. Prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun çıxış etdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir 0ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatınmı dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 460 nömrəli arayışdan görünür ki, İddiaçı hal-hazırda qızı X15 ilə birlikdə Bərdə rayonu Qazaxlar kəndində bacısı X16 himayəsində yaşayır. İş materiallarında olan Bərdə Rayon XDS İcrayə Komitəsinin 30 noyabr 1988-ci il tarixli qərarı ilə yaradılmış Komissiya tərəfindən verilmiş 04 mart 1989-cu il tarixli Təhkim aktının surətindən görünür ki, Cavabdeh1 Bərdə şəhəri 26 Bakı Komissarı küçəs 8-ci paralel 74 ünvanında fərdi yaşayış evi tikmək üçün 500 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 15 sentyabr 2017-ci il tarixli, AN-İ0642451 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüqqu əsasında ona məxsus olan ünvan 8 ünvannda yerləşən 0,047 ha torpaq shəsini Cavabdeh2 10.000 manata satmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(021) 117/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh2 və üçüncü şəxslər Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə və Bərdə rayon “ASAN-xidmət” Mərkəzində notariat konturuna qarşı 15 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbi və İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” dair iddia tələbi təmin olunmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104) 2753 nömrəli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin18 mart 2021-ci il tarixli, 2(021) 117/2021 nömrəli qətnaməsiİddiaçı Cavabdeh2 qarşı irəli sürdüyü 28000 manat məbləğində pul tələbinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh2 28000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğ alınaraq İddiaçı Əi oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(102) 2562/2022 nömrəli qərarının surətindən görünür ki, Cavabdeh2 kasassiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(104) 2753 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi polis baş leytenantı X10 14 may 2020-ci il tarixli cinayət işinin başlanması haqqında rədd qərarından görünür ki, İddiaçı Cavabdeh2 dələduzluq yolu ilə hazırda yaşadığı ünvan 8 ünvanında yerləşən evini ələ keçirməsi barədə şikayəti əsasında toplanmış HK-1/723 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “X19” MMC tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 9 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin bazar dəyəri 13000 manat, likvid dəyəri isə 12000 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi fiziki və hüquqi şəxslər müqavilələr bağlamaqda sərbəst olsalarda, lakin müəyyən kateqoriya əqdlərin bağlanması üçün qanunvericilik yazılı formanı, həm də notariat qaydada təsdiq olunmanı mühüm şərt kimi müəyyən etmişdir. Ona görə də Mülki Məcəllənin 337.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də İddiaçı ünvan 1 ünvanında yerləşən 0,05 (500 kv.metr) torpaq sahəsini 2005-ci ildə bacısı X7 800 ABŞ dolları verməklə qanunun tələb etdiyi formada əqd bağlamamaqla almış, həmin torpaq sahəsində dəyəri 28000 manat olan ev tikmiş, Cavabdeh2 həmin torpaq sahəsinin lazımi qaydada rəsmiləşdirilmədən İddiaçı satıldığını bilə-bilə Cavabdeh1 ilə həmin torpaaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamış, nəticədə iddiaçı həmin torpaq sahəsində tikdirdiyi evdən çıxarılmaqla maddi ziyana məruz qalmışdır. Ona görə də onun həmin torpaq sahəsində tikdirdiyi evə çəkmiş olduğu xərcin alınmasına dair iddia tələbi təmin edilərək Cavabdeh2 28000 manat pulun alınıb ona verilməsi qət edilmişdir. Lakin həmin 0,05 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı ödəmiş olduğu 800 ABŞ dolları məbləğində pul ona ödənilməmişdir. İddiaçı tərəfində göstərilən məbləğdə pulun ödənildiyi, torpaq sahəsinin isə hazırda cavabdehlərdən Cavabdeh2 mülkiyyətində olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddia tələbi qismən, yəni 800 ABŞ dolları həddində təmin edilməli və həmin məbləğ Cavabdeh2 iddiaçının xeyrinə alınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin şikayətlə mübahisələndirilən qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2(021)-369/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh2 800 (səkkiz yüz) ABŞ dolları (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) alınıb İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar