Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1438/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(076)- 1526/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hesabından İddiaçı1 nəfinə 35.000 (otuz beş min) manat pulun, İddiaçı2 nəfinə 65.000 (almış beş min) manat pulun və 390 (üç yüz doxsan) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(076)-1526/2022 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia qismən təmin edilərək, İddiaçı1 xeyrinə 35.000 (otub beş min) manat, iddaçı İddiaçı2 xeyrinə 65.000 (altmış beş min) manat borc məbləği, məhkəmə xərci qismində 340 (üç yüz qırx) manat dövlət rüsumunun Cavabdeh1 tutlması, iddia tələbinin digər hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun 50 (əlli) hissəsi iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(076)-1526/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verməklə yanaşı, eyni zamanda apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş, lakin ötürülmüş prosessual müddətin bərpası barəsində ərizə ilə də məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, qətnaməni 16 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada poçt vasitəsilə qəbul etmişdir. Uşaqları ağır xəstə olduğu üçün həmçinin savadsızlığından apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Həmçinin icra məmurunun ona çağırışından sonra məlum olub ki, 85.000 manat borcu var. Ona görə də o hazırki ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti müddətinin ötürülməsinin üzürlü sayılıb, bərpa olunmasını istəyir. Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş ərizə üzrə Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(076)-1526/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadından narazı qalan Cavabdeh1 şikayət verərək, şikayətin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadı ləğv olunaraq Şəmkir Rayon Məhkəməsinin 23 avqust 2022-ci il tarixli, 2(076)-1526/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə görə prosessual müddəti üzrlü hesab edərək, apellyasiya şikayətinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Şəmkir Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadından narazı qalan cavabdeh şikayət verərərk qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürüldükdən sonra verildiyi qeyd edilərək şikayət geri qaytarılmışdır. Halbuki o, qərardaddan şikayət vermək müddətini ötürmədən məhkəməyə müaciət etmişdir. Belə ki, o Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadını 15 mart 2023-cü il tarixdə almış olsa da, qərardaddan şikayət vermə müddətinin son günü, yəni 25 mart 2023-cü il tarixi qeyri-iş gününə düşdüyündən o həmin qərardaddan şikayəti həmin tarixdən sonra vermişdir. Ona görə də Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadından verdiyi şikayətin geri qaytarılmasını əsassız hesab edir. Hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadını 15 mart 2023-cü il tarixdə aldığından və həmin qərardaddan şikayət vermə müddətinin son günü qeyri-iş gününə düşdüyündən o şikayəti qərardadı rəsmi qaydada aldığı gündən 10 günlük müddəti ötürməklə vermişdir. Birinci instansiya məhkəməsi məlum qərardadını qəbul edərkən istinad etdiyi prosessual hüquq normalarına düzgün istinad etməmiş və qanunvericiliyin tələblərini düzgün təfsir etməmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(076)-1526/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə baxılması üçün 2(076)-1526/2022 saylı mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı Cavabdeh1 ünvanına yəni, Şəmkir rayonu, Yeni-Həyat kəndinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə qərardad Cavabdeh1 tərəfindən poçt göndərişinin verilməsinə dair xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin, qərardaddan şikayət 04 aprel 2023-cü il tarixdə məhkəməyə verilmişdir ki, bununla da cavabdeh qanunla müəyyən edilmiş 10 günlük şikayət vermə müddətini ötürmüşdür. Halbuki, 2023-cü ildə Novruz bayramı ilə əlaqədar mart ayının 20-25-i, 26-27-i isə istirahət günü kimi qeyri-iş günü olmuşdur ki, Mülki Prosessual Məcəllənin 129.2 və 268.1-ci maddələrinin tələbinə əsasən qərardaddan şikayət vermənin son günü 2023-cü ilin mart ayının 28-i olmuşdur. Lakin, iş materiallarından göründüyü kimi şikayət 04 aprel 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosesessual Məcəllənin: 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 129, 130, 268.1 və 398.0.1-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin 04 aprel 2023-cü-ci il tarixli, 2(076)-1526/2022 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 04 aprel 2023-cü-ci il tarixli, 2(076)-1526/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1438/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1438/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver